Главная
Регистрация
Вход
Bazar
05.05.2024
15:36
Приветствую Вас Qonaq | RSS
WwW.282.CLaN.Su

Категории раздела
MP3 Avto dünya
Şekiller İSlam
Müxtelif Proqramlar
Oyunlar Letifeler
Şeirler Meqaleler
Kitablar Sevgi
Mobil dünya Texnologiya
Video Klip
Kino Prikol
HaCKeR RoCK
Show Biznes Xeberler
Deb İdman
Futbol 282 Həyatı
Rep

Наш опрос
Hansı nəqliyyatdan istifadə edirsiz ?
[ Netice · Diger ]
Cavablar: 112

Мини-чат

Статистика

Saytda Olanlar 2
Qonaqlar 2
İstifadəçilər 0

  

11:45
Gözəl sözlər
 
  • Eşq dodaqlarda qəhqəhə deyil, gözlərdəki yaşdır. Məqsəd sevgi uğrunda ölmək deyil, uğrunda öləcək sevgili tapmaqdır.



     

  • Həyatda heç bir şey ilk eşqin yerini tutmaz. İnsan sevsə belə o ilk eşq heç unudulmaz.



     

  • Səni o qədər çox sevəcəyəm ki, mənsiz günlərini yox sayacaqsan. Səni sevdiyimi söyləməyəcəyəm gözlərimə baxıb anlayacaqsan.



     

  • Bu gecə sürüşərkən göz üzündən ulduzlar gözlərimdən yaş süzülsə də ilk dəfə olaraq dilək tutmayıb təşəkkür etdim Tanrıya bu gecə yanımda olduğun üçün!



     

  • Niyyətin səni qaçırtmaqsa artıq qaçırtmışam,  gözlətməksə artıq gözləyirəm, sevməksə artıq sevirəm.



     

  • Sən məni deyil mənim səni sevməmi sevirsən.



     

  • Könlümdə taxt qurdun, könlümün sultanı oldun, gecə göy üzündə parlayan ulduzam, sabah isə ruhuma doğan günəşim oldun.



     

  • Səni sevirəm çünki əlini qəlbimin üzərində hiss etdiyim zaman, üzüntülərimi alıb onların yerinə o bənzərsiz sıcaqlığı verməyi bacarırsan.



     

  • Sevən unutmaz, unudan sevməmişdir, əgər sevib unutmuşsa sevgisini bilməmişdir. Çiçəklər sola bilir, yarpaqlar tökülə bilir, səni hər kəs unuda bilir amma mən əsla.



     

  • Haraya gedərsənsə get sevdadan qaçılmaz, könül elə bir şey ki, hər kəsə açılmaz.



     

  • Mən gedirəm mənim canım gül bağçam. Mən ağlayıram sən ağlama. Bir ömür boyu o gül üzün həmişə gülsün. Çünki güllər ağlamaz.



     

  • Dünyan elə qaralsın ki, səni aydınladan tək işıq gözlərim olsun.



     

  • Gördüyüm ən gözəl yuxu sənin olduğun, duyduğum ən dərin sevgi sənin əsərin, gördüyüm ən gözəl dünya sənin gözlərin və qurduğum ən gözəl xəyal sənsən.



     

  • Sən ürəyimin dərinliyində hər kəsdən uzaq hər kəsdən fərqli olaraq yaşayacaqsan. Sən mənim son eşqim, dəli sevdam, yaşamış olduğum ən özəl insan olaraq qalacaqsan.



     

  • Sənə söz verirəm sən getsən də, məni tərk edib, unutsan da, səni mən əsla unutmayıb hər an üçün sevəcəyəm.



     

  • Sevgilərin ən gözəli səni sevmək, gözləntilərin ən gözəli səni gözləmək və həyatın dadı sabaha qalxdığımda sənin var olduğunu bilməkdir.



     

  • Ovcunun arasına bir ürək buraxdım. İstəyərsənsə bir kənara atarsan, istəyərsənsə ürəyinin üstünə qoyub hər zaman səninlə olacağını xatırlayarsan.



