Главная
Регистрация
Вход
Bazar Ertəsi
29.04.2024
20:41
Приветствую Вас Qonaq | RSS
WwW.282.CLaN.Su

Категории раздела
MP3 Avto dünya
Şekiller İSlam
Müxtelif Proqramlar
Oyunlar Letifeler
Şeirler Meqaleler
Kitablar Sevgi
Mobil dünya Texnologiya
Video Klip
Kino Prikol
HaCKeR RoCK
Show Biznes Xeberler
Deb İdman
Futbol 282 Həyatı
Rep

Наш опрос
Tom və Jerry cizgi filmində kimin tərəfindəsən ?
[ Netice · Diger ]
Cavablar: 105

Мини-чат

Статистика

Saytda Olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0

  

22:11
İbrətamiz və gözəl hədislər
 
1. Allaha iman gətirmək və onun bəndələrinə xeyir verməkdən daha üstün xasiyyət yoxdur. Həmçinin, Allaha kafir olub, bəndələrinə zərər vurmaqdan daha alçaq bir əməl yoxdur.

2. İbadət yeddi qismdir ki, ən üstünü halal ruzi qazanmaqdır.

3. Camaatı əziyyətə salan adam məlundur.

4. Ruzi istəməkdə asudə olun. Ruzinin gec yetişməsi sizi haram yollara məcbur etməsin. Allah yolunda sizin üçün ayrılmış ruzi yalnız ibadət etməklə ələ gələr.

5. Bilik xəzinədir, onun açarı sualdır. Bilmədiyiniz şeyi soruşun ki, Allah sizə öz rəhmətini əta etsin. Çünki sual soruşmaqla dörd nəfərə savab verilər: soruşana, cavab verənə, eşidənə və onları dost sayana.

6. Bir nəfər o həzrətdən xahiş etdi ki, ona nəsihət etsin. Həzrət buyurdu: "Odda yansan və işgəncə altında olsan belə, heç nəyi Allaha şərik bilmə, həmişə qəlbin aram və inamlı olsun. Ata-anana itaət et. İstər diri, istərsə də ölü olsalar, onlara yaxşılıq et, hətta sənə ailəndən və sərvətindən əl çəkməyi əmr etsələr də, dediklərini yerinə yetir; çünki ata-anaya itaət imandandır. Vacib namazını qəsdən tərk etmə; hər kəs bir namazı qəsdən qılmasa, Allahın pənahından kənardadır. Məbada şərab, yaxud başqa məstedici şey içəsən; bunlar hər pisliyin açarıdır".

7. Hər kəs özünü kasıb kimi göstərsə, həqiqətən başqasına möhtəc olar.
8. Camaatla yola getmək imanının yarısıdır; onlarla mehriban olmaq xoş
yaşayışın yarısıdır.

9. Bir müsəlmana sataşan, ziyan vuran və onu aldadan adam mənim ümmətimdən deyil.

10. Aramlıq Allahdan, tələskənlik şeytandandır.

11. Bədəxlaqlıq bədbəxtlikdir.

12. Xoş əxlaq dostluğu yaşadar.

13. Gülərüzlük kin-küdurəti aradan aparar.

14. Hər kəsin Allaha və qiyamətə etiqadı varsa, gərək verdiyi sözə əməl etsin.
15. Əmanəti qorumaq ruzi gətirər, xəyanət isə kasıblığa səbəb olar.

16. Övladın ata-anasına məhəbbətlə baxması ibadətdir.

17. Qiyamət günündə mənə ən yaxın kəs – doğrucul, əmanətə vəfalı, xoşəxlaq və camaatla mehriban olan kəsdir.

18. Məsciddə napaklıq etmədən növbəti namazın intizarında oturmaq ibadətdir. Soruşdular: "Napaklıq etmək nədir?" Cavab verdi: "Müsəlman bir adamın haqqında pis sözlər danışmaq".

19. Elmsiz adamın zərəri xeyrindən çox olar.

20. Hər kəs başqasının günahını açıb faş etsə, özü o günahı etmiş kimidir.

21. Mömin qardaşının qeybətini etməyən oruc tutmuş şəxsin yatması da ibadətdir.

22. Bir nəfər o həzrətdən nəsihət istədi. Buyurdu: "Qəzəblənmə!" İkinci dəfə soruşanda yenə dedi: "Qəzəblənmə!" Sonra buyurdu: "Bir pəhləvanı yerə vurmaq hünər deyil. Pəhləvan o kəsdir ki, hirslənəndə qəzəbini soyuda bilsin".

23. İman iki hissədən ibarətdir; bir hissəsi – səbr, o biri yarısı şükrdür.

24. Əhdə vəfa etmək imandandır.

