Главная
Регистрация
Вход
Cümə
03.05.2024
09:06
Приветствую Вас Qonaq | RSS
WwW.282.CLaN.Su

Категории раздела
MP3 Avto dünya
Şekiller İSlam
Müxtelif Proqramlar
Oyunlar Letifeler
Şeirler Meqaleler
Kitablar Sevgi
Mobil dünya Texnologiya
Video Klip
Kino Prikol
HaCKeR RoCK
Show Biznes Xeberler
Deb İdman
Futbol 282 Həyatı
Rep

Наш опрос
Tom və Jerry cizgi filmində kimin tərəfindəsən ?
[ Netice · Diger ]
Cavablar: 105

Мини-чат

Статистика

Saytda Olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0

  

17:18
Ayrılıq şerləri
 
Ayırdılar

Günlərin bir günü payız günündə
İlk sevgilimi, nişanladılar
Duymayıb qəlbimin döyüntüsünü
İki sevən qəlbi parçaladılar

Yığışıb başına rəfiqələri
Onu ər evinə yola saldılar
Sevən bir oğlanın təmiz eşqini
Döyünən ürəkdən tez qopardılar

Ötüşdü həftələr ötüşdü aylar
Bir səhər onların bir oğlu oldu
Bu məsum balaca günahsız körpə
Gənc ana qəlbinin ulduzu oldu

Yalvarıb yaxarıb o öz ərinə
Körpənin adını məhəbbət qoydu
Hər dəfə məhəbbət çağıranda O
Elə bil eşqinin səsini duydu!!!
 
----------
 
Ayırma bizi

Ayrılıq zamanı gəlib çatanda
Ümidlər tükəndi həmin o anda
Ayıran da sənsən qovuşduran da
Öldürsən də nə olar ayırma bizi

Bilmirəm ki nəydi mənim günahım
Bağırdım heç yerə çatmadı ahım
Acdım əllərimi dedim, Allahım
Tək ümidimiz sənsən ayırma bizi.

Nəysə ki ayrıldıq biz görüşmürük
Artıq öncəki kimi biz baxışmırıq
Küsüb taleyimiz heç barışmırıq
Nə olur barışdır ayırma bizi.

Bizim ki yazılıb bax bura qədər
Artıq həyat bizə olub qəm kədər
Biz ki qovuşmalıyıq ölənə qədər
Nə olur qovuşdur ayırma bizi...
 
----------
 
Ayrılanda mən

Titrədi əllərim yaşardı gözüm
Səninlə görüşüb ayrılanda mən
Kədərli baxışlar bağrımı yardı
Səninlə görüşüb ayrılanda mən.

Tale uzaqlara atsada bizi
Silinməz qəlbimdən sevgimin izi
Hər zaman yad edək bir birimizi
Tanrı heç zaman ayırmaz bizi.
 
----------
 
Ayrıldıq

Ayrıldıq güc gəldi bizə hücumlar,
Ayrıldıq usanıb tənədən, sözdən.
Bizdən razı qaldı yadlar, qohumlar.
Biz razı qalmadıq öz-özümüzdən

Ayrıldıq nəğməmiz qaldı yarımçıq
Fikirlər pərişan könüllər qırıq
Ayrıldı da, harda ləngidi zaman
İndi nə sən sənsən, nədə mən mənəm

Başımda tufanlar hayqırdığından
Meyvəsi dəyməmiş tökülən mənəm.
Dağlara dırmaşıb ardımca qaçdın
O, axar sulara qarışan mənəm

Taleyin hökmüylə sən çox vuruşdun
Bu ağır hökm ilə barışan mənəm
Yandıranda mənəm, yaxanda mənəm
Döyəndə vuranda yıxılanda mən.

Ayrıldıq bilmədən nəyçün nədən biz
Ayrıldıq ayrılmaq istəmədən biz!!!
 
---------
 
Ayrılıq

Mən səni itirmək istəmirdim heç
Bir gecə qapıma gəldi ayrılıq
Dağ boyda məhəbbət sanki yıxıldı
O dağı yerindən sildi ayrılıq

İnsanı incidir sevgi həsrəti
Birdə çox incidir yarın nifrəti
Qayıq tək təsəvvür et məhəbbəti
O qayığı batıran göldü ayrılıq

Tanrıdan istədim hər gün imdadı
Qəlbimdən silinmir bu eşqin adı
Səninlə şirin idi həyatın dadı
Səni mənə çoxmu bildi ayrılıq

Düşünmə bu sevgi heçdi hədərdi
Ayrılıq kəlməsi sanki zəhərdi
Ayrılıq həsrətdi, qəmdi, kədərdi
Qəmini mənimlə böldü ayrılıq

Olmadım mən sənə olmadım düşmən
Kor oldum gözümdə tək göründün sən
Səni ilk görəndə düşündüm ki, mən
Dirilməz bir daha oldu ayrılıq
 
---------
 
Ayrılıq anı

Dilim tutulur deyə bilmirəm
Səninlə beləcə ayrılıram mən
Bəlkə gözüm tutulur görə bilmirəm
Səni qarşımda sevgilim mənim

De necə unudum qara gözləri?
Artıq o gözləri görməyirəm mən
Dilindən tutduğum şirin sözləri
De necə unudum sevgilim mənim?

