Главная
Регистрация
Вход
Cümə Axşamı
09.05.2024
14:26
Приветствую Вас Qonaq | RSS
WwW.282.CLaN.Su

Категории раздела
MP3 Avto dünya
Şekiller İSlam
Müxtelif Proqramlar
Oyunlar Letifeler
Şeirler Meqaleler
Kitablar Sevgi
Mobil dünya Texnologiya
Video Klip
Kino Prikol
HaCKeR RoCK
Show Biznes Xeberler
Deb İdman
Futbol 282 Həyatı
Rep

Наш опрос
Ən maraqlı cizgi filmi ?
[ Netice · Diger ]
Cavablar: 125

Мини-чат

Статистика

Saytda Olanlar 3
Qonaqlar 3
İstifadəçilər 0

  

12:16
Sabahdan Müqəddəs Rəcəb ayı başlayır

 
Bismillahir Rahmanir Rahim

Bildirmək istəyirəm ki, sabahdan etibarən müqəddəs ay olan
Rəcəb ayı başlayır.24 iyun Rəcəb ayının birinci günüdür.
Bu ay da Allah tərəfindən insanlara bir bəxşişdir
Çünki bu ayın da müəyyən əməlləri vardır ki, hansılara ki əməl etdikdə
xeyli savaba nail olub günahlarınızı silə bilərsiz
Peyğəmbərimiz(s.a.s) buyurub :
“Rəcəb ayı Allahın,Şaban ayı mənim,Ramazan ayı isə hamının ayıdır.” Rəcəb ayının ilk Cümə gecəsinə (Rəgaib kandili və ya gecəsi) hörmət edənə Allahu Təala qəbr əzabı etməz, dualarını qəbul edər.Yalnız yeddi kəsi əfv etməz və dualarını qəbul etməz:Faiz alan və ya verən, müsəlmanları xor görən, anasına və babasına qarşı gələn və ya əziyyət edən övlad, müsəlman olan və islama uyan ərinə uymayan qadın, müğənniliyi və çalğıçılığı sənət edinənlər, zina edənlər, beş dəfə namaz qılmayanlar.(Bunlar bu günahlardan əl çəkmədikcə, tövbə etmədikcə duaları qəbul olmaz. )
Rəcəb ayı haqqında:
"Rəcəb" kəlməsi; hərhansı bir şeydən qorxmaq və ya utanmaq, ve ya bir kimsəni heybətinden dolayı onu ululamaq və təzim etmək mənalarına gəlir (M.Z. Pakalın, Osmanlı Tarix Deyimleri ve Terimleri Sözlüğü, İstanbul 1983, III, 18-19).
Cahiliyyət dövründə Ərəblər,bütləri üçün bu ayda qurban kəsərlərdi.Ərəblər arasında müqəddəs bilinən Rəcəb ayı,haram aylardan (əşhur-i hurum) biridir. Digər üç haram ay isə, Zilkadə, Zilhiccə və Məhərrəm idi. Rəcəb ayı, birbirinin ardınca gələn aylardan ardınca gəlmədiyi və yeddinci sırada olduğu üçün "Rəcəbül-fərd" adı da verilmişdir.
Rəcəb ayı, içində iki kandil gecəsi olduğundan fəzilətli bir aydır. Rəcəb ayının ilk cümə gecəsi Rəgaib kandilidir. İslâm âlimləri, Hz. Peyğəmbər (s.a.s)'in bu gecədə Uca Allah'ın mənəvi nemətlərinə yetdiği, bu səbəblə şükür və hacəd üçün namaz qıldığını bildirirlər.
Rəcəb ayının iyirmi yeddinci gecəsi İslâm dünyasında Merâc gecəsi olaraq qeyd edilir(Merac “nərdivan” deməkdir).Bu gecədə Rəsulullahın göylərə çıxarıldığı, bilinməyən yerlərə götürüldüyü gecədir. Bu gecə qəza namazı qılmalı, Qur’an-ı Kərim oxumalı, dua, tövbə etməli, sədəqə verməli, müsəlmanları sevindirməli, bunların savablarını ölülərə də göndərməlidir!Peyğəmbər(s.a.s)`in meracı Qur'an-i Kərim'də "İsrâ"surəsində bildirilir(bu barədə daha çox bilmək istəyənlər www.dinimizislam.com ). Beş vaxt namazın fərz qılınması da bu gecədə bildirilmişdir. Bu gecədə nazil olan Bəqərə surəsinin son ayələri ilə müsəlmanların sıxıntılarının sona yetəcəyi və Muhəmməd ümmətinə Allah`a şərik qoşmadıqları təqdirdə Cənnətə girəcəkləri müjdələnmişdir.