25. Vətəni sevmək imandandır.

26. Həya imanın yarısıdır, həyası olmayanın imanı da olmaz.

27. Allah nəzdində ən sevimli bəndə – camaata ən xeyirli olandır. Allahın
haqqını ən yaxşı qoruyan şəxs – öz xeyir və ehsanı ilə camaatın sevimlisi olandır.

28. Hər kəs sizə ehsan etsə, əvəzini verin. əvəzini verməyə imkanınız olmasa, ona təşəkkür edin; təşəkkür onun mükafatıdır.

29. Mömin gülərüz və xoşsözlü olar, münafüq isə bədəxlaq və qəzəbli.

30. Ümmətimdən iki dəstə – fəqihlər və əmirlər yaxşı olsalar, ümmətim də
yaxşı olar. Bu iki dəstə pis olsa, ümmətim də pis olar.

31. Dörd şey ümmətimdən olan hər ağıllı adam üçün vacibdir: elmi söhbətə qulaq asmaq, yadda saxlamaq, yaymaq və ona əməl etmək.

32. Quruca salam verməklə olsa belə, qohumlarla əlaqə saxlayın.

33. Qiyamət günündə hamıdan dörd şey soruşular: ömrünü necə keçirib; cavanlığını nəyə sərf edib; sərvətini necə qazanıb və necə xərcləyib; bir də bizi (əhli-beyti (ə)) sevib, ya yox?

34. Quranın halal-haramın əməl etməyən şəxsin Qurana immanı olmaz.

35. Hər xeyirli şey ağılla dərk edilər və ağllı olmayanın dini də olmaz.

36. Axirəz-zaman dövründə (Mehdinin (ə) zühuru ərəfəsində) ən az tapılan nemətlər – etibarlı qardaş və halal yolla qazanılmış pul olacaq.
Həzrət buyurdu: "Müsəlman olmayan kəs behiştə getməz". əbuzər soruşdu: "Ya Rəsuləllah, bəs İslam nədir?" Cavab verdi: "İslam öz-özlüyündə çılpaqdır; onun libası – təqva, rübəndi – hidayət, alt geyimi – həya, özülü – Allahdan qorxmaq, kamalı – din, meyvəsi yaxşı əməldir. Hər şeyin dayağı olduğu kimi, müsəlmanlığın dayağı da məni və fitrətimi sevməkdir".

37. Hər kim yalnız camaatın diqqətini özünə cəlb etmək üçün elm öyrənsə, cənnətin üzünə həsrət qalar.

38. Təvazökarlıq insana ucalıq gətirər. Təvazökar olun ki, Allah sizi uca məqamlara yüksəltsin.

39. Paxıllıqdan uzaq olun. Sizdən əvvəlki xalqlar məhz paxıllıq üzündən həlak oldular. Paxıllıq onları yalan danışmağa məcbur etdi, yalan danışdılar. Paxıllıq onları zülmkarlığa vadar etdi, onlar zülm etdilər. Nəhayət, paxıllıq onları bir-birindən ayrılmağa məcbur etdi, onlar da təfriqə salıb ayrıldılar.

40. İman cəhətdən möminlərin ən kamili ən gözəl əxlaqa malik olan şəxsdir.
 
 
 
By Black-Life
Категория: İSlam | Просмотров: 853 | Добавил: Black-Life | Рейтинг: 0.0/0
Всего комментариев: 5
0  
 
fatinka yazdıki >> Coox saq ol.tesekkur edirem heqiqeten yaxsidir 
__________
İstifadəçiəçi Adı:fatinka
İP:82.118.138.19
Tarix: 12.06.2009 ,21:12.

0  
 
Black Life yazdıki >> Cox sagolun dostlar ALLAH sizden de razi olsun 
__________
İstifadəçiəçi Adı:Black-Life
İP:82.118.138.79
Tarix: 08.06.2009 ,17:00.

0  
 
Anonim yazdıki >> Halaldı.ÇoooooooXSağol . yerivar 
__________
İstifadəçiəçi Adı:merve
İP:82.118.139.4
Tarix: 08.06.2009 ,13:11.

0  
 
RəŞaD yazdıki >> Əla... Allah heç birimizi nəzərindən çixartmasin... 
__________
İstifadəçiəçi Adı:Dangerboy
İP:85.132.4.172
Tarix: 08.06.2009 ,11:45.

0  
 
rihanna yazdıki >> Black_Life Allah senden razi olsun.cox gozel halal olsun sene good good good 
__________
İstifadəçiəçi Adı:fionaaa
İP:82.118.156.219
Tarix: 08.06.2009 ,10:01.

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Вход на сайт
İstifadəçi Adı:  
Şifrə:

Поиск

Календарь

Архив записей

Друзья сайта

Copyright MyCorp © 2024