     

  • Mən bu həyatda bir çox səhvlər edib acısını çəkdim. Tək bir doğru iş gördüm oda sənə qəlbimlə güvənməkdir. Canımın içi düşünürəm sən buna layiqsən.



     

  • Gecələrdən qorxma, pəncərəndə ulduz kimi parlayacağam, uzaqdayam deyə yalnızsansa kölgə kimi arxanda, nəfəs kimi içində, can kimi yanındayam.



     

  • Əgər qədər səni mənim qollarımdan alıb başqasının qollarına atarsa bil ki, sənin düyün musiqin mənim cənazə marşım olacaq.



     

  • Eşqin tək dili gözlərdir onlar dodaqlar kimi yalan söyləməz.



     

  • Son bir günüm qalsa da fani dünyada səninlə bərabər olmaq istəyərəm. Sevincli günləri təkrar-təkrar yaşayıb əllərin əlimdə ölmək istəyərəm.



     

  • Səsini duysam da hər an üzünü görmək kimi deyil. Səni gözlədiyimi bil hər an. Heç bir şey səni sevmək kimi deyil.



     

  • Sevgililər öpüşərkən nədən gözlərini yumurlar bilirmisən? Çünki gözləri ilə deyil qəlbləri ilə görmək istəyirlər. Yəni hiss etmək istəyirlər. Sevgilim mən də səni ruhumun dərinliklərində hiss edirəm, çünki səni çox sevirəm.



     

  • Dəniz dalğasız, könül sevdasız olmaz, yarı gözəl olanın başı bəlasız olmaz.



     

  • Sən güllərə qibtə etmə, güllər sənə qibtə etsin. Üzmə şirin canını sən güllərdən də gözəlsən. Sevgi qədər məsum seviləcək qədər özəlsən, çünki sən bircəcik, hər şeyə bərabərsən.



     

  • Buraxacağın bir əli tutma, tutacağın bir əli buraxma. Saxta sevgilərə gül olmaqdansa gerçək sevgilərə tikan olmağa dəyər bunu əsla unutma.



     

  • Heç bir qız oğlana boyun əyməz, heç bir oğlan da bir damla göz yaşına dəyməz.



     

  • Səni sevirəm deyən sözlərə deyil, sənin üçün ağlayan gözlərə inan.



     

  • Yaxınlıq nə məkanla nədə zamanladır. Yalnız əllər göyə açıldığında ağlına gələnlər yaxın olduqlarındır.



     

  • Onun gözəlliyini hər kəs görürsə o məncə bir az gözəldir. Onun gözəlliyini hər kəs bilirsə o məncə heç gözəl deyildir. Onun gözəlliyini yalnız mən görürəmsə bu sevgidir. Onun gözəlliyini yalnız mən bilirəmsə bu eşqdir. Heç kim bilmirsə bu yalnızlıqdır.



     

  • Həyat bir damla sudursa eşq bir damla göz yaşıdır.



     

  • Bu dünyada 2 qüsursuz insan vardır. Biri doğmamışdır digəri isə ölmüşdür.



     

  • Məni sənə qovuşduracaq tək şeyin ölüm olduğunu bilsəydim, əzrailin gəlməsini gözləməzdim.



     

  • Yarpaq tökən gəncliyimin sətir aralarında altı qırmızı cızılmış və dırnaq içinə alınmış susqunluğumun baş hərflərisən.



     

  • Məndə Məcnundan füzun aşiqlik istedadı vardır, aşiqi məcnun mənəm Məcnunun ancaq adı vardır.



     

  • Fırtınalar qopar könlümdə. Səni axtararam xəyallarımda. Geriyə dönməsən belə, könlüm yenə həmişə səninlə.



     

  • Gənclikdə günlər qısa, yollar uzun, yaşlılıqda isə günlər uzun, yollar qısadır.



     

  • Səninlə başım dərddə, nə edim bilmirəm, canımdan bir parçasan, söküb ata bilmirəm.