Səvban (r.a)'dan rəvayət edilən bir hədisdə deyilir: "Rəsulullah (s.a.v) ilə gedirdik.Bir qəbristana baş çəkdik. Orada Allah Rəsulu (s.a.v) biraz durdu və şiddətli bir şəkildə ağlayıb, mənə üzünü tutub dedi:
--"Ey Səvban! Burada yatanlar əzab görməkdə idilər. Allah'a dua etdim də, onların əzablarını yüngülləşdirdi. Ey Səvban! Əgər bunlar Rəcəb ayında bir gün oruc tutsalar və onun bir gecəsini ihya etsələrdi qəbrlərində əzab görməyəcəklərdi”
--"Ey Allah`ın rəsulu yalnız bir gün oruc və bir gecənin ihya edilməsi ilə, onlardan bu qəbr azabı götürüləcəkdimi?”
--"Bəli, Ey Səvban! Məni Haqq Peygəmbəri olaraq göndərən Allah'a and içərəm ki, qadın yaxud kişi,hərhansı müsəlman, Rəcəb ayında bir gün oruc tutar və ya bi gecəsini ihya edər, sırf bunu Allah rizası üçün edərsə, Allah ona gündüzü oruclu, gecəsi qiyamlı keçən bir illik ibadət savabı ehsan edər."

Rəcəb-i Sərîf ayı:Allah'ın ayıdır. Bu aya oruclu olaraq girilməli və bu ayda Allah'a çox sığınılmalıdır. Bu ayın 1.ci günü oruc tutanlara; 3 illik 2.nci günü oruc tutanlara 2 illik, 3.cü günü oruc tutanlara 1 illik nâfilə oruc savâbı verilir. Rəcəb Ayı Cenab'ı Haqq'a məxsus bir ay olduğu üçün, Allahu- Təâla'nın sifətlərini bildirən İxlas sûrəsi bu ay boyunca çox oxunmalıdır.Bundan başqa bu istiğvara diqqət yetirək:

Əstağfirullâhəl azıyməlləzi lâ ilâhə illâ hüvəl hayyül kayyumû və ətûbu iləyhi təvbətə abdin zâlimin li nəfsihi lâ yəmlikü linəfsihi məvtən və lâ hayâtən və lâ nüşurâ.
Mənası:Nəfsinə kötülük etmiş, nə ölürken, nə hayatında, nə dirilirkən nəfsinə sahib ola bilməyən qulun tövbəsi kimi, hayy və Qayyum olan, kendinden başka ilah bulunmayan Allah'a istiğfar edərim.

Peyğəmbər (s.a.v) buyurur:
“Kim bu istiğfarı Rəcəb-i Şərif ayında yeddi dəfə oxuyarsa, Allahü Teala mələklərinə "Bu qulumun günah dəftərini yırtıp atın"- buyurar.”

Fikirleriniz...

[size=13][color=red]

Категория: İSlam | Просмотров: 1084 | Добавил: DaMLa | Рейтинг: 0.0/0
Всего комментариев: 3
0  
 
ufuq yazdıki >> ellerine sagliq muellif 
__________
İstifadəçiəçi Adı:@__fresman__@
İP:93.88.82.6
Tarix: 28.06.2009 ,04:39.

0  
 
rihanna yazdıki >> tesekkurler thanksyou 
__________
İstifadəçiəçi Adı:fionaaa
İP:94.20.27.245
Tarix: 24.06.2009 ,23:54.

0  
 
Anonim yazdıki >> ÇooooooXSağol.Əllərinə sağlıq.Mən heç bilmirdim. agla 
__________
İstifadəçiəçi Adı:merve
İP:212.38.118.114
Tarix: 24.06.2009 ,17:58.

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Вход на сайт
İstifadəçi Adı:  
Şifrə:

Поиск

Календарь

Архив записей

Друзья сайта

Copyright MyCorp © 2024