Главная
Регистрация
Вход
Bazar Ertəsi
06.05.2024
09:02
Приветствую Вас Qonaq | RSS
WwW.282.CLaN.Su

Категории раздела
MP3 Avto dünya
Şekiller İSlam
Müxtelif Proqramlar
Oyunlar Letifeler
Şeirler Meqaleler
Kitablar Sevgi
Mobil dünya Texnologiya
Video Klip
Kino Prikol
HaCKeR RoCK
Show Biznes Xeberler
Deb İdman
Futbol 282 Həyatı
Rep

Наш опрос
Tom və Jerry cizgi filmində kimin tərəfindəsən ?
[ Netice · Diger ]
Cavablar: 105

Мини-чат

Статистика

Saytda Olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0

  

14:02
Allah üçün tökülən yaş

Bir qız! Sanki bu dünyada hər şey ona məxsus! Pul,şan-şöhrət,əhli-keyf! Hər gün-bu günün ibadətini sabaha saxlayan özündən razı qız! "Onsuz hələm ömrümə var" deyərək öz işində idi! Yenə bir gün! Hava sakit! Günəş buludlar arasında sanki acı gülümsəyirdi! Yenə eyni yol! Yenə həmin qız gözəl bir maşında! Sürət norması yenə yüksək! Gözləniləmədən böyük bir qəza! Artıq hər şey qaranlığa qərq oldu! Bu dünyada keyf çəkən indi tabutda çiyinlərdə gedir!

Anası: Balam, balam, balam gəncliyinin dadından doya bilmədən getdi. Nə tələsiyin vardı? Axı səni nə vadar etdi bu yüksək sürətlə sürmək?
Bacısı :Canım bacım sən sən o murdar torpağa layiq olacaq qız deyilsən! Dön geri,dön!
Bacısı böyük qardaşa:yetər yetər bu etdiyiniz axmaqlıq, nə zaman həqiəqti anlayacaqsınız? nə zaman bu küfrləriniz sona çatacaq? Susun susun. .Ah bacı sən dünyada ikən haqqı tapsaydın, kaş ki səndə imanın nuru ilə nurlansaydın! Rəbbim səni bağışlasın. Cənnətinə girməyini nəsib etsin!
Qız qardaşı:Of yenə nə Rəb deyərək qışqırırsan? `
Tabut çiyinlərdə gedir! Müəllim,qohum,qonşu,əzizlər,dostlar və daha kimlər! Hər kəs ağlayırdı! Amma faydası yox idi! Artıq o getmişdir!

Dünyada ikən Allahdan başqa heç bir ilah yoxdur Məhəmməd(s.ə.s)onun Rəsuludur deyə etdiyin şahidliyi xatırla! Xatırla ki, cənnət haqqdır, cəhənnəm haqqdır, öldükdən sonra dirilmək haqqdır. Qiyamət heç şübhəsiz gələcəkdir və Allah qəbirlərdə onları dirildib hər kəsdən etdiyi əməllərə görə hesabat tələb edəcəkdir!

Sən Rəb olaraq Allaha, din olaraq İslama, Peyğəmbər olaraq Məhəmmədə(s.ə.s.) Rəhbər olaraq Qurani Kərimə,qiblə olaraq Kəbəyə razı olmuş, qardaş olaraq möminləri seçmişdin. Rəbbim ALLAHdır. Ondan başqa heç bir ilah yoxdur. Yalnız ona təvəkkül etdim. O böyük ərşin sahibidir demişdir.

Qız qəbirdə tək qalar:
Qız:Anacığım, yandırın bu işıqları! Ah bura çox qaranlıq, yandırın haydı işıqları çox qorxuram, bura niyə qorxulu və soyuq? Mən ölmüşəm?! Ah anacığım, atacığım mən ölmüşəm! Ana Ana məni yanına götür çox üşüyürəm. Dünyada olarkən niyə mənə buraların varlığından bəhs etmədiniz? Nə üçün Oruc tut demədiniz? Niyə dinimdən bəhs etmədiniz? Niyə cihadı izah etmədiniz? İndi, indi bura çox soyuq ana, canım yanır ana. Ah Rəbbim kaş ki sənin sözlərinə qulaq versəydim. Bir gün olsa idi ki, səni dinləyərdim. İndi bura çox qaranlıq altımdan daşlar batır, tikanlər batır, quru torpaq bədənimi sıxır, böcəklər, böcəklər Allahım! Ana qurtarın məni bu boğucu qaranlıq torpaqdan. Dözə bilmirəm, dözə bilmirəm. Ana, ata həmişə çətin anlarda mənimlə idiniz! İndi haradasınız?