     

  • Hər zaman doğrunu söyləsən nə dediyini xatırlamaq zorunda qalmazsan.



     

  • Mənə səni unut dedilər unutdum; Amma səni deyil, mənə səni unut deyənləri.



     

  • Səni sevmək acıların ən böyüyü olsa da, səni düşünərkən gözyaşı tökmək yaşana biləcək ən böyük sevincdir.



     

  • Dost istəyərsənsə Allah yetər. İbrət istəyərsənsə ölüm yetər.



     

  • Sən məni, mənim səni sevdiyim qədər sevsəydin; Mənim səni, sənin məni sevdiyin qədər sevdiyimi anlayardın.



     

  • Bərabər ağlamaqdakı göz yaşı kimi heç bir şey qəlbləri bir-birinə bağlamaz.



     

  • Əgər oralarda bir gün yağmur yağarsa üzünü çevirmə. Burax səni mənim yerimə öpsün.



     

  • Aynaya baxınca özümü deyil qocaman bir ürək və o ürəkdə ondan da böyük bir sən gördüm. 



     

  • Sən dünyaya sürgün bir mələksən. Mən səni o qədər çox sevəcəyəm ki, bir daha cənnətinə dönməyəcəksən.



     

  • Həyatın ən gözəl anı hər şeydən vaz keçdiyiniz zaman sizi həyata bağlayan biri olduğunu düşündüyünüz andır.



     

  • Əgər bir gün sevmək istəsən öncə özünü sev, daha sonrada istəyərsənsə məni, Amma məni; məni sevən kimi deyil özünü sevən kimi sevməlisən, çünki mən səni belə sevdim.



     

  • Səni sevməmi istəmişdin, sevdim. Səni öpməmi istəmişdin öpdüm. Sənə baş əyməmi istəmişdin bunu edə bilmərəm gözəlim. Yaradandan başqasına baş əymək sevənə də sevilənə də yaraşmaz.



     

  • Əsla üzməsin səni qarşılıqsız sevgilər. Ürəyinə dağ basmasın acılar bir gün gedər. Gedən getsin bu yanğınlarda sönər. Əsla baxma geriyə krallar öndə gedər.



     

  • Yalnızlıqdan qurtulmanın tək yolu yalnızlıq duyğusundan uzaqlaşıb hər insanın içərisində doğuşdan var olan sevgiyə sarılıb öncə özünü sevməni öyrənərək bu sevgini başqaları ilə heç bir ayırım etməyərək paylaşmaqdır.



     

  • Qanadlanıb göylərə necə uçum, küləyin olub sənə necə əsim, yağmurun olub yanağına necə düşüm, başımı tutub uzaqlara sənsiz necə gedim, içimdə sən var ikən söylə necə ölüm.



     

  • Fədakar olan insan könüldən sevəndir. Ürəkli olan insan özünü biləndir. Ümidli olan insan yaşamağı sevəndir. Unutmayan insan bir ömrə bərabərdir.



     

  • Həyata dair gözəl olan hər şeylə birlikdə yaşamağı bil yetər.



     

  • Sənsizlik səssizlik demək. Səssizlik ölüm demək. Yaşayarkən ölmək, səni sevib sənsizliklə yaşamaq demək. Demək ki, yaşamaq üçün sevmək, sevmək üçündə sən gərəksən.



     

  • Sənə səni dünyalar qədər sevirəm desəm yalan. Sənə səni ölüm qədər sevirəm desəm inan, çünki ölümdür dünyada tək gerçək olan.



     

  • Mən səni sevmək üçün deyil sevmənin necə bir duyğu olduğunu görməyin üçün sevdim.



     

  • Əsla sevmə, sevərsənsə xəyanət etmə, xəyanət edəni əsla əfv etmə.



     

  • Hiss etdiyin hissləri hiss etdiyini hiss etdiyin an hiss etdiyin hiss eşqdir.



     

  • Gülü gülənə ver. Qəlbi sevənə ver. Aşiq olmaq gözəl şey, qiymətini bilənə ver.



     

  • Ay gecə üçün, günəş gün üçün, sən mənim üçün, bütün güllər sənin üçün.



     

  • Sən mənim qanadımsan, tutunacaq arxamsan. Yaşamaq nəyə yarar yanımda olmalısan.



     

  • Uzaqlardasan mənimlə deyil, mən isə yalnızam səninlə deyil, ismin qəlbimdədir dilimdə deyil, qəlbim səninlədir içimdə deyil, səni sevirəm əlimdə deyil.



     

  • Ümid gözəl şeydir qəlbində daşıyarsansa, sevmək gözəl şeydir gerçəkdən sevirsənsə, yaşamaq gözəldir anlamını bilirsənsə, sevilmək gözəldir gerçəkdən sevirsənsə.



     

  • Mən sənsizliyi sənin yerinə qoyub səni sənsizliklə yaşaya bilirəm. Unutma unutmaram unutmasan. Səndən uzaqlarda sənsiz qalacağımı zənn etmə.



     

  • İndi yağmur isladır ümidlərimi. Səni bir çiçəkdə yaşatdığımı bilirsən. Yox imiş sənsiz yaşantımın anlamı. Səni sevirəm desəm gələrmisən ?



     

  • Yaşamağı bir sevda sandım, sevgini sən sandım, həyatı bir yol sandım, dərin bir yuxudan oyandım, amma səni yanımda tapa bilmədim.



     

  • Adını günəşə yazdım, hər şəfəqdə doğsun deyə, ürəyini ürəyimə yazdım için-için yandığında mənimki də yansın deyə, adını canım qoydum sən öldüyündə mən də ölüm deyə.



     

  • Dünyadakı bütün insanların eşqi toplanıb birləşsə belə, mənim sənə qarşı olan eşqimin yanında aciz qalar. Çünki mənim sənə qarşı olan eşqim ağıl və məntiqin heç bir zaman çata bilməyəcəyi yerdə qalır.



     

  • Xəritəyə baxıram evin yox. Sözlərə baxıram adın yox. Sənə baxıram özümü görürəm, çünki məndən başqa yerin yox.



     

  • Hər dəniz bir dalğa, hər röya bir yuxu, hər məzar bir ölü, hər ağac bir kök tapar. Mən başqa bir sən tapa bilmərəm.



     

  • Bir gecə yarısı titrəyərək oyansan bil ki, şəklini öpdüyüm gündür, bir gün səbəbsiz yaşlar süzülərsə o gözəl gözlərindən bil ki yoxluğundan öldüyüm gündür.



     

  • Ağırdır sevgilərim hər ürək daşıya bilməz, böyükdür ümidlərim, hər ürək saxlaya bilməz. Hər şeyi unudar da. Amma bu qəlbim tək bir səni unutmaz!



     

  • Gözəlsən, birdənəsən, şirinsən. Çəkdiyim dərddə tək bəhanəsən. Mələkmi, şeytanmı bilmirəm ki, nəsən. Əllərdən əllərə atsan da olar. Mən səni sevirəm, sən məni sevməsən də olar!



     

  • Sənsizəm, səndən uzaqda səni düşünürəm, səni gözləyirəm və gözləməyi çox sevirəm. Bir gün səni itirmək kimi duyğu gəlir beynimə, qorxuram və bu qorxunu çox sevirəm. Sevirsən deyə qorxursan. İtirsən uzaqdan baxmaq yetər bilirsən. Sənsizəm, sevgi yox artıq, amma mən yenə də səninləyəm, çünki səni sevirəm.



     

  • Mənə bir günün 24 saat, bir saatın 60 dəqiqə və bir dəqiqənin 60 saniyə olduğu öyrədildi, amma sənsiz keçən bir saniyənin sonsuzluq qədər uzun olduğu öyrədilmədi. Həyatımızın hər anında birlikdə olmağımız arzusu ilə sevgilim.



