Главная
Регистрация
Вход
Bazar Ertəsi
06.05.2024
02:45
Приветствую Вас Qonaq | RSS
WwW.282.CLaN.Su

Категории раздела
MP3 Avto dünya
Şekiller İSlam
Müxtelif Proqramlar
Oyunlar Letifeler
Şeirler Meqaleler
Kitablar Sevgi
Mobil dünya Texnologiya
Video Klip
Kino Prikol
HaCKeR RoCK
Show Biznes Xeberler
Deb İdman
Futbol 282 Həyatı
Rep

Наш опрос
Əgər bir daha dünyaya gəlsəydin hansı cinsdə gəlmək istərdin ?
[ Netice · Diger ]
Cavablar: 149

Мини-чат

Статистика

Saytda Olanlar 6
Qonaqlar 6
İstifadəçilər 0

  

18:59
Seçim Ani.

O,Görüşə çox tələsirdi. İndiyə qədər həyatinda çox qizlar olmuşdu. Həmişə gözəl bədən quruluşlu, mavi gözlü, sari saçli qizlarla görüşməyə üstünlük verirdi. Amma bu qiz heç başqalarina bənzəmirdi. Ona elə gəlirdi ki, bu qiza gördüyü ilk andan aşiq olub. İlk dəfə onu mühazirədə görmüşdü. Şabalidi saçlari gözlərinin üstünə tökülmüş bu qiz sakitcə nəsə yazirdi. O, qizin əllərinə baxirdi və düşünürdü ki, heç vaxt, heç yerdə belə gözəl və zərif əllər görməyib. Elə həmin an qiz əlini ona uzadib salamlaşdi və özünü təqdim etdi. Oğlanin ondan eşitdiyi ilk kəlmə o söz olmuşdu. Dərsdən sonra evə bir yerdə getdilər. Qiz şəhərdən uzaqda yaşayirdi. Amma oğlan bu yolun daha da uzanmasini istəyirdi. Evə çatdiqdan sonra bir neçə saniyə qapinin ağzinda dayandilar. Qiz onu evinə dəvət etdi. Bu ev ilk andan oğlanin çox xoşuna gəlmişdi. Oğlan evin küncündəki kitab rəfinə yaxinlaşdi. Onlar kitablar barəsində danişmağa başladilar. Elə yaxin dayanmişdilar ki, nəfəsləri bir-birinə toxunurdu. Oğlan astaca onu qucağina aldi. Qiz buna etiraz etmədi. Artiq onlar bu evdə tez-tez görüşürdülər. Qizin valideynləri gündüzlər işdə olduğundan bu mənzil onlarin sevgi yuvasina çevrilmişdi. Qiz həqiqətən də başqalarindan fərqlənirdi. O heç vaxt qisqancliq etmir və evlilik haqda danişmirdi. Onun oğlandan istədiyi sadəcə, sevgi və nəvaziş idi. Onun alovlu dodaqlari qizin saçlarina toxunur, onu öpüşlərə qərq edirdi. Həmin an oğlan bütün qayğilarini unudurdu. Ona elə gəlirdi ki, bu ev bir adadir və heç kim onlara mane olmasa, ömürlərinin son anina kimi bu adada qucaq-qucağa yaşaya bilərlər. Hərdən düşünürdü ki, nə yemək, nə içmək nədə oxumaq lazim deyil. Sadəcə öz sevgilisinin yaninda uzanib, onun nəfəsini hiss edib ömrünü başa vurmaği arzulayirdi. Amma o başa düşürdü ki, real həyatda hər şey xəyaldaki kimi gözəl olmur. Soyuq qiş günlərini yaz əvəz etdi. Baharin gəlişi bu məhəbbəti daha da çilğinlaşdirdi. Artiq onlar bir an belə bir-birindən ayri qalmaq istəmirdilər. Nə olursa olsun bir-birindən ayrilmayacaqlarina söz verirdilər. Biz heç vaxt ayrilmayacağiq. Oğlan bu sözləri hər görüşdə təkrarlayirdi. Amma yay tətilində qisa müddət üçün ayrilmali oldular. Qiz valideynləri ilə birlikdə istirahətə dincəlməyə getdi. İsti yay günləri oğlan üçün çox uzun və darixdirici görünürdü. O dərslərin başlanacağini və öz sevgilisinə qovuşacaği günü səbirsizliklə gözləyirdi. Yeni dərs ili başladi amma onlar görüşə bilmədilər. Çünki oğlanin atasi işini dəyişmişdi. İndi onlar xaricdə yaşayacaqdi. Oğlan da təhsilini məhz o ölkədə davam etdirməli oldu. Qiza yazilan ayriliq məktubu çox qisa idi. “Bağişla mən getməliyəm” İllər ötmüşdü və indi o fikirləşirdi ki, həyatinin seçim aninda daha cəsarətli olsaydi xoşbəxt olardi. Amma sonraki peşmançiliq fayda verməz. Təhsilini bitirdikdən sonra o ailə dostunun qizi ilə evləndi. Həyat yoldaşi çox gözəl bədən quruluşu olan zərif bir qiz idi. Onlarin iki övladi doğuldu. Oğlanin həyat yoldaşi illər ötdükcə ev və uşaqlarin qayğilarindan bezərək deyingən qadina çevrilmişdi. Bu isə oğlanin ondan daha da uzaqlaşdirirdi. İndi hər şey ona adi görünürdü. Səhər işə gedir axşam isə evə gəlirdi. Bəzən dostlari ilə də görüşürdü. Yayda isə onlar ailəlikcə bağda dincəldilər. Bu dəfə istirahətdən qayitdiqdan sonra yeni iş həftəsi onun üçün bir az çətin başladi. Çalişdiği qəzetin redaktoru məhbus qadinlarin hazirladiği konsert proqrami haqqinda məqalə yazmaq üçün onu şəhərdən kənarda yerləