Главная
Регистрация
Вход
Cümə
26.04.2024
18:01
Приветствую Вас Qonaq | RSS
WwW.282.CLaN.Su

Категории раздела
MP3 Avto dünya
Şekiller İSlam
Müxtelif Proqramlar
Oyunlar Letifeler
Şeirler Meqaleler
Kitablar Sevgi
Mobil dünya Texnologiya
Video Klip
Kino Prikol
HaCKeR RoCK
Show Biznes Xeberler
Deb İdman
Futbol 282 Həyatı
Rep

Наш опрос
Ən maraqlı Azərbaycan TV-si ?
[ Netice · Diger ]
Cavablar: 147

Мини-чат

Статистика

Saytda Olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0

  

19:10
Sevgi şerləri
 
Dərdli sevgilim

Ey məni dərdlərə salan sevgilim!
Daha həsrətinlə yanan deyiləm.
Məni zülmətlərə qərq edən zalim!
Daha yollarına baxan deyiləm.

Nə olsun sən idin ilk məhəbbətim
Bu qədər dərdlərə saldın sən məni
Axırda qədrimi bilməyib mənim
Başqa birisinə satdın sən məni.

Bu dünya nə qədər dolanacaqsa,
Allahım o qədər gün versin sənə
Yaşamağın mənim olmamağımsa
Allahım canımdan can versin sənə

Dilim gəlməz sənə qarğış etməyə
Tək diləyimdir xoşbəxt ol səni
Sözüm bitməz sənə dua etməyə
Həmişə Allahım qorusun səni.

Gecələr dərd, qəmim bitməz oldu, gəl
Sınmış ürəyimi qırma bir daha
Açılan sabahlar keçməz oldu, gəl
Ərimiş bu cana qıyma bir daha!

Sən duya bilmədin bu məhəbbəti

Səni taleyimin özü bilirdim,
Bir odlu sevginin közü bilirdim.
Səni məhəbbətin gözü bilirdim
Sən duya bilmədin bu məhəbbəti.

Dilimdə şerimdə, nəğməmdin mənim.
Pirim ziyarətim kəbəmdin mənim
Ən həzin bayatım, bəstəmdin mənim.
Sən duya bilmədin bu məhəbbəti

Səni kim çıxartdı yolumun üstə
Od qoydun odlanmış közümün üstə
Vallah saxlayardım gözümün üstə
Sən duya bilmədin bu məhəbbəti

Hər an, hər dəqiqə gərəyim idin
Suyumdun havamdın, çörəyim idin,
Mən elə bilirdim ürəyim idin
Sən duya bilmədin bu məhəbbəti

Daha gümanların gümansızdı bil
Verdiyim qərarım amansızdı bil
İndi məhəbbətin ünvansızdı bil
Sən duya bilmədin bu məhəbbəti
 
 
Hələdə sevirəm

Günəşsən göylərdən enməyəcəkən
Sənsiz nə çəkirəm bilməyəcəksən
Bilirəm bir daha dönməyəcəksən
Hələ də sevirəm, sevirəm səni

Bu bahar könlümə qəmi,
Mən oldum dəryada yelkənsiz gəmi,
Çiçəklər baharı sevdiyi kimi
Hələdə sevirəm, sevirəm səni.

Gedişin nə yaman agırmış, ağır
Qulağıma səsdir, adımı çağır
Üstümə qəm dolu yağışlar yağır
Hələdə sevirəm, sevirəm səni.

Gözlərim yoldadır qulağım səsdə
Ümidim çırpınır bir daş qəfəsdə,
Baş qoyub həsrətin qolları üstə,
Hələdə sevirəm, sevirəm səni
Категория: Sevgi | Просмотров: 1645 | Добавил: merve | Рейтинг: 0.0/0
Всего комментариев: 6
0  
 
neznayka yazdıki >> yerivar yerivar thanksyou thanksyou
thanksyou thanksyou yerivar yerivar
 
__________
İstifadəçiəçi Adı:neznayka
İP:82.118.156.148
Tarix: 06.05.2009 ,22:13.

0  
 
fatinka yazdıki >> Merve superdir 
__________
İstifadəçiəçi Adı:fatinka
İP:85.132.123.226
Tarix: 06.05.2009 ,14:37.

0  
 
ASIM yazdıki >> thanksyou 
__________
İstifadəçiəçi Adı:ASIM
İP:85.132.64.177
Tarix: 06.05.2009 ,14:22.

0  
 
rihanna yazdıki >> Merve sen ne qeder cox sevgi seiri yazirsan hee? op 
__________
İstifadəçiəçi Adı:fionaaa
İP:82.118.157.138
Tarix: 06.05.2009 ,14:00.

0  
 
Resad yazdıki >> agla 
__________
İstifadəçiəçi Adı:Dangerboy
İP:85.132.36.35
Tarix: 05.05.2009 ,22:03.

0  
 
Resad yazdıki >> thanksyou thanksyou yerivar yerivar 
__________
İstifadəçiəçi Adı:Dangerboy
İP:85.132.36.35
Tarix: 05.05.2009 ,22:02.

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Вход на сайт
İstifadəçi Adı:  
Şifrə:

Поиск

Календарь

Архив записей

Друзья сайта

Copyright MyCorp © 2024