     

  • Bir sevgilim var uzaqda üzünü görmədiyim, səsini eşitmədiyim. Bir sevgilim var uzaqda əlini tutmadığım, saçına dəymədiyim. Gün gələr sevgilim mənə dünəndən yaxın olar.



     

  • O qədər gözəlsən ki, üzünə baxa bilmirəm. Titrəyir əllərim, əllərini tuta bilmirəm. Elə bağlanmışam ki sənə, sənsiz qala bilmirəm.



     

  • Heç sənin sevginə xəyanət edərəm? Canım kimi sevərkən buraxıb gedərəm? Qəlbimdə sevdan var ikən heç başqa əllərlə gəzərəm? Kim dedisə yalan inanma çünki günahsızam!



     

  • Sevən nə qədər sevərsə, sevilən bir o qədər nankor olar. Bir gün özümü öldürəcəm, səbəbi sən olacaqsan sevgilim. Günlərdən sonra xəbərimi bir dostumdan alacaqsan. Bəlkə üzüləcəksən, bəlkə də sevinəcəksən. Amma sən nə deyirsən de, mən öləndə belə "SƏNİ SEVDİYİMİ" söyləyəcəyəm".



     

  • Gözlərim səni narahat edirsə bağlayaram, bir daha açmaram. Sözlərim səni narahat edirsə, susaram bir daha danışmaram. Varlığım səni narahat edirsə ölərəm bir daha qarşına çıxmaram. Yox narahat edən sevgimdirsə, bağışla ona heç nə edə bilmərəm.



     

  • Sevmə məni, xatırla. Gözləmə məni amma unutma.



     

  • Yalnızca uşaqlar ağlayar və yalnızca Allah bağışlayar. Əgər bir gün məni tərk etsən, uşaq deyiləm ağlamaram, Allah deyiləm bağışlamaram!



     

  • Ürəyinə sevda əkən, ayrılıq biçərmi, sevən seviləndən asanca vaz keçərmi, sən məni sevmə gülüm, mən yanaram ikimizin yerinə yetməzmi?



     

  • Bax yenə soldu günəş, yenə axşam olur, ömrümün qədəhinə sənsiz bir gün dolur, sən yoxsan deyə inan dərdliyəm, kədərliyəm, gəlməzsənsə məhv olaram, yıxılaram. Sevgilim səni çox sevirəm.



     

  • Vaxtından öncə çiçək açmaz. Məndə sən bitmədikcə, məndə mən ölmədikcə sənə olan bu sevgim bitməz.



     

  • Gül çiçəklədiyi gündən günəşə aşiqdir. Nə qədər günəş hər gecə ayın görkəminə qapılıb gülü buraxsa da, gül ulduzlara qapılıb günəşi unutmaz.



     

  • Birlikdə yaşaya biləcəyin biriylə deyil, onsuz yaşayamayacağın biriylə ol. Gəldiyi zaman boşluq dolduran deyil, getdiyində yeri doldurulmayan biriylə ol.



     

  • Həyatda heç bir insan üçün ağlamağa dəyməz. Lakin ağlamağa layiq insan heç bir zaman ağlatmaz. Sən yenə də ağlamaq istəyirsən başını dik tut. Göz yaşların ağladan qədər alçalmasın.



     

  • Gözlərin sözlərini örtəcək qədər məsum, düşüncələrin duyğularını basdıracaq qədər açmasız, əllərində əllərimi tutmayacaq qədər uzaqsa mənim günahım nə birdənəm.



     

  • Ruhumu yerə vurub həsrət çəkdirən olsan da, nə sevginə bəd duam, nə sənə kinim var. Dəryaya axar kimi min bir dərdlə dolsam da, səni məhşərə qədər sevməyə əminim var.



     

  • Xatirənə dağlar diz çöksün; Sən əsla əyilmə, ayrılıq, hüzn nədir; Sən əsla bilmə, bu könül bağçasından kim gedərsə getsin, sən əsla getmə!



     

  • Son hədiyyə olaraq bu gülü sənə verəcək qədər könüllüyəm, amma yenə bilirəm ki, sən bu gülü alacaq qədər zərif könüllüsən.



     

  • Qorxduğum sevmək deyil, sevib ayrılmaqdır. Qorxum ölmək deyil, sənin tərəfindən unudulmaqdır.



     

  • Duyğular vardır anladılmayan sevgilər vardır kəlmələrə sığmayan, baxışlar vardır insanı ağladan. İnsanlar vardır ki, əsla unudulmayan, səndə onlardansan.



     

  • Əllərini tutmaqdan deyil bir gün buraxmaqdan qorxuram, acı çəkməkdən, ağlamaqdan deyil səni incitməkdən qorxuram. Sən mənim tək sevdiyimsən. Mən sənsizlikdən qorxuram!



     

  • Bir gecə ay məndən soruşdu. "Niyə sən sənə bu qədər acı verən birini sevirsən? " Niyə sən ondan vaz keçmirsən? Aya baxdım və dedim "Sən heç göy üzündən vaz keçərsən?"



     

  • Ümidsizliyə qapıldığın zaman göy üzünə bax mütləq səni orada qarşılayacaq bir günəş, dəli bir yağış, ya da parlaq bir ulduz vardır!
  • Категория: Sevgi | Просмотров: 1009 | Добавил: Black-Life | Рейтинг: 0.0/0
    Всего комментариев: 8
    0  
     
    Leyla yazdıki >> birazini oxudu cox yazmisane yerivar te$ekkurlerrrrrrrrr yerivar 
    __________
    İstifadəçiəçi Adı:DaMLa
    İP:85.132.73.128
    Tarix: 02.07.2009 ,16:46.

    0  
     
    Anonim yazdıki >> ÇoooXSağol yarısını oxudum və çoooooox xoşuma gəldi. yerivar cicca 
    __________
    İstifadəçiəçi Adı:merve
    İP:82.118.158.155
    Tarix: 04.06.2009 ,17:16.

    0  
     
    fatinka yazdıki >> Men 10 denesini oxudum eladir tesekkur edirem 
    __________
    İstifadəçiəçi Adı:fatinka
    İP:82.118.139.94
    Tarix: 04.06.2009 ,14:06.

    0  
     
    RəŞaD yazdıki >> Nə olar Xaiş eliyirəm oxuyum da... gulmek gulmek gulmek gulmek gulmek gulmek gulmek gulmek gulmek gulmek gulmek gulmek gulmek gulmek gulmek gulmek gulmek gulmek gulmek gulmek gulmek gulmek gulmek gulmek gulmek gulmek gulmek gulmek gulmek 
    __________
    İstifadəçiəçi Adı:Dangerboy
    İP:85.132.64.126
    Tarix: 04.06.2009 ,12:59.

    0  
     
    Black Life yazdıki >> Ale Danger sen hec oxuma lazim deyil 
    __________
    İstifadəçiəçi Adı:Black-Life
    İP:82.118.157.69
    Tarix: 04.06.2009 ,12:56.

    0  
     
    rihanna yazdıki >> ne qeder oxuya bilsem oxuyacam narahat olma men hec kimi yalvartmaram 
    __________
    İstifadəçiəçi Adı:fionaaa
    İP:82.118.158.117
    Tarix: 04.06.2009 ,12:39.

    0  
     
    RəŞaD yazdıki >> MəN oxumuram... Yalvar sora... sirtiq 
    __________
    İstifadəçiəçi Adı:Dangerboy
    İP:85.132.64.126
    Tarix: 04.06.2009 ,12:25.

    0  
     
    Black Life yazdıki >> Bilirem ki coxdu amma kim neqeder oxuya bilirse oxusun... 
    __________
    İstifadəçiəçi Adı:Black-Life
    İP:82.118.157.69
    Tarix: 04.06.2009 ,11:59.

    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]

    Вход на сайт
    İstifadəçi Adı:  
    Şifrə:

    Поиск

    Календарь

    Архив записей

    Друзья сайта

    Copyright MyCorp © 2024