Главная
Регистрация
Вход
Şəmbə
04.05.2024
19:01
Приветствую Вас Qonaq | RSS
WwW.282.CLaN.Su

Категории раздела
MP3 Avto dünya
Şekiller İSlam
Müxtelif Proqramlar
Oyunlar Letifeler
Şeirler Meqaleler
Kitablar Sevgi
Mobil dünya Texnologiya
Video Klip
Kino Prikol
HaCKeR RoCK
Show Biznes Xeberler
Deb İdman
Futbol 282 Həyatı
Rep

Наш опрос
Hansı nəqliyyatdan istifadə edirsiz ?
[ Netice · Diger ]
Cavablar: 112

Мини-чат

Статистика

Saytda Olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0

  

16:09
Bugün terror qurbanlarının qırxıdır..
BU GÜN ADNA-dakı TERROR QURBANLARININ QIRXIDIR

ADNA-dakı qırğın zamanı terrorçunun üstünə yeriyib şəhid olan tələbə Yusif Bəndəliyevin hekayəti
Onun qatilə düyünlədiyi yumruğu öləndən sonra da açılmadı
Bu gün aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) baş vermiş terror aktında həlak olanların qırx mərasimidir. Bu qanlı cinayət neçə-neçə həyata son qoydu, neçə-neçə ziyalını, alimi, müəllimi, savadlı gənci, adi vətəndaşımızı sıralarımızdan apardı. Terrordan artıq 40 gün ötsə də, nə bu qanlı olayın şahidləri, nə də bütün cəmiyyətimiz o dəhşətli faciənin şokundan hələ də çıxa bilməyib. Qanlı olayda 12 nəfər həlak olsa da, onların hamısı təsadüfən gülləyə tuş gəlməyib. Qətlə yetirilənlərin içində vurulacaqlarını, hətta öləcəklərini bilə-bilə qəhrəmancasına terrorçunun üzərinə gedənlər də olub. Onlardan biri də Yusif Bəndəliyevdir.
 
Bəndəliyev Yusif Telman oğlu 1989-cu ildə Cəlilabad şəhərində anadan olub. O, ADNA gömrük işinin təşkili fakültəsinin II kurs tələbəsi idi. Mərhum Cəlilabad şəhər 2 saylı orta məktəbini bitirib. Cəlilabad Rayon İcra Hakimiyyətindən şəhid tələbənin ailəsinə bildirilib ki, həmin məktəbə Yusifin adı veriləcək. Ailədə dörd uşaq olublar. Yusif ailənin ilk oğlan övladı idi. Anası rayonda, atası isə Rusiyada yaşayır.
“Yusifin həftədə cəmi bir dəfə II korpusda dərsi olurmuş. Tərslikdən dərs günü də elə faciə gününə təsadüf edib”. Bunu bizə Yusifin xalasının həyat yoldaşı Qurban Mehdiyev danışır. Qurban bəy Yusifin onun Bakıdakı evində yaşadığını söylədi: “Elə Yusifin ölüm xəbərini də ilk eşidən də xalası, yəni mənim həyat yoldaşım olub. O, ADNA-dakı qırğın barədə xəbər tutan kimi Yusifə zəng vurub. Amma Yusifin telefonuna cavab verən olmayıb. Bundan sonra xanımım mənə zəng vurdu ki, bəs Yusif itib. Neft Akademiyasına getdik. Gördük nə özü var, nə də qrup yoldaşları. Dedilər Musa Nağıyev adına xəstəxanaya gedin. Getdik orada da axtardıq, yaralılar içində də onun adını tapa bilmədik. Ümidimiz kəsilmiş halda üz tutduq meyitxanaya. Axırda orada tapdıq Yusifi. Bizə dedilər ki, Yusif qəhrəmancasına həlak olub, icazə verin onu Şəhidlər Xiyabanında dəfn edək. Biz isə razılaşmadıq. Öz rayonumuzda dəfn etmək qərarına gəldik. Qrupda 23 qız, 22 oğlan idilər. Yalnız Yusif şəhid olub. Oğlumla bir yerdə böyüyüblər. İnanın ki, oğlum hələ də şokdadır. Yusif öləsi oğul deyildi. Çox təmiz, saf, mərd, tərbiyəli oğlan idi. Bilmirəm niyə Allah həmişə yaxşıları seçib aparır”.

Son sözü “qorxmayın” olub

Qatil 6-cı mərtəbəyə, Yusifin oxuduğu auditoriyaya yaxınlaşır. Cinayətkarla üz-üzə olan tələbələrin qaçmaq şansı olmur. Yusif 20 metrliyində olan qatilin fikrini yayındırmaq üçün yumruqlarını qəzəblə düyünləyib onun üstünə yeriyir. “Bunun nəyindən qorxursunuz?” deyərək qatilə yaxınlaşır. Bəlkə də qatilin üstünə atılıb onu yerə yıxmaq, zərərsizləşdirmək istəyirmiş. Qatilin 5-10 metrliyinə çatanda o yaramaz dönüb Yusifin baş nahiyəsinə atəş açır. Yusifin dostları deyir ki, o, qarışqanı tapdamaqdan da çəkinərmiş. Amma adi vaxtda qarışqanı belə əzməkdən çəkinən Yusif qarşısına çıxan hər kəsi güllələyən qatilin üzərinə əliyalın gedir. Gedir və öz həyatı bahasına olsa da, onlarla tələbə yoldaşını xilas edir. Mərhumun dostları deyir ki, o, təkcə yaşamağın yox, yaşatmağın da nə olduğunu öz həyatı bahasına göstərdi. Dostları onu da deyir ki, hətta ölümündən sonra da Yusifin qatilə düyünlədiyi yumruğunu açmaq mümkün olmayıb.

“Bizim ona can borcumuz var”
 
Yusifin tələbə yoldaşları onun üç mərasiminə qədər rayonda qalıblar. Anası Səlminaz xanım deyir ki, qrup yoldaşları Yusifin qəbrinin üstündən getmək istəmirdilər. Cəlilabadın icra başçısı Əziz Əzizov gəncləri güclə sakitləşdirib, yola salıb: “Dostları mənə deyirdilər ki, bizim Yusifə can borcumuz var, o olmasaydı, bəlkə də hamımız öləcəkdik. Mənə həmişə deyirdi ki, qoy oxuyub qurtarım, Bakıdan ev alacam, qoymayacam səni burada qalasan. Gömrükçü olacağına görə fəxr edirdi”. Anası deyir ki, Yusif uşaqlıqdan həkim olmaq arzusunda olub. Amma anası “bizim nəslə həkim düşmür. Hamısı cavan ölür” deyərək onu fikrindən daşındırıb.

Yusif nəsillərinin yeddinci qurbanıdır

Yusifin əmisinin də ölümü onu tanıyanları sarsıdıb. Əflatun Bəndəliyev 1952-ci ildə anadan olmuş, 1978-ci ildə Azərbaycan Tibb Universitetini bitirmişdi. Cəlilabad Rayon Gigiyena Mərkəzində şöbə müdiri işləyirdi. 46 yaşında vəfat edib. Mərhumun digər əmisi Qələndər Bəndəliyev 1956-cı ildə anadan olmuş, Saratov Hərbi Tibb Akademiyasını bitirmişdi. Buryatiya Muxtar Respublikasının Ulan-Ude şəhərində mərkəzi hərbi hospitalın bas həkimi işləyirdi. Hərbi təlim zamanı həlak olub. Öləndə 35 yaşı vardı. Yusifin əmisi oğlu Hüseyn Möhübbət oğlu Bəndəliyev 2006-cı il martın 16-da axşam saat 21:00 radələrində Tərtərin Torpaqtəpə deyilən məntəqəsində ermənilərlə döyüşdə şəhid olub. Hərbi hissə komandirinin deməsinə görə, ermənilər Hüseynin qulluq etdiyi hərbi hissəyə qəfildən basqın ediblər. Bu vaxt Hüseyn və onun iki əsgər yoldaşı postda olub. Qüvvələr qeyri-bərabər, hava isə çox sərt, dumanlı imiş. Hüseyn və iki əsgər yoldaşı son nəfəslərinə kimi vuruşublar. Bu döyüşdə Hüseyn 8 güllə yarası alaraq şəhid olub. Daha sonra məlum olub ki, Hüseyn postdakı dostları ilə birgə 20-dən çox ermənini öldürüb. Yusifin məzarı Cəlilabad şəhərində dəfn edilən Hüseynin qəbri ilə yanaşı qazılıb. Amma Yusifin ölümü hamısından dəhşətli olub. Bu faciə təkcə Bəndəliyevləri deyil, bütün ölkəni sarsıtdı. Cəlilabadda təşkil olunan dəfn mərasiminə xalq şairi Zəlimxan Yaqub və Ombudsman Aparatının rəhbəri Elmira Süleymanova da qatılıb. Qurban Mehdiyev deyir ki, Cəlilabad rayonundan seçilən deputatların heç biri yas mərasiminə gəlməyib: “Deputatlardan heç biri bir dəfə də olsun yas mərasiminə baş çəkmədi. Nə də ki, akademiya rəhbərliyindən ailəyə başsağlığı verilməyib”. Qurban bəy bir məqamdan da narazılığını gizlətmədi. Deyir ki, mətbuatın, xüsusən də telekanalların terror qurbanlarına münasibəti Yusifin ailəsini qane etmir. Ailə “bu da bir təsəlli olar deyə” çəkiliş üçün ANS telekanalına ərizə ilə müraciət etsə də, onlardan səs çıxmayıb: “Mən özüm şəxsən ANS telekanalına getdim. Şirkətin prezidenti Vahid Mustafayevlə görüşmək istəsəm də, buna şərait yaratmadılar. Sonradan ərizə ilə müraciət etdim. Söz verdilər ki, 40 mərasiminə qədər gəlib çəkiliş aparacaqlar. Amma gəlmədilər”.

