Главная
Регистрация
Вход
Cümə
03.05.2024
14:22
Приветствую Вас Qonaq | RSS
WwW.282.CLaN.Su

Категории раздела
MP3 Avto dünya
Şekiller İSlam
Müxtelif Proqramlar
Oyunlar Letifeler
Şeirler Meqaleler
Kitablar Sevgi
Mobil dünya Texnologiya
Video Klip
Kino Prikol
HaCKeR RoCK
Show Biznes Xeberler
Deb İdman
Futbol 282 Həyatı
Rep

Наш опрос
Kitab oxuyursan ?
[ Netice · Diger ]
Cavablar: 116

Мини-чат

Статистика

Saytda Olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0

  

23:43
Sevgi Şerləri
 
Sevgi nağılı

Uzun illər öncə cavan olanda
Tanıdığım bir qıza vuruldum yaman
Bilirdim ki, canım, sevgilim idi
Bilmirdim ki, nağıl imiş o zaman.

Sən demə bu sevgi bir nağıl imiş
Mən özüm-özümü aldadırmışam
Bu sevgi ağlımı yamanca almış
Artıq bu sevgiylə lənətlənmişəm.

Bütün günü dalaşıb, biz barışırdıq
Səhərlər küsürdük, axşam sevişirdik
Heç kim mənə bu qədər dərd verməmişdi
Heç kim ürəyimə tez girməmişdi.

Bilmirəm nə etdim, ayrıldıq birdən
Soruşuram onu gələn-gedəndən
Lakin bir gözəl gün mən tapsam onu
Sonsuz və möhtəşəm olacaq sonu.

Sən demə bu sevgi bir nağıl imiş
Mən özüm-özümü aldadırmışam
Bu sevgi ağlımı yamanca almış
Artıq bu sevgiylə lənətlənmişəm.

Sən demə nağılmış bütün sevgilər
Çox ağır olsa da, bu həqiqətdir
İnsanın ağlını başından alır
Sevgi gör bizləri nə günə salır.
 
----------
 
Mən sevərəm ikimizin yerinə

Bu sevgidən sən qorxursan eybi yox,
Mən sevərəm ikimizin yerinə
Bu eşq üçün bir gün dara çəksələr
Mən gedərəm ikimizin yerinə

Min əzabdır sənsiz keçən hər günüm,
Unutmuşam yaxşı-yaman fərqini
Bu sevginin dağ əridən dərdini,
Mən çəkərəm ikimizin yerinə

Gül deyirəm, gül qəlbinə dəyirəm,
Mən səninçün Tanrı yazan şeirəm,
Dodaqların inciməsin deyirəm,
Mən öpərəm ikimizin yerin

Min əzabdır sənsiz keçən hər günüm,
Unutmuşam yaxşı-yaman fərqini
Bu sevginin dağ əridən dərdini,
Mən çəkərəm ikimizin yerinə

Taleyimdə son açılan gülümsən
Süzüb qara gözlərin könlümsən
Bu sevginin sonu əgər ölümsə,
Mən ölərəm ikimizin yerinə
 
----------
 
Sənsən yaşadan bu ürəyi

Sən olmasan dağılar dünyam
Mən həmişə sənin üçün vəfadaram
Nə olar bu sevgiyə qatma haram
Sənsən yaşadan bu ürəyi

Sevgi nədir ki, mənə qıymadın
İndi o sevgidən heçnə qalmadı
Bu sevgi mənim üçün artıq yalandı
Sən idin yaşadan bu ürəyi
 
----------
 
Tanrım qurtar məni bu eşqdən

İlk göz ağrım,
Sən canım idin...

Tanrım hardan sevdim
Hardan düşdüm bu bəlaya
Yandım üsyan etdim qurban oldum bu sevdaya
Vurdum könlümü həsrətin ən uzaq yoluna...
Səndən qopmazsa ürəyimə yazıqlar olsun

Allahım eşit məni
Yetər qurtar məni
Anladım hər şey yalan
Gözünü qırpmadan bitirdi eşq məni
Dayan ürəyim dayan!

