Главная
Регистрация
Вход
Şəmbə
04.05.2024
07:19
Приветствую Вас Qonaq | RSS
WwW.282.CLaN.Su

Категории раздела
MP3 Avto dünya
Şekiller İSlam
Müxtelif Proqramlar
Oyunlar Letifeler
Şeirler Meqaleler
Kitablar Sevgi
Mobil dünya Texnologiya
Video Klip
Kino Prikol
HaCKeR RoCK
Show Biznes Xeberler
Deb İdman
Futbol 282 Həyatı
Rep

Наш опрос
Tom və Jerry cizgi filmində kimin tərəfindəsən ?
[ Netice · Diger ]
Cavablar: 105

Мини-чат

Статистика

Saytda Olanlar 4
Qonaqlar 4
İstifadəçilər 0

  

13:31
Lətifələr №13
L601;tif601;l601;r


1.Nasa kosmos binasında yeni bir sınaq edilir. Könüllü müraciət edənlər arasından Namiq, astronavt namizədi olaraq seçilir. İlk turda olduqca möhkəm testləri keçən Namiq; 3 aylıq ikinci bir təhsil ilə yaxşı bir astronavt ola bilir. Gözlənilən an gəlir və Namiq bir meymunla birlikdə kosmosa uçur. Atmosfer təbəqəsindən çıxdıqdan sonra Namiqin ilk işi; özünə bərk-bərk tapşırıldığı kimi zərfləri açıb meymunun və özünün vəzifə kartlarını oxumaq olur. Meymunun vəzifələri: "Yer kürəsi ilə əlaqəni davamlı idarə altında tutmaq; hər 2 saatda bir orbitdəki vəziyyətləri nizamlamaq; raket içindəki hava təzyiqi, istilik, keçiricilik dəyərlərini aşağıya bildirmək; yanacaq xərcləməsini və mühərriklərin sırasını təyin etmək..." deyə davam edərkən; oxumaqdan bezən Namiq, öz vəzifə kartını açır : "Meymunu yaxşı bəslə!"


2.İki dəli dəlixanadan qaçmağa qərar verirlər. Biri dedi ki:
-Əvvəl hasara qədər gedərik.Əgər çox hündürsə altından,hündür deyilsə,üstündən keçərik.Sən get bir nəzarət et!
Yoldaşı gedib bir az sonra geri gəldi:
-Təəssüf ki,qaca bilməyəcik dostum!
-Niyə?
-Çünki hasar yoxdu

3.Əli məktəbə yazılacaqmış. Amma çox dəcəl uşaq olduğundan atası bəzi tədbirlər görür və məktəbdəki müəlliminə və digər müəllimlərə vəziyyəti izah edir. Sıra xidmət şoferinə gəlib. Xidmət şoferinə oğlunun nə qədər dəcəl olduğunu izah edib. Şofer heç vecinə almayaraq içindən, "kiçicik uşaq nə qədər dəcəl ola bilər ki?" demiş... Məktəb günü gəlmiş və Əli alınması lazım olan yerdən avtobusa minmiş. Səfərin ilk başlarında sakit oturan Əli daha sonra şoferin yanına gələrək "əmi mənim anam toyuq atam xoruz olsaydı mən cücə olardım deyilmi?" demiş. Şofer: - "Bəli balam, indi keç yerinə otur" demiş. Bir az sonra Əli yenə şoferin yanına gedərək "əmi mənim anam inək atam öküz olsaydı mən buzov olardım deyilmi?" demiş. Şofer bir az əsəbi: - "Bəli, indi get yerinə otur", demiş. Bir az sonra Əli yenə şoferin yanına gələrək "əmi mənim anam" deməyə imkan vermədən şofer Əliyə "mən səndən bir sual soruşacağam" demiş və ardından "sənin anan .... atan avara olsaydı sən nə olardın ?" demiş. Əli dişini ağardaraq cavab vermiş: - "ŞOFER".

