Главная
Регистрация
Вход
Bazar Ertəsi
06.05.2024
15:13
Приветствую Вас Qonaq | RSS
WwW.282.CLaN.Su

Категории раздела
MP3 Avto dünya
Şekiller İSlam
Müxtelif Proqramlar
Oyunlar Letifeler
Şeirler Meqaleler
Kitablar Sevgi
Mobil dünya Texnologiya
Video Klip
Kino Prikol
HaCKeR RoCK
Show Biznes Xeberler
Deb İdman
Futbol 282 Həyatı
Rep

Наш опрос
İnternetdən hansı məqsədlə istifadə edirsən ?
[ Netice · Diger ]
Cavablar: 104

Мини-чат

Статистика

Saytda Olanlar 3
Qonaqlar 3
İstifadəçilər 0

  

11:50
Daha o sevgi də ovutmaz məni

Daha o sevgi də ovutmaz məni

Kasıb bir gənc padşahın qızına aşiq olur. İçində günbəgün artan bu eşqin onun üçün bir qara sevda olduğunu anlasa da, yenə boş durmur, fikirləşir ki, kimdənsə kömək istəsin. Məmləkətin ən məşhur dərvişinin yanına gedir, padşahın qızına aşiq olduğunu ona söyləyir və kömək istəyir. Dərviş də dərvişmiş ha, bir qədər düşünəndən sonra belə deyir:
- Övladım, get, şəhərin girişində, yol ağzında bir yer var, orda otur. Gələn-keçən kim səndən nə soruşsa, sadəcə “Allah” deyə cavab ver.
Kasıb gənc dərvişin bu məsləhətindən bir qədər təəccüblənsə də, onun dediklərini eləməli olur, əlindən başqa nə gəlirdi ki? Bəli, bu gənc aşiq gedib dərvişin dediyi o yerdə oturur və “Allah” kəlməsindən başqa ağzından bir söz çıxarmır. Dərviş də onun gündəlik yeyib-içməyini özü gətirir. Hər şeyə “Allah” deyə cavab verən bu gənc getdikcə məmləkətdə məşhur olmağa başlayır. Hər kəs onun necə alovlu bir nida ilə “Allah” deməsindən bəhs edir. Bu gəncin söhbəti gedib padşaha da çatır. Padşah da “Allah” deməklə məşhurlaşan gənci görmək istəyir və dərvişi yanına çağırıb onun haqqında məlumat istəyir. Dərviş də padşaha deyir ki, haqqında danışılan o gənc dövrün ən böyük insanlarından biridir. Padşah “Allah” adından başqa dilinə bir kəlmə gətirməyən bu gəncin ziyarətinə gəlir. Gəlir və sualı suala calayır: “Sən kimsən? Nə istəyirsən? Dərdin nədir?

Burada niyə oturmusan?...” Padşah soruşur, gənc isə “Allah” adından başqa bir söz söyləmir. Padşah başqa bir cavab ala bilmədiyini görüb heyrətlənir və dönüb gedir. Gecə dərviş həmin gəncin yanına gəlir və tapşırır:
- Padşah “sənə qızımı verirəm” deyənə qədər ondan bir şey istəmə.
Dərvişin dedikləri, həqiqətən də, gerçəkləşir. Padşah gəncin yanından ayrılandan sonra elə hey onu düşünür. Hər ləhzə “Allah, Allah” deyib bayılma həddinə gələn bu gəncin qəlbində böyük bir iman olduğunu düşünür və onunla səmimi münasibət qurmaq üçün götür-qoy edir. Beləcə, bir gün yerindən qalxır və dərvişi də götürüb o gəncin yanına gəlir. Ona xəzinələr dolusu var-dövlət təklif edir, hakimiyyətinin yarısını verəcəyini deyir. Gənc isə “Allah” adından başqa bir söz dilinə gətirmir. Padşah heyrətindən dəli olmaq dərəcəsinə gəlir: “Nə istəyirsən axı? İstəyirsən qızımı da sənə verim”. Padşah bu sözləri söyləyəndə dərviş çox məmnun olur. Çünki artıq onun planı baş tutmuşdur. Gənc öz sevgisinə qovuşacaq. Amma gəncin cavabından padşah da, dərviş də quruyub qalır:
- Artıq onu da istəmirəm. Mən bir dünya sevdası ilə “Allah” dedim. Allah dövrün padşahını mənim ayağıma gətirdi və o padşah mənim kimi miskin bir gəncə öz hakimiyyətini və qızını təklif etdi. Əlbəttə, bütün bu işlər Allahdandır. Əgər mən dünya sevdası üçün deyil, məhz Allah rizası üçün “Allah” demiş olsaydım, kim bilir, Allah mənə nələri nəsib edərdi. Bundan sonra mənim üçün Ondan başqası yoxdur, mən Ondan başqa heç nə istəmirəm, nə ötəri sevdaları, nə də fani sərvəti.`

Категория: Sevgi | Просмотров: 922 | Добавил: DaMLa | Рейтинг: 0.0/0
Всего комментариев: 5
0  
 
UfUq yazdıki >> oxumadim hec 
__________
İstifadəçiəçi Adı:HEYAT_1_OYUN
İP:82.118.157.99
Tarix: 11.08.2009 ,14:43.

0  
 
fatinka yazdıki >> Tesekkur edirem Heqiqeten de maraqlidir tesekkur edirem 
__________
İstifadəçiəçi Adı:fatinka
İP:62.217.139.100
Tarix: 01.07.2009 ,15:48.

0  
 
seker yazdıki >> coxxxxxxx maraqli hekaye idi.Tesekkurler.Her zaman bele maraqli hekayeler yaz men de oxuyum 
__________
İstifadəçiəçi Adı:Seker_qiz
İP:82.118.156.211
Tarix: 01.07.2009 ,14:29.

0  
 
Anonim yazdıki >> yerivar good thanksyou 
__________
İstifadəçiəçi Adı:merve
İP:212.38.118.76
Tarix: 30.06.2009 ,19:52.

0  
 
rihanna yazdıki >> duzunu deyim oxumadim amma yene de tesekkurler eziyyet cekmisen thanksyou 
__________
İstifadəçiəçi Adı:fionaaa
İP:82.118.156.136
Tarix: 30.06.2009 ,19:03.

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Вход на сайт
İstifadəçi Adı:  
Şifrə:

Поиск

Календарь

Архив записей

Друзья сайта

Copyright MyCorp © 2024