Bu qədər asanmı sevdim səni
Bu qədər asanmı alışdım sənə
Mən səni ölümünə sevərkən
Bu qədər asanmı bitirdin məni
Gözünü qırpmadan öldürdün məni
Səndən qopmazsa ürəyimə yazıqlar olsun

Tanrım haradan sevdim
Haradan düşdüm bu bəlaya
Yandım üsyan etdim qurban oldum bu sevdaya
Vurdum könülümü həsrətin ən uzaq yoluna...
Səndən qopmazsa ürəyimə yazıqlar olsun.
 
----------
 
Səni yad əllərə verən deyiləm

Mübariz olmuşam səni sevəndən,
Səndən özgəsini sevən deyiləm.
Sən yalnız mənimsən bir ömür qədər,
Səni yad əllərə verən deyiləm.

Sənə hər dəqiqə zəng edəcəyəm,
Harda olduğunu öyrənəcəyəm.
Səni əvvəlkindən çox sevəcəyəm,
Səni yad əllərə verən deyiləm.

Qoymaram bir özgə göz baxsın sənə,
Onlar dəyməz eşqin bir zərrəsinə.
Hər zaman sadiq ol eşqinə, mənə,
Səni yad əllərə verən deyiləm.

Eşqindən əriyib, dönsəm də selə,
Həsrətdən can verib, ölsəm də belə.
Bir şəmtək əriyib, sönsəm də belə,
Səni yad əllərə verən deyiləm.

Qurduğum xəyallar gerçək olacaq,
Günəş üstümüzə şəfəq saçacaq.
Hicranın yoluna son qoyulacaq,
Səni yad əllərə verən deyiləm.

Ananı özümə anam biləcəm,
İnan ki, atanı lap çox sevəcəm.
Sizinlə sevinib, sizlə güləcəm,
Səni yad əllərə verən deyiləm.

Bilirəm, anan da məni sevəcək,
O gündən özünə qızı biləcək.
Pərvanə dediyin bil ki, edəcək,
Səni yad əllərə verən deyiləm
 
----------
 
Məhəbbət

Məhəbbət ömrün hər bir anında
Onunla yaşamış ürək qanında
İnsana gətirmiş sevinc və kədər
Ayrılıq dönüklük istiyən qədər

Məhəbbət vətənə ata anaya
Nadinc uşaqlara körpə balaya
Yaxın qohumlara doğma qardaşa
Həqiqi səmimi dosta sirdaşa

Məhəbbət daimi ülvi sevgiyə
Hər bir ailədə möhkəm birliyə
Yaşıl meşələrə dağ yaylaqlara
Suları şəfalı buz bulaqlara

Məhəbbət zəhmətkeş hər bir insana
Fəhləyə kəndliyə təmiz vicdana
Alimə təbibə elmi qanana
Memara bənnaya daim qurana

Məhəbbət şairə səmimi sözə
Oxuyan bülbülə hər gülən gözə
Səhərlər açılan təzə tər gülə
Könlümü oxşuyan şirin bir dilə
Məhəbbət insanın çətin günündə
Ona dayaq olmuş toy düyünündü
İnsanın həyatı bir əfsanədir
Məhəbbət siz ömür bir viranədir
 
----------
 
Sevərəm səni

Göydə yağış olub yağsan qəlbimə,
Parlaq günəş olub saçsan qəlbimə,
Sərin bulaq olun axsan qəlbimə,
Qəlbimin aynası bilərəm səni,
Əvvəlki tək istər, sevərəm səni.

Donub gəlsən, yenə sevsən nə olar?
Ulduzum, ayımsan desən nə olar?
Ürəyini bölüb versən nə olar?
Yalvarıb tanrıdan dilərəm səni,
Əvvəlki tək istər, sevərəm səni.

Ümüd verib mənə, dönəcəm desən ,
Gələndə gözündən öpəcəm desən,
Səni ömrüm boyu sevəcəm desən,
Həmişə yanımda bilərəm səni,
Əvvəlki tək istər, sevərəm səni.

İçimi yandırıb, baxsan gözümü,
Dərdindən ölürəm, desən üzümə.
Dözərəm verdiyin əzaba, zülmə,
Ömrümün mənası bilərəm səni,
Əvvəlki tək istər, sevərəm səni.

Aylı bir gecədə tutsan elimi,
Odlu atəş kimi yaxsan içimi,
Vuran ürəyimin duysan səsini,
Qəlbimin aynası bilərəm səni
Əvvəlki tək istər, sevərəm səni.
 
