Главная
Регистрация
Вход
Şəmbə
27.04.2024
13:08
Приветствую Вас Qonaq | RSS
WwW.282.CLaN.Su

Категории раздела
MP3 Avto dünya
Şekiller İSlam
Müxtelif Proqramlar
Oyunlar Letifeler
Şeirler Meqaleler
Kitablar Sevgi
Mobil dünya Texnologiya
Video Klip
Kino Prikol
HaCKeR RoCK
Show Biznes Xeberler
Deb İdman
Futbol 282 Həyatı
Rep

Наш опрос
Saytimizin açilmağini necə qarşilayirsiz?
[ Netice · Diger ]
Cavablar: 67

Мини-чат

Статистика

Saytda Olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0

  

23:17
Azərbaycan və Türkiyə
 
 
Bu gün futbol üzrə Türkiyə və Azərbaycan milli komandaları yoldaşlıq görüşündə üz-üzə gələcəklər.


Bakı vaxtı ilə saat 22:00-da Kayseri şəhərindəki “Kadir Has” stadionunda baş tutacaq görüşü slovakiyalı baş hakim Mario Vilk idarə edəcək. Ona həmyerliləri Marian Ruzbarski və Erik Veiss yardımçı olacaq.

Bu, iki ölkə milliləri arasında 5-ci qarşılaşma olacaq. Əvvəlki oyunlardan 3-də Türkiyə yığması qalib gəlib. Yalnız 1 görüş heç-heçə ilə nəticələnib. “Ay-ulduzlular” 4 matçda 6 qol vurub, millimiz isə cəmi 1 dəfə fərqlənə bilib.

Azərbaycan və Türkiyə yığmaları ilk dəfə 1996-cı il aprelin 9-da Tofiq Bəhramov adına Respublika stadionunda yoldaşlıq görüşündə qarşılaşıblar. Həmin matçda Rəhim Zəfərin vurduğu qol sayəsində “ay-ulduzlular” 1:0 hesabı ilə qalib gəliblər. Həmin vaxt Türkiyə yığmasına hazırkı baş məşqçisi Fatih Terim rəhbərlik edib.

Növbəti matç da Bakıda baş tutub və yenə qonaqlar qələbə qazanıb – 1:0. 11 oktyabr 2000-ci ildə keçirilən 2002-ci il dünya çempionatının seçmə qrup matçında baş məşqçi Şenol Günəşin komandasının qələbə topunu Hakan Şükür vurub.

2001-ci il iyunun 2-də İstanbuldakı “İnönü” stadionunda təşkil olunan cavab matçında isə Türkiyə millisi böyük hesabla qalib gəlib – 3:0. Tayfun Korkut, Oktay Dərəlioğlu və Hakan Şükür fərqlənib.

Nəhayət, 12 aprel 2006-cı ildə Respublika stadionunda keçirilən qarşılaşmada yığmamız qələbəni son dəqiqələrdə əldən verib. Rəşad Sadıqovun penaltidən vurduğu qola Hasan Kabze cavab verib – 1:1. Həmin vaxt da “ay-ulduzlular”ın sükanı arxasında Terim durub.

Ümumiyyətlə, Azərbaycan millisi indiyədək 151 oyun keçirib. Onların 25-də qələbə, 38-də heç-heçə, 88-də isə məğlubiyyət qeydə alınıb. 100 qol vuran komandamız 270 top buraxıb. Türkiyə yığması isə 86 illik tarixi ərzində 461 matçda qüvvəsini sınayıb ki, bunların 161-i qələbə, 111-i heç-heçə, 189-u isə məğlubiyyətlə başa çatıb. 592 qol vurub 706 top buraxan “ay-ulduzlular” Kayseri şəhərində ilk dəfə oyun keçirəcəklər. Bu Berti Foqtsun millimizin baş məşqçi postunda 14-cü, Fatih Terimin isə Türkiyə yığmasının sükanı arxasında 86-cı matçı olacaq.

Qeyd edək ki, oyunu izləmək üçün “Azercell”in təşkil etdiyi xüsusi təyyarə reysi ilə Bakıdan 127 azarkeş Kayseri şəhərinə gedib. Görüş məhz bu şirkətin sponsorluğu ilə ANS telekanalı ilə canlı yayımlanacaq. Matçdan sonra millimiz vətənə həmin təyyarə ilə qayıdacaq.

Bu gün daha 2 yoldaşlıq görüşü baş tutacaq. Millimizin 2010-cu il dünya çempionatının seçmə qrup mərhələsindəki rəqibi Almaniya Birləşmiş Ərəb Əmirliklərinin qonağı olacaq, Fransa isə Nigeriyanı qəbul edəcək.


Sizin fikrinizcə oyun hansı hesabla başa çatacaq?
 
Категория: Futbol | Просмотров: 995 | Добавил: Black-Life | Рейтинг: 0.0/0
Всего комментариев: 7
0  
 
Leyla. yazdıki >> kral_Yusif duz deyir azerbaycanlilar ne qanirki? 
__________
İstifadəçiəçi Adı:Leylashka
İP:93.184.225.67
Tarix: 02.02.2010 ,21:35.

0  
 
YusIf REFIYEV yazdıki >> azerbaycan qanirki futbol nedi? 
__________
İstifadəçiəçi Adı:kral_Yusif
İP:80.69.48.231
Tarix: 02.02.2010 ,20:24.

-1  
 
Black Life yazdıki >> Oboyda xeber qoydum mene teshekur etmirsiz amma etinin 1 cumlesine teshekur edirsiz agla agla agla agla agla  
__________
İstifadəçiəçi Adı:Black-Life
İP:82.118.139.182
Tarix: 03.06.2009 ,16:22.

-2  
 
fatinka yazdıki >> Heqiqetende maraqli melumatdir ay eti.tesekkur edirem
O ki qaldi oyuna pis deyildi
 
__________
İstifadəçiəçi Adı:fatinka
İP:62.217.147.201
Tarix: 03.06.2009 ,15:02.

-1  
 
Anonim yazdıki >> Eti_282 çoxsağol bu məlumata görə bilmirdim,bildim. hormet
Birdə orada çox oyunçu özü qapıya vurmurdu oyun boyu top demək olar kiii ancaq bizim qapımızda oldu,ama həqiqətən pis deyili .Sözün düzünü deyim Türkiyənin udmağına sevindim bmqiz .
 
__________
İstifadəçiəçi Adı:merve
İP:212.38.118.251
Tarix: 03.06.2009 ,13:40.

0  
 
rihanna yazdıki >> o qeder de pis oynamadilar men oyuna baxdim udmasalarda hec olmasa bir sey elemeye calisdilar hem de ki biz qardas olkeyik udsaq ne olacaq udmasaq ne olacaq 
__________
İstifadəçiəçi Adı:fionaaa
İP:82.118.156.160
Tarix: 03.06.2009 ,09:48.

+2  
 
Eti yazdıki >> Ümumiyyətlə, Azərbaycan millisi indiyədək 151 oyun keçirib. Onların 25-də qələbə, 38-də heç-heçə, 88-də isə məğlubiyyət qeydə alınıb. <<<< gulmek .... tşk 
__________
İstifadəçiəçi Adı:Eti_282
İP:82.118.158.38
Tarix: 03.06.2009 ,08:06.

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Вход на сайт
İstifadəçi Adı:  
Şifrə:

Поиск

Календарь

Архив записей

Друзья сайта

Copyright MyCorp © 2024