Главная
Регистрация
Вход
Çərşənbə Axşamı
30.04.2024
16:12
Приветствую Вас Qonaq | RSS
WwW.282.CLaN.Su

Категории раздела
MP3 Avto dünya
Şekiller İSlam
Müxtelif Proqramlar
Oyunlar Letifeler
Şeirler Meqaleler
Kitablar Sevgi
Mobil dünya Texnologiya
Video Klip
Kino Prikol
HaCKeR RoCK
Show Biznes Xeberler
Deb İdman
Futbol 282 Həyatı
Rep

Наш опрос
Kitab oxuyursan ?
[ Netice · Diger ]
Cavablar: 116

Мини-чат

Статистика

Saytda Olanlar 2
Qonaqlar 2
İstifadəçilər 0

  

10:58
Peyğəmbər Əfəndimizin (s.ə.s.) möcüzələri
 
Peyğəmbər Əfəndimizin (s.ə.s.) möcüzələri

Möcüzə Allah-Təalanın ancaq Peyğəmbərlərə verdiyi xüsusi bir imkandır. Yəni Peyğəmbər Allah-Təalanın əmri ilə insanları Haqqa, Allahın birliyinə inanmağa çağırır, Allah-Təala isə peyğəmbərini insanlar qarşısında aciz qoymur, onların ən qəribə, ən ağlagəlməz istəklərini bir anın içində gerçəkləşdirir.
Möcüzələrin bir xüsusiyyəti də ondan ibarətdir ki, hamısı, demək olar ki, zamanın tələbinə uyğun olaraq verilmişdir. Yəni həmin dövrdə yaşayan insanlar daha çox nəyə meyil edirdilərsə, təbii ki, görmək istədikləri şeyləri də məhz həmin sahə ilə bağlı təsəvvür edirdilər. Allah-Təala məhz onların öz təsəvvürləri ilə özlərini heyrətə salırdı.
Məsələn, Hz. Musa (ə.s.) zamanında sehr-cadu elmi çox inkişaf etmişdi. Hz. Musanın möcüzəsi də bütün sehrbazların bacarmadığı, hər kəsin heyrət etdiyi bir hadisə olmuşdur. Firon bütün sehrbazları bir meydana toplamış və onları Hz. Musaya qarşı savaşa çağırmışdı. Sehrbazlar iplərini yerə atdılar, iplər insanların gözündə ilan kimi göründü. Hz. Musa isə əsasını yerə atanda əsa böyük bir əjdahaya çevrildi və sehrbazların ilan kimi görünən iplərini uddu. İnsanlar bu hadisəni sehr zənn etdilər. Amma sehrbazlar bu hadisənin sehr olmadığını, daha doğrusu, sehr elminin o səviyyəyə yüksələ bilmədiyini anladılar, bu işin İlahi bir hadisə olduğunu dərk etdilər və Hz. Musanın söylədiklərini qəbul edərək, Allaha iman gətirdilər. Onlar bu qənaətlərini Firona açıq söylədilər və haqq yoldan dönməyərək şəhidliyi qəbul etdilər.
Hz. İsanın (ə.s.) dövründə isə tibb elmi yüksəliş dövrünü yaşayırdı. Ona görə də Hz. İsanın möcüzələrinin böyük bir hissəsi məhz bu sahə ilə bağlıdır. O, dövrünün çarəsiz hesab olunan dəri xəstəliyini müalicə etmiş, dəridəki ləkəni təbii rəngə çevirmiş, hətta ölüləri məzardan qaldırmaq kimi möcüzələr göstərmişdir.
Möcüzə ilə əlaqədar kifayət qədər misal gətirmək mümkündür. Hz. Salehin (ə.s.) qayadan çıxmış və onun peyğəmbərliyini təsdiq etmiş dəvəsini, Hz. Yunusun (ə.s.) balığın qarnında günlərlə qalmasını xatırlatmaq kifayətdir.
Əvvəlki peyğəmbərlərdən fərqli olaraq, Rəsulullah bütün bəşəriyyətə və cinlərə peyğəmbər olaraq göndərildiyi üçün onun möcüzə sahəsi də, heç şübhəsiz, daha geniş və daha zəngin olmuşdur. Əslində peyğəmbərimizin ilk möcüzəsi onun doğuşu ilə başlayır. Ən böyük möcüzəsi isə qiyamətə qədər insanlara Haqq yolunu göstərən Qurani-Kərimdir.
Onu sevəndən soruşun

Niyə peyğəmbərin şəkli çəkilmir?
- Çünki necə çəkir-çəksin, o mübarək simanı göstərmək mümkün deyil. Əbu Cəhllə Hz. Əbubəkr (r.a.) arasındakı söhbəti xatırladın. Biri deyir, peyğəmbər çirkindir, biri də deyir, O o qədər gözəldir ki... Bəli O, o qədər gözəldir ki, cansız boya, quru rənglər o parlaqlığı, o nuru ifadə edə bilməz. O şəkil könüllərdə olar. Hər kəs də öz sevgisi nisbətində O gözəlliyi görər və sevər. Bu halda o sevgini bəsit bir görüntü ilə çərçivələmək kimə lazımdır?

Fikirleriniz...

[color=red][size=13]

Категория: İSlam | Просмотров: 917 | Добавил: DaMLa | Рейтинг: 0.0/0
Всего комментариев: 2
0  
 
Anonim yazdıki >> Təşəkkür edirəm.Ama hammısını oxumadım...` op 
__________
İstifadəçiəçi Adı:merve
İP:82.118.157.184
Tarix: 25.06.2009 ,19:14.

0  
 
fatinka yazdıki >> Tesekkur edirem  
__________
İstifadəçiəçi Adı:fatinka
İP:82.118.137.166
Tarix: 25.06.2009 ,17:10.

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Вход на сайт
İstifadəçi Adı:  
Şifrə:

Поиск

Календарь

Архив записей

Друзья сайта

Copyright MyCorp © 2024