----------
 
Ağlama ürəyim

Bilməzdin əzablar çəkəcəksən sən,
Bilməzdin dirilib öləcəksən sən.
Ağlamaqdan Vallah tükənəcəysən,
Ağlama ürəyim ağlama daha.

Qoyma düşmənlərin baxıb gülsünlər,
Qoyma dərt sərini onlar bilsinlər.
İzin ver göz yaşın dostlar silsinlər,
Ağlama ürəyim ağlama daha.
 
----------
 
Əbədi məhəbbət yaşayacaqmı?

Əlinlə söndürdün, eşqin odunu,
Quru nəfəsimlə alışacaqmı?
Bir sevgi dəfn etdin, ürəyimdə sən
Ürəyim səninlə barışacaqmı?

Yaxşı ki, xəyalın qanadlı imiş,
Eşqin səmasında hərdən süzürəm.
Səndən küsüb gedən, könül qatarı
Bir daha geriyə qayıdacaqmı?

Nə ağır oynadı taleh oyunu,
Çox ağır yük altda əydi boynumu.
Bir sual cavabsız qaldı dünyada,
Əbədi məhəbbət yaşayacaqmı?...
 
---------
 
Qəzəl

Gecə xəlvətcə bizə sevgili yar gəlmiş idi,
Üzü aydan da gözəl nazlı nigar gəlmiş idi.

Tər axıb gül yanağından, bulud örtmüşdü ayı,
Onu düşmənmi qovub, könlü qubar gəlmiş idi?

Ona mən göz yetirib xəlvəti baxdım, baxdım,
Ovçunun ovlağına körpə şikar gəlmiş idi.

Uyuyub hər ikimiz rahat olub bir yatdıq,
Bəxtimin bağçasına güllü bahar gəlmiş idi.

Dedi: - Getmək dəmidir, söylə, nə istərsən yar?
Bir öpüş istədim ondan... yeri var, gəlmiş idi.

Ağlayıb getdi o yar, göz yaşı yandırdı məni,
Odlara yandı dilim, sanki şərar gəlmiş idi.

Ey Nizami! - dedi - birdən ayılıb, gördüm o yox,
Demə röyada bizə çeşmi-xumar gəlmiş idi.
Категория: Şeirler | Просмотров: 2119 | Добавил: Black-Life | Рейтинг: 0.0/0
Всего комментариев: 7
0  
 
Black Life yazdıki >> Merve Ok 
__________
İstifadəçiəçi Adı:Black-Life
İP:212.38.118.208
Tarix: 04.06.2009 ,17:09.

0  
 
Anonim yazdıki >> Bağışla mən fionaaya dedim. 
__________
İstifadəçiəçi Adı:merve
İP:82.118.158.155
Tarix: 04.06.2009 ,17:06.

0  
 
RəŞaD yazdıki >> gulmek gulmek gulmek gulmek gulmek gulmek gulmek gulmek gulmek gulmek gulmek gulmek gulmek gulmek gulmek 
__________
İstifadəçiəçi Adı:Dangerboy
İP:85.132.64.131
Tarix: 04.06.2009 ,15:51.

0  
 
Black Life yazdıki >> Merve niye menlik olurki ??? 
__________
İstifadəçiəçi Adı:Black-Life
İP:82.118.157.212
Tarix: 04.06.2009 ,15:35.

0  
 
Anonim yazdıki >> Sevgi gələcəkdə sənlikdi.Hər nəysə şeirlər ÇooooX gözəldi və mənalıdır. yerivar 
__________
İstifadəçiəçi Adı:merve
İP:82.118.157.104
Tarix: 04.06.2009 ,14:11.

0  
 
fatinka yazdıki >> Tesekkur edirem
Mehebbet adli seri men sayta qoymusdum
 
__________
İstifadəçiəçi Adı:fatinka
İP:82.118.139.94
Tarix: 04.06.2009 ,14:11.

0  
 
rihanna yazdıki >> sevgi mennik deyil duzdu amma seirler xosuma geldi Qezele vopse soz ola bilmez 
__________
İstifadəçiəçi Adı:fionaaa
İP:82.118.157.173
Tarix: 04.06.2009 ,09:41.

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Вход на сайт
İstifadəçi Adı:  
Şifrə:

Поиск

Календарь

Архив записей

Друзья сайта

Copyright MyCorp © 2024