Главная
Регистрация
Вход
Cümə Axşamı
02.05.2024
01:34
Приветствую Вас Qonaq | RSS
WwW.282.CLaN.Su

Категории раздела
MP3 Avto dünya
Şekiller İSlam
Müxtelif Proqramlar
Oyunlar Letifeler
Şeirler Meqaleler
Kitablar Sevgi
Mobil dünya Texnologiya
Video Klip
Kino Prikol
HaCKeR RoCK
Show Biznes Xeberler
Deb İdman
Futbol 282 Həyatı
Rep

Наш опрос
Əgər bir daha dünyaya gəlsəydin hansı cinsdə gəlmək istərdin ?
[ Netice · Diger ]
Cavablar: 149

Мини-чат

Статистика

Saytda Olanlar 3
Qonaqlar 3
İstifadəçilər 0

  

16:54
“DONUZ QRİPİ” SAGALAN XƏSTƏLİKMİŞ

Meksika hakimiyyəti bildirir ki, ölkədə “donuz qripi” ilə bağlı vəziyyət sabitləşir. Bildirilir ki, artıq üçüncü gündür ökədə virusdan ölən yoxdur, lakin bu müddət ərzində daha 7 nəfər А/H1N1 virusuna yoluxaraq xəstəxanalara yerləşdirilib. 22 nəfərin isə sağalaraq evə buraxıldığı haqda məlumat verilir. Lakin ölüm hallarının dayanmasına baxmayaraq, ölkədə fövqəladə vəziyyət aradan qalxmayıb. Paytaxt Mexiko meriyasının rəsmiləri deyiblər ki, yoluxma hallarının azalması şəhərdə həyatın bütünlüklə iflic olması ilə bağlıdır. Belə ki, neçə gündür 20 milyonluq şəhər “ruhlar məskənini” xatırladır, iş yerləri, məktəblər bağlıdır, küçədə tək-tük adam gözə dəyir. “Biz dərk etməliyik ki, virus hələ də yayılmaqda davam edir, ona görə də arxayınlaşmaq olmaz”, - deyə meriya rəsmisi Marselo Ebrard bildirib. Məlumatlara görə, virusun ilk dəfə aşkar olunduğu Meksikada iqtisadiyyata ciddi zərbə dəyib. Bütün ictimai iaşə yerləri, xidmətlər bağlanıb, hətta fahişələrin də müştərisiz qaldığı bildirilir. Son məlumatlara görə, virus dünyaın 20-yə yaxın ökəsində qeydə alınıb. Ümumdünya Səhiyyə Təşkilatı xəbərdarlıq edir ki, pandemiya təhlükəsi qalır. Lakin təşkilat virusun təhlükəsinin getdikcə azaldığını da bildirir. ÜST virusa yoluxmaqdan qaçmaq üçün insanlara əllərini tez-tez yumağı, faydalı qidalardan istifadə etməyi, fiziki fəallıqla məşğul olmağı, xəstə adamlarla kontaktdan qaçmağı tövsiyə edir. “Əgər sizdə temperatur yaranıbsa və öskürürsünüzə evi tərk etməyib, istiraht edib və böyük miqdarda maye qəbul edib, ağzınızı bağlayın, öskürərkən birdəfəlik dəsmaldan istifadə edin, istifadə edilmiş dəsmalı müvafiq şəkildə məhv edin, ailə üzvlərinizə və yaxınlarınıza xəstələndiyiniz haqda məlumat verin və onlardan uzaq durun” - deyə təşkilatın ekspertləri bildirir. ÜST qeyd edir ki, yoluxma halında həkimi evə çağırmaq lazımdır. Amerika mütəxəssisləri isə bildirirlər ki, “donuz qripi”nə qarşı vaksin hazırlamaq üçün zəruri cövhərlər bir neçə günə hazır ola bilər. Bu barədə ABŞ-ın səhiyyə naziri Ketlin Sibelius məlumat verib. Lakin onun sözlərinə görə, virusa qarşı kütləvi şəkildə vaksin hazırlanması məsələsi hələ açıq qalır. Hətta buna nail olunsa o zaman vaksinlərin hazırlanması aylarla vaxt apara bilər. Çünki vaksini əvvəlcə könüllülər arasında sınaqdan keçirmək lazımdır. Xatırladaq ki, yeni virus insan, quş və “donuz qripi” viruslarının genetikasını özündə birləşdirir. İki həftədir ki, yayılan bu virusla bağlı maraqlı məqam da ortaya çıxıb. Belə ki, virus Meksikadan başqa digər ölkələrdə ölümə səbəb olmur. Burada yalnız ABŞ-da 2 yaşlı uşağın virusdan ölməsi istisnadır. Mütəxxəsislər ilkin araşdırmalardan sonra bu qənaətə gəliblər ki, virus bir ölkədən digərinə yayıldıqca insan orqanizmi üçün fəsadları da azalır. Amerikanın xəstəliklərə nəzarət və profilaktika üzrə federal agentliyinin direktoru Riçard Besser deyib ki, А/H1N1 virusu adi mövsümü qriplərdən daha təhlükəli deyil. “Adi qripdən ABŞ-da il ərzində 36 min adam ölür, hazırda biz görürük ki, yeni virus adi qrip viruslarına nisbətən daha təhlükəli deyil. Bu da bizdə optimizm üçün əsas yaradır, lakin virusun yayılmasının qarşısını almaq üçün tədbirlər davam edəcək”.
Категория: Müxtelif | Просмотров: 958 | Добавил: fatinka | Рейтинг: 0.0/0
Всего комментариев: 4
0  
 
rihanna yazdıki >> Allaha sukurler olsun 
__________
İstifadəçiəçi Adı:fionaaa
İP:82.118.156.79
Tarix: 12.05.2009 ,16:19.

0  
 
Resad yazdıki >> thanksyou thanksyou sirtiq 
__________
İstifadəçiəçi Adı:Dangerboy
İP:85.132.29.99
Tarix: 07.05.2009 ,21:03.

0  
 
cennet/ yazdıki >> thanksyou 
__________
İstifadəçiəçi Adı:Cennet_Рай
İP:94.199.217.106
Tarix: 07.05.2009 ,19:16.

0  
 
Anonim yazdıki >> maraqlıdır. yerivar yerivar 
__________
İstifadəçiəçi Adı:merve
İP:82.118.158.91
Tarix: 07.05.2009 ,18:38.

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Вход на сайт
İstifadəçi Adı:  
Şifrə:

Поиск

Календарь

Архив записей

Друзья сайта

Copyright MyCorp © 2024