Əmisi oğlunun şəhid olduğu hərbi hissədə qulluq etməyi arzulayırdı
 
Yusifi tanıyanlar onun əsgərliyə getmək həvəsində olduğunu deyirlər. Özü də əmisi oğlu Hüseynin qəhrəmanlıqla həlak olduğu hərbi hissəyə getmək niyyətində imiş. Hətta o, Neft Akademiyasına daxil olmamışdan öncə hərbi xidmətə getmək istəyib. Amma ailəsi buna mane olub. Və onu ali məktəbə sənəd və imtahan verməyə məcbur ediblər. Yusif də imtahan verib və yüksək balla ADNA-ya daxil olub. İndi anası deyir ki, kaş əsgər gedəydi, bəlkə onda ölməzdi. Amma Yusif əsgərliyə getməsə də, əsgər paltarını geyinməyə macal tapıb. O, xalası oğlunun hərbi formasını geyib, bu formada hətta şəkil də çəkdirib. Kim bilir, bu formanı heç vaxt geyə bilməyəcəyi bəlkə də ürəyinə damıbmış. Ən böyük arzusuna çatmayacağını bilirmiş. Kim bilir... Beləcə, bir gəncin həyat hekayəsi və arzuları yarıda qaldı. Allah rəhmət eləsin. Allah ailəsinə səbir versin.
 
 
Musavat.com
By Black-Life
Категория: Xeberler | Просмотров: 906 | Добавил: Black-Life | Рейтинг: 0.0/0
Всего комментариев: 5
0  
 
fatinka yazdıki >> Allah rehmet etsin!qebirleri nurla dolsun 
__________
İstifadəçiəçi Adı:fatinka
İP:82.118.139.205
Tarix: 12.06.2009 ,16:16.

0  
 
rihanna yazdıki >> agla
Butun olunlere rehmet geride qalanlara sebir diliyirem
agla
 
__________
İstifadəçiəçi Adı:fionaaa
İP:212.38.118.177
Tarix: 08.06.2009 ,17:21.

0  
 
Black Life yazdıki >> Yox Danger onu man ozun qozmusham sen narahat olma good 
__________
İstifadəçiəçi Adı:Black-Life
İP:82.118.138.79
Tarix: 08.06.2009 ,17:21.

0  
 
RəŞaD yazdıki >> Allah, rəhmət... (Black, xəbərdəki saytin adini sil) 
__________
İstifadəçiəçi Adı:Dangerboy
İP:85.132.64.185
Tarix: 08.06.2009 ,17:04.

0  
 
Anonim yazdıki >>
Allah rəhmət eləsin... agla
 
__________
İstifadəçiəçi Adı:merve
İP:82.118.138.104
Tarix: 08.06.2009 ,16:59.

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Вход на сайт
İstifadəçi Adı:  
Şifrə:

Поиск

Календарь

Архив записей

Друзья сайта

Copyright MyCorp © 2024