Deyirəm sözləri çətin olsa da,
Deyəsən gözlərin yaşarıb sənin?
Deyirəm gözlərim yaşla dolsa da
Əlvida əlvida SEVGİLİM MƏNİM

Ayrılırıq. Hər zaman əmin ol buna
Ömürlük girmisən mənim ruhuma
Kəsərəm hər yandan yollarını bil
Bizim qəlblərimiz ayrılan deyil...
 
---------
 
Ayrılıq çətindir

Biz ayrılan gündən ötsə də ay, il
Bu mənə ölümdən olubdur baha
Ayrılıq əbədi unutmaq deyil
Sanma ki, mən səni sevmirəm daha.

Sənsiz günüm keçir hədər, havayı
Ömür bağçasında xəzəllər ölüb
Səni unutmaqçun səndən savayı
Qəlbimdə hələ çox gözəllər ölüb.

Amma ki, olmayır bunun köməyi
O sənli günləri unutmaq olmur
Bir zaman eşqinlə vuran ürəyi
Başqa bir ürəklə ovutmaq olmur

Odlu məhəbbətə, sevgiyə qıydıq
Bizə sirdaş oldu qüssə, qəm, kədər.
Qismət belə imiş. Ayrılmalıydıq
Mən səni sevsəm də dünyalar qədər.
 
--------
 
Ayrılmaq yox deyə əminimiz var

Ayrılıq qapını döyür açma
Biraz daha düşün zamanımız var
Nə günlər yaşadıq bax səhifə-səhifə
Səninlə yazılmış romanımız var

Könül qapısından tez uçma dur
Salamsız vidasız bu cür qaçma dur
Bilinməz yerlərə yelkən açma dur
Səninlə xoşbəxtlik limanımız var

Bir anda yalana çevirmə düzü
Dağılan bir sevginin dadı və duzu
Xatırla Tanrıya verdiyin o sözü
Ayrılmaq yox deyə əminimiz var
 
---------
 
Ayrılmaram

Okeanlar quruya dünyada bir birindən
Dolan gözlər ayrıla mən səndən ayrılmaram
Zirvələr sirkələnə dağlar qopa yerindən
Dolan gözlər ayrıla mən səndən ayrılmaram

Çən layları görünsə eşqimin ulduzlarında
Yollarım kölgələnsə ümmanların tozunda
Soyuq təbəssümlərin. Baxışların tozunda
Dolan gözlər ayrıla mən səndən ayrılmaram

Mənəm eşqin yolunda candan ömürdən keçən
Bəxtimin fəzasına ən nurlu ulduz seçən
Əhdinə ilqarına hərarətlə and içən
Çox əzizlər ayrıla mən səndən ayrılmaram
 
Категория: Şeirler | Просмотров: 2737 | Добавил: Black-Life | Рейтинг: 3.0/1
Всего комментариев: 4
0  
 
rihanna yazdıki >> agla agla agla super 
__________
İstifadəçiəçi Adı:fionaaa
İP:82.118.157.173
Tarix: 04.06.2009 ,09:50.

0  
 
fatinka yazdıki >> Heqiqetendee cox pis tesir etdi mene tesekkur edirem. Hec kim hes kesden ayrilmasin 
__________
İstifadəçiəçi Adı:fatinka
İP:62.217.147.18
Tarix: 03.06.2009 ,21:46.

0  
 
niyameddin yazdıki >> Aglamagdan Gozlerimde Yas Qalmadi Ki agla agla 
__________
İstifadəçiəçi Adı:dindar
İP:78.111.55.143
Tarix: 03.06.2009 ,21:03.

0  
 
Anonim yazdıki >> Məni ağlatdız həqiqətəndə hammısı əladı agla .Təki heş kəsə qismət olmasın ayrılıq. agla 
__________
İstifadəçiəçi Adı:merve
İP:82.118.158.133
Tarix: 03.06.2009 ,20:17.

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Вход на сайт
İstifadəçi Adı:  
Şifrə:

Поиск

Календарь

Архив записей

Друзья сайта

Copyright MyCorp © 2024