Главная
Регистрация
Вход
Şəmbə
27.04.2024
11:53
Приветствую Вас Qonaq | RSS
WwW.282.CLaN.Su

Категории раздела
MP3 Avto dünya
Şekiller İSlam
Müxtelif Proqramlar
Oyunlar Letifeler
Şeirler Meqaleler
Kitablar Sevgi
Mobil dünya Texnologiya
Video Klip
Kino Prikol
HaCKeR RoCK
Show Biznes Xeberler
Deb İdman
Futbol 282 Həyatı
Rep

Наш опрос
Ən maraqlı cizgi filmi ?
[ Netice · Diger ]
Cavablar: 125

Мини-чат

Статистика

Saytda Olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0

  

10:42
Hansı psixoloji tipə məxsussan?

Hansı psixoloji tipə məxsussan?

Psixologiya tarixində bir neçə tip yaranıb ki, onun vasitəsilə insanları bu və ya digər qruplara ayırmaq mümkündür. Bu qruplar özünüaparma, emosionallıq və digər psixoloji vəziyyətlərə görə formalaşır. Bu tiplərdən ən vacibi isə insan temperamentinə görə formalaşanlardır. Bu anlayış Hippokrat tərəfindən yaradılıb və o , temperament müxtəlifliyini insan orqanizmində bu və ya digər maye mühitinin üstün olması ilə izah edirdi. Öz növbəsində temperament tiplərini sanqvinik, xolerik, fleqmatik və melanxolik adlandırmışdır. Lakin əslində buna rus alimi İvan Pavlov elmi izahat vermişdir. O, aşkara çıxarıb ki, temperamentlərdə müxtəliflik əsəb sistemi ilə bağlıdır. Əminliklə demək olar ki, temperament anadangəlmədir və onu dəyişmək mümkün deyil, sadəcə bir qədər təsir etmək olar. Məhz temperament xarakterin formalaşmasında əsas baza rolunu oynayır.

Sanqvinik - mimika, hərəkət və kifayət qədər aktivliyi ilə seçilir. Fikrini bir yerə cəmləməyi bacarır, yeniliyə asanlıqla uyğunlaşır, həmçinin bacarıqlı olur. Hisslərin, əhvalın, məqsədin dəyişkənliyi ona xasdır. Ünsiyyətcildir, insanlarla əlaqəyə tez girir, mühit dəyişkənliyinə və istənilən vəziyyətə tez uyğunlaşır.

Xolerik də aktivliyi ilə fərqlənir. O, səbirsiz, özündən tez çıxandır. Məqsəd və maraqları qətidir, diqqətin yönəlməsində çətinlikləri olur, mühit dəyişkənliyinə isə rahat uyğunlaşır.

Fleqmatik - mimikası, hərəkəti, hətta nitqi də nəzər cəlb etməyəndir. Hisslərinə təsir etmək çətindir. Demək olar ki, həmişə sakit və təmkinlidir. Diqqətini çətinliklə cəmləyir, vərdişlərini gec dəyişir, yeniliyə can atmır, mühit dəyişkənliyi onluq deyil, ünsiyyətə gec girir, lakin enerjili və işgüzardır.

Melanxolik - hissiyyatlı və küsəyəndir. Diqqəti dəyişkəndir, mimikası nəzər cəlb etmir. Melanxolik utancaq və qərarsızdır. Bununla yanaşı gündəlik həyatda (adət etdiyi şəraitdə) kifayət qədər uğurlu və özünə əmindir.

Reallıqda sanqvinik və melanxoliklərə daha çox rast gəlinir. Ümumiyyətlə müəyyən temperamentə məxsus insanlar azdır, əksər hallarda qarışıq tiplərə rast gəlinir.

Psixologiya elmində vacib tip K.Q. Yunq tərəfindən tədqiq edilən ekstravert və intorvert tipləridir. Yunq iki psixo-tipin xüsusiyyətlərini ətraflı təsvir edib. Onlardan biri intorvert – psixoloji daxilə yönəlmə, digəri isə xarici aləmə yönəlmiş – ektravertdir. Bu xüsusiyyətlər insanın ünsiyyətində, xarakterində özünü göstərir.

Ekstravert daha ünsiyyətcildir və bunun sayəsində də sosial uğurlu tiplərdir. O, liderdir, mühit və oradakı fəaliyyət onun xüsusiyyətidir. Tənhalığı çətinliklə keçirir. Daxili aləmi, hiss və həyəcanları onu bir o qədər də narahat etmir. Buna görə də ətrafdakıların hisslərinə qarşı bəzən diqqətsiz olur. Səthi, qəddar və ümumiyyətlə həssas olmur.

İntorvert isə, əksinə xəyalpərəstdir və real aləmdən uzaqdır . Öz fantaziya və arzuları ilə yaşayır. Buna görə də bəzi qanunlar ona çox sərt görünür. Kifayət qədər passivdir, münasibət qurmaqda çətinlk çəkir. Lakin onun hissləri dərin və möhkəmdir. İndividual fəaliyyətdə uğur qazana bilər.

Maraqlı faktlardan biri də odur ki, ekstravert və intorvert tiplərin təsviri “kişi” və “qadın” anlayışlarına uyğun gəlir. Belə ki, kişi aktiv və lider, qadın isə passiv və emosionaldır.

Категория: Müxtelif | Просмотров: 861 | Добавил: Eti_282 | Рейтинг: 0.0/0
Всего комментариев: 5
0  
 
ILKIN yazdıki >> cool 
__________
İstifadəçiəçi Adı:sevirem_sevecem
İP:85.132.5.248
Tarix: 02.07.2011 ,14:31.

0  
 
rihanna yazdıki >> Intorvert tipine malik imisem .xebere gore sagol Etican thanksyou 
__________
İstifadəçiəçi Adı:fionaaa
İP:82.118.157.223
Tarix: 23.06.2009 ,09:11.

0  
 
fatinka yazdıki >> Men de hemcinin ozumu İntorvert psixoloji tipine aid edirem.Her gun xeyal qururamee 
__________
İstifadəçiəçi Adı:fatinka
İP:82.118.137.137
Tarix: 21.06.2009 ,21:26.

0  
 
pink yazdıki >> men ise xolerik psixoloji tipine aidem. hec bilmirdim bu tipe aid oldugumu yerivar 
__________
İstifadəçiəçi Adı:Ayka
İP:82.118.158.178
Tarix: 21.06.2009 ,16:00.

0  
 
Anonim yazdıki >> Deməli mən İntorvertpsixoloji tipinə malikəm.Bilmirdim bildim .Əsil mənim xüsusiyyətlərimdi .ÇooooooXSağol əla xəbərdi. good 
__________
İstifadəçiəçi Adı:merve
İP:82.118.138.237
Tarix: 21.06.2009 ,14:27.

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Вход на сайт
İstifadəçi Adı:  
Şifrə:

Поиск

Календарь

Архив записей

Друзья сайта

Copyright MyCorp © 2024