4.Dərs coğrafiya dərsi, Azərbaycan xəritəsi taxtada asılı. Müəllimə həmişəki kimi uşaqlara coğrafiya kitabından səhifə nömrələrini deyərək oxumalarını istəyər və bütün siniflərdə etdiyi kimi çantasındən millərini çıxararaq hörgü hörməyə başlayar. Dərsin ortalarına doğru müdir və komisiya qəflətən içəri daxil olunca özünü itirən müəllimə hörgüsünü ataraq sifət qıpqırmızı ayağa qalxar. Özü üçün hördüyü yupka isə xəritənin asılı olduğu mismara ilişmişdir. Komisiya dərsin necə getdiyini soruşub uşaqlara bir neçə sual soruşacağını söyləyərək Turalı ayağa qaldırar. - "Azərbaycanın paytaxtı haradır oğlum?" - "Bakı müəllim." Komisiya təkrar Turala: - "Xəritə anlayışın necədir? Mənə doğum yerini göstərə bilərsənmi?" Tural Şamaxıda doğulub və müəlliminin yupkası Şamaxının üstünü bağlamaqdadır. Bir az dayandıqdan sonra müəlliminə: "Yupkanızı qaldırarsınızmı müəllimə, doğulduğum yeri göstərəcəm."


5.İbtidai məktəbdə həyat bilgisi dərsində buludların meydana gəlməsi haqqında danışılarkən, müəllim uşaqlardan birindən soruşar: -"Yəni buludlar nələrdən meydana gəlirmiş?" -"Sulardan müəllimim!" Bir neçə dəqiqə daha mövzunu izah edən müəllim, bu səfər, çölü seyr etməkdə olan bir şagirddən soruşar: -"Sən söylə görüm, yaxşı qara buludlar nələrdən meydana gələr?" -"Hmmmm... Çirkli sulardan müəllimim

6.Orxan bir gün yük maşınıyla yoxuşu aşağı enirmiş. Birdən yük maşınının əyləci partlayır və Orxan nə edəcəyini bilmir. Sağa baxar bir bazar, sola baxar kiçik bir qız uşağı. Orxan ağlından deyər ki "yük maşınını bazar yerinə sürəcəyimə bu kiçik qız uşağına doğru sürüm". Olanlar olar Orxan xəstəxanada... Jurnalistlər reportaj etmək üçün gəlirlər. Orxan Bəy "43 adamın ölümünə səbəb olmusunuz nə düşünürsünüz hadisə necə oldu?" deyə soruşarlar. Orxan də "hər şey qız uşağının bazara qaçmasıyla başladı" deyər.

7.Kamil çox qazanclı bir iş olaraq düşündüyü üçün toyuq bəsləməy qərar vermişdi. İlk olaraq əlli dənə cücə alıb ayaqlarından torpağa basdırdı. Gözəlcə gübrələyib suladı lakin iki gün sonra cücələrin hamısının öldüyünü gördü. Etdiyi səhvi anlayan Kamil yenidən əlli sərçə alıb bu dəfə də quyruqlarından torpağa basdırdı. Eyni şəkildə gübrələdi, suladı lakin nafilə, bu sərçələrdə öldü. Nə edəcəyini bilməyən Kamil, Siyəzəndə toyuqçuluq təhsili görən, əmisi oğlu İdrisə vəziyyəti yazıb kömək istədi. Bir neçə gün sonra İdrisin cavabı gəldi :
- Sevimli əmi oğlum Kamil, yazdıqlarını oxuyub, anladım. Lakin doğru bir diaqnoz qoya bilməyim üçün mənə bir miqdar torpaq nümunəsi göndərsən sevinərəm.

8.Adam özündən bəhs edirdi.
- Mən akardionu çalmağa başlayanda hər kəsi ayağa qaldıraram.
- Demək o qədər ustasınız.
- Yox canım, mən yalnız milli marşı çalmağı bilirəm.

9.Şowmenin biri göstərdiyi şow ilə dünyada populyarlıq qazanır. Şownu bir timsahla reallaşdırırmış. Çubuğuyla timsahın başına vururmuş, timsah ağzını açıb adamın başını ağzına alır, adam təkrar çubuqla timsahın başına vuranda təkrar ağızını açıb heç bir zərər vermədən adamın başını sərbəst buraxırmış.
Şowmen bütün dünya ölkələrini gəzər, növbə Azərbaycana gəlir. Böyük bir izdiham şonu həyəcanla izləməkdədir. Şow bitər, şowmen alqışlardan aldığı zövqlə tamaşaçılara müraciət edər :
- Aranızda bunu edə biləcək biri varmı?
Tamaşaçıların arasından Həsən atılar :
- Mən edərəm amma söz ver, başıma sürətli vurmayacaqsan...

