Главная
Регистрация
Вход
Şəmbə
27.04.2024
16:32
Приветствую Вас Qonaq | RSS
WwW.282.CLaN.Su

Категории раздела
MP3 Avto dünya
Şekiller İSlam
Müxtelif Proqramlar
Oyunlar Letifeler
Şeirler Meqaleler
Kitablar Sevgi
Mobil dünya Texnologiya
Video Klip
Kino Prikol
HaCKeR RoCK
Show Biznes Xeberler
Deb İdman
Futbol 282 Həyatı
Rep

Наш опрос
İnternetdən hansı məqsədlə istifadə edirsən ?
[ Netice · Diger ]
Cavablar: 104

Мини-чат

Статистика

Saytda Olanlar 2
Qonaqlar 2
İstifadəçilər 0

  

23:03
Elə də sınaqdır, belə də sınaqdır

Elə də sınaqdır, belə də sınaqdır .

Tez-tez eşitdiyimiz belə bir istək var: “Allah bizi çörəklə sınağa çəkməsin”.
Ümumiyyətlə, sınaq mövzusunda hər kəs öz qorxduğundan uzaq durmaq üçün Allaha yalvarır. Amma heç düşünmürük ki, başımıza nə gəlirsə, hamısı sınaqdır. Bəlkə də, çörəklə sınağa çəkilmək başqa sınaqlardan daha asandır. Allah-Təala kimi necə nə ilə sınağa çəkəcəyini özü bilir. Siz Həzrəti İbrahimin sınağını düşünürsünüzmü? Düşünmək nədir, xatırlayanda adamın tükü ürpərir: övladını qurban kəs!
Böyüklər böyük işlərlə sınağa çəkilər. Allah-Təala öz bəndəsinə çəkə bilməyəcəyi yükü yükləməz. Yəni hər yük mindiyi çiyinin dözümünə, gücünə uyğundur. İnsanın zənginliyi də, kasıblığı da sınaqdır. Əgər kasıbsansa, acsansa, ailəni çətinliklə dolandırırsansa, demək yoxluqla imtahan olunursan. Əgər zənginsənsə, böyük imkanların varsa, çoxunun çox problemi sənin istəyinlə həll olunursa, demək indi də sərvətlə, var-dövlətlə sınağa çəkilirsən. Məsələ kasıb və ya zəngin olmaqda deyil; məsələ başçı və ya nökər olmaqda deyil... məsələ yerinə, məqamına uyğun imtahanı necə verməkdədir. Varlının varlı sınağı var, kasıbın kasıb sınağı. Kasıb hər halı ilə Allah şükr etməlidir. Hər bir insan nə halda olursa-olsun, şükr edəcək bir nemətə sahib olduğunu anlamalıdır. Sınanmış bir söz var: xoşbəxtlik xoşbəxtliyi anlamaqla başlayır. Xoşbəxtliyi anlamaq özü şükr üçün ən böyük əsaslardan biridir. Bu gün də ailənin dolanışığını təmin edə bildin; bu günü də xeyirli, uğurlu yola saldın; bu gün də hər kəslə xoş davranıb, öz işini layiqincə yerinə yetirdin; bu gün də boynuna düşən borcları imkanının yetdiyi qədər ödədin; könül qırmadın; kiminsə işinə yaradın; kiminsə duasını aldın... və yorğanını başına çəkəndə, öz-özünə hesabat verib rahat ola bildin. Bu günü də inşallah, xeyirli-uğurlu belə yola sala bildin.
Zənginin də dediyimiz kimi, sınaq üçün o qədər qapısı, bacası var ki. Ariflərdən biri deyib ki, “yüz şey bilib, onuna əməl etməkdənsə, ikicə şeyi bilib, bildiklərini də səmimiyyətlə yaşamaq daha xeyirlidir”. Əslində bu söz kasıbla zənginin vəziyyətini çox aydın göstərir.
Başqa bir müdrik söz. Nə haldasansa, o halına şükr edəcəksən. Zəngin olmaq istəyirsənsə, halallıqla çalışacaqsan. Əlinə, ovcuna nə gəldisə, şükr duyğusu ilə razılaşacaqsan. Onun-bunun sərvətinə, malına göz dikib, həsəd aparmaq, divin boynuna keçirilmiş dəyirman daşı kimi, səni də dənizin dibinə batırar. Sərvətin imkanları olduğu kimi, sınağı da artıqdır. Bir də unutma ki, Allah-Təala kimi necə və nə ilə sınağa çəkməyi özü bilir. Əsas məsələ halından məmnun, dili şükrlü olmaqdır. Yəni, ağanın ağa sınağı var, nökərin nökər sınağı. “Keçini keçi ayağından asacaqlar, qoyunu qoyun ayağından”. Bunu da hər kəs gedəcəyi mənzildə görəcək.

Категория: İSlam | Просмотров: 889 | Добавил: DaMLa | Рейтинг: 0.0/0
Всего комментариев: 1
0  
 
rihanna yazdıki >> Allah her kese imtahanda komek olsun hec kesin zehmeti yere deymesin Allah her kesi qorusun 
__________
İstifadəçiəçi Adı:fionaaa
İP:82.118.157.223
Tarix: 23.06.2009 ,09:34.

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Вход на сайт
İstifadəçi Adı:  
Şifrə:

Поиск

Календарь

Архив записей

Друзья сайта

Copyright MyCorp © 2024