Главная
Регистрация
Вход
Bazar
28.04.2024
16:26
Приветствую Вас Qonaq | RSS
WwW.282.CLaN.Su

Категории раздела
MP3 Avto dünya
Şekiller İSlam
Müxtelif Proqramlar
Oyunlar Letifeler
Şeirler Meqaleler
Kitablar Sevgi
Mobil dünya Texnologiya
Video Klip
Kino Prikol
HaCKeR RoCK
Show Biznes Xeberler
Deb İdman
Futbol 282 Həyatı
Rep

Наш опрос
Azərbaycanda 1 nömrəli rep kim deyir ?
[ Netice · Diger ]
Cavablar: 130

Мини-чат

Статистика

Saytda Olanlar 2
Qonaqlar 2
İstifadəçilər 0

  

19:18
Ölməyən sevgi

ÖLMƏYƏN SEVGİ



Gənc adam əllərində bir buket çiçək, sahilə qaçaraq gəldi... Gözləri belə bir sahildə gəzişdi, axtardığını görə bilməyincə ilk gördüyü yerdə oturub sevdiyini gözləməyə başladı. Əllərində hər zamanki çiçəklərdən vardı. Sevgilisinin ən sevdiyi çiçəklər bunlar idi. Qırmızı, qıpqırmızı, qan qırmızısı güllər...  Sanki budağından yeni qoparılmış kimi təzə idilər, buram buram iy verirdilər, sevgi iy verir, eşq iy verir ən əhəmiyyətlisi də həsrət və həsrət iy verirdi güllər... Hamısının üzərində damlalar vardı. Sanki ağlayır kimi idilər. Gənc adam güllərə baxdı, sanki onlarla danışırmış kimi, "Niyə ağlayırsınız, baxın mən nə qədər xoşbəxtəm" dedi. Az sonra sevdiyini görəcəyi üçün ürəyi yenə dəli kimi atmağa başlamışdı. Nə vaxt onu düşünsə, onunla görüşəcəyini xəyal etsə ürəyi eyni belə yerindən çıxacaqmış kimi olurdu. İllərdir bir-birlərini sevmələrinə baxmayaraq ikisidə sevgisindən heç bir şey itirməmişdi... Onları heç bir şey ayıra bilməzdi... Nə həsrət, nə ayrılıq, nə də ölüm...
Gənc adam təlaşla saatına baxdı. Sevdiyi yenə gecikmişdi. Üstəlik o, sevdiyini gözlətməmək üçün dəqiqələrlə əvvəl qaçaraq gəlir, onu gözləməyi belə sevirdi. Amma sevdiyi hər vaxt bunu edirdi. Davamlı özünü gözlədirdi. Hər kəsin bir qüsuru olarmış deyə düşündü...
Və gözlərini önündəki ucsuz-bucaqsız dənizlərə tikdi.. Dənizin sonu yox kimi idi, eynilə sevdiyi qıza qarşı olan eşqi kimi dənizində sonu yox idi. Sonsuzluğa uzanırdı. Əslində bu gün onlar üçün çox xüsusi bir gün idi. Öz aralarında sözlənəcəkdilər. Cavan əvvəl bunu sevdiyinə açmış, sonrada gedib iki üzük almışdı. Bu qədər əhəmiyyətli bir gündə heç olmasa onu gözlətməməli idi.. Amma alışmışdı artıq gözləməyə, zərəri yox bir az daha gözləyərəm deyə düşündü. Güllərin yarpaqları nədənsə hələ yaşlı idi. Heç cür anlamırdı onları. Hər şey bu qədər gözəlkən niyə ağlayırdılar ki?
İşdə az sonra sevdiyi gələcək, ona sarılacaq, qucaqlaşacaqdılar...
Sonra söz üzüklərini taxıb, evliliyə ilk addımlarını atacaqdılar.
Gənc adam elə həyəcanlı idi ki sevdiyinə qovuşmaq üçün can atırdı... Qağayılara baxdı, bir-birləriylə oynaşıb, uçuşan qağayılara... Nə qədər gözəl rəqs edirdilər havada. Təkrar saatına baxdı gənc adam. Narahatlıqlanmağa başlamışdı. Sevgilisi yenə gecikmişdi, həm də çox... Bu qədər gecikməməsi lazım idi. İşdə hər gün burada görüşmək üçün sözləşmirlər idimi? Hər gün sahildə, qağayılara baxaraq, dənizin onlara izah etdiyi nağılları dinləyərək bir-birlərinə sarılıb həsrət aradan qaldıracaqlarına söz vermirlər idimi? O zaman niyə gəlməmişdi yenə? Ağılına pis düşüncələr gəlməyə başladı. Xeyr.. xeyr.. ola bilməzdi. Sevdiyinə bir şey ola bilməzdi. Onsuz həyat yaşanmazdı ki... O ölsə belə davamlı mənimlə yaşar deyə düşündü gənc adam. Bunun düşüncəsi belə xoş deyildi. Gözlərini yerə endirdi. Gözyaşlarını kimsənin görməsini istəmirdi. Onsuz da nədənsə ətrafındakı insanlar ona sanki dəli kimi baxırdılar. Narahat olmağa başladı baxışlardan.
Artıq bezmişdi... Yenə sevgilisi gəldi ağılına.. Niyə gəlmədi görəsən deyə düşünməyə başladı. Gözlərini bağladı.
7 il oldu dedi. 7 ildir hər gün bu sahildə idi, sevdiyini gözləyirdi. Daha çox dözə bilmədi. Ürəyi parçalanacaq kimi olurdu. Gözlərindən 1 damla daha yaş güllərin üzərinə damladı
... Yenə gəlməyəcək yəqin, ən yaxşısı mən onun evinə gedim deyə zümzümə etdi... Heç olmazsa gülləri hər zamanki kimi yanına qoyar, ona vermiş olardı... Gənc adam ayağa qalxdı. Sevdiyiylə görüşmək üzrə, yaşıl təpənin ardındakı qəbirisitanlığa doğru getməyə başladı...


Ona olan Eşqi və Sevgisi onunla birlikdə ölməmişdi
Категория: Sevgi | Просмотров: 894 | Добавил: merve | Рейтинг: 0.0/0
Всего комментариев: 3
0  
 
Leyla yazdıki >> Coxxxxxx sagol Merve eladiiiiiiii good good  
__________
İstifadəçiəçi Adı:DaMLa
İP:217.25.17.189
Tarix: 09.09.2009 ,18:30.

+1  
 
Leyla yazdıki >> deliler hahahaaaaaaaaaa 42 hirs 
__________
İstifadəçiəçi Adı:askimsin
İP:93.184.225.249
Tarix: 09.09.2009 ,17:21.

0  
 
rihanna yazdıki >> Mervecik super puper 
__________
İstifadəçiəçi Adı:fionaaa
İP:82.118.157.250
Tarix: 25.07.2009 ,23:00.

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Вход на сайт
İstifadəçi Adı:  
Şifrə:

Поиск

Календарь
«  İyul 2009  »
B.EÇ.AÇerC.AŞeBaz
  12345
6789101112
13141516171819
20212223242526
2728293031

Архив записей

Друзья сайта

Copyright MyCorp © 2024