10.Müəllim sinifdə mədənləri və nə qədər qiymətli olduqlarını izah edirmiş. Dərsin sonunda uşaqlardan soruşur: - "Kim hansı mədənə sahib olmaq istəyər uşaqlar?" Əvvəl Əhməd cavab verir: - "Platin, müəllimim. Onunla özümə bir Porsche alardım." Ardından Nicat cavablandırır: - "Qızıl, müəllimim. Qızıllarımla özümə son model bir BMW alardım." Ən sonda balaca Orxan cavablayır: - "Silikon, müəllimim. Bacımda iki dənə var, evin qabağındakı avtomobilləri xəyal belə edə bilməzsiniz

11.Dərsdə fel mövzusu keçilir. Müəllim uşaqları sırayla qaldırıb, bir fel verir və bunu zamanlara görə dəyişmələrini soruşur. Leyla, "gəlmək" felini zamana görə dəyişməsini söyləmək üçün qalxar: "Gəldim, gəlirəm, gələcəyəm..." Müəllim daha sonra sinfin tənbəllərindən Əhmədi qaldırar: -"Söylə görüm, oğurlamaq felinin gələcək zaman halı nədir?" -"Həbsə girməkdir müəllimim!"

12.Müəllim uşaqdan soruşur: -"Oğlum əlini bir cibinə salırsan 10 manat çıxır, digərinə salırsan 5 manat çıxır. Yəni sənin nəyin var?" -"Vallah müəllimim onu bunu bilmirəm amma, məncə əynimdə başqa birinin şalvarı var!"

13.Ata, uzaq bir şəhərdə, 11-ci sinifdə oxuyan oğlundan gələn məktubu böyük bir sevinclə açar və oxumağa başlayar: -"Sevimli ana və atacığım. Mükəmməl bir il keçirdik. Dərslər inanılmaz dərəcədə zövqlü idi, mən də hamısına qatıldım və son dərəcə müvəffəqiyyətli oldum. Bu səbəblə müəllimlərim, gələcək il mənimlə təkrar işləmək istədiklərini söylədilər, mən də qəbul etdim..."
Категория: Letifeler | Просмотров: 1053 | Добавил: Dangerboy | Рейтинг: 0.0/0
Всего комментариев: 7
0  
 
Məhəmmədəli yazdıki >> thanks 
__________
İstifadəçiəçi Adı:QaraQan_282
İP:178.76.27.135
Tarix: 11.06.2011 ,19:18.

0  
 
terlan yazdıki >> thanks thanks good good 
__________
İstifadəçiəçi Adı:black_white
İP:109.127.17.130
Tarix: 11.07.2010 ,16:38.

0  
 
Ilqar yazdıki >> thanks 
__________
İstifadəçiəçi Adı:Prince_Of_Love
İP:94.20.36.13
Tarix: 17.05.2010 ,16:34.

0  
 
__________
İstifadəçiəçi Adı:Leylashka
İP:81.21.88.58
Tarix: 16.05.2010 ,21:30.

0  
 
fatinka yazdıki >> gulmek 
__________
İstifadəçiəçi Adı:fatinka
İP:82.118.139.205
Tarix: 12.06.2009 ,15:59.

0  
 
rihanna yazdıki >> good good good yerivar yerivar 
__________
İstifadəçiəçi Adı:fionaaa
İP:82.118.158.142
Tarix: 09.06.2009 ,16:14.

+1  
 
Anonim yazdıki >> Təşəkkürlər. yerivar gulmek 
__________
İstifadəçiəçi Adı:merve
İP:82.118.137.129
Tarix: 09.06.2009 ,16:07.

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Вход на сайт
İstifadəçi Adı:  
Şifrə:

Поиск

Календарь

Архив записей

Друзья сайта

Copyright MyCorp © 2024