Sağ və Sol mələyi gəlir.
MƏLƏK: Ey qız söylə rəbbin kim?
-Bilmirəm.
MƏLƏK: Rəbbin kim?
-Rəbbim Allah
MƏLƏK: Söylə dinin nə?
-Bilmirəm
MƏLƏK: Kitabın nə?
-Heç görmədim ki.
MƏLƏK: Peyğəmbərin kim?
-Heç eşitmədim ki.
MƏLƏK: Söylə qız dünyada ikən nə üçün namaz qılmadın?
-Uşaqlarımdan vaxt tapa bilmədim.
MƏLƏK: Adəm ə.s dan çox uşağın vardı mı? Onun hər il əkiz uşağı olurdu. Amma dinindən heç bir taviz vermədi.
-O qədər çox malım mülküm vardı ki, namaz etməyə fürsət tapa bilmədim.
MƏLƏK: Hz. Süleymandan dahamı çox malın vardı?
-Həm də o qədər çox xəstəydim ki,dərdimdən namaz edə bilmədim.
MƏLƏK: Eyyüb ə.s dan dahamı çox dərdli idin? Halbuki onun dərdi o qədər böyük idi ki, bədənində yara olmayan yer qalmamışdı. İndi sən sus ey Qız!

Şahidlərin danışacaq. Söyləyin ey ayaqlar bu qul dünyada sizi nəylə məşğul etdi?
AYAQ: Bu qul məni Allahın məhrum etdiyi yerlərə və əxlaqsızların olduğu məkanlara apardı. Heç bir xeyr məclisində olmadı!
MƏLƏK: Siz söyləyin əllər siz hansı haldan şikayətçisiniz?
ƏLLƏR: Bəli ey mələk bizdə şikayətçiyik. Çünki bu qul haram olan şeylərə əlini uzatdı, Allahın qadağan etdiyi əllərlə qucaqlaşdı.
MƏLƏK: Sən söylə ey dil bu qul səni dünyada ikən necə istifadə etdi?
DİL: Ey mələk bu qulun ağızından heç pis və çirkin söz çıxmadı. Lakin heç bir yaxşı sözdə söyləmədi,
MƏLƏK: Yaxşı sən söylə ey ürək bu qul sənə nə etdi?
ÜRƏK: Ey mələk bu qul mənim içimdə heç bir möminə qarşı kin bəsləmədi. Heç bir zaman kinlik etmədi.
MƏLƏK: Siz ey gözlər bu quldan şikayətçisinizmi?
GÖZLƏR: Bəli ey mələk çünki bu qul ona verilən böyük nemət qarşılığında harama baxmaqdan çəkinmədi.,
MƏLƏK: Ey mələklər bunu aparın cəhənnəmə atın.
Qız:Xeyr durun nə olar, Allah eşqinə aparmayın məni o cəhənnəm atəşinə, durun, nə olar sizə yalvarıram, bir şans daha istəyirəm yalvarıram...
KİRPİKLƏR: Durun, durun, aparmayın onu.
MƏLƏK: Siz nə demək istəyərsiniz ey kirpiklər?
KİRPİKLƏR: Bəli ey mələk bu qul dünyada ikən harama baxdı, haram yeddi, haram olan yerlərə getdi. Amma buna baxmayaraq bir gecə Allah(s.ə.s)eşqi ilə, iman toxumlarının verdiyi sevgi ilə böyük bir səmimiliklə ağlamışdı. Halbuki Allah təala; "Mənim üçün bir damla gözyaşı tökənə cəhənnəm haramdır" buyurmayıbmı?
MƏLƏK:ya qul uca Allah səni bağışladı cənnətliklərdənsən...

ALLAH çalışır ki,bəndəsini bağışlasın! Bircə sidq ürəklə dua etməyin yetər!

Категория: İSlam | Просмотров: 950 | Добавил: DaMLa | Рейтинг: 0.0/0
Всего комментариев: 3
0  
 
Anonim yazdıki >>
ÇooooooXSağol. yerivar
 
__________
İstifadəçiəçi Adı:merve
İP:212.38.118.204
Tarix: 28.07.2009 ,18:45.

0  
 
rihanna yazdıki >> Tesekkurler 
__________
İstifadəçiəçi Adı:fionaaa
İP:212.38.118.31
Tarix: 27.07.2009 ,17:11.

0  
 
Ceyhun yazdıki >>
DaMlA thanksyou
 
__________
İstifadəçiəçi Adı:KaPiTaN_BlAcK
İP:91.135.250.89
Tarix: 27.07.2009 ,14:25.

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Вход на сайт
İstifadəçi Adı:  
Şifrə:

Поиск

Календарь
«  İyul 2009  »
B.EÇ.AÇerC.AŞeBaz
  12345
6789101112
13141516171819
20212223242526
2728293031

Архив записей

Друзья сайта

Copyright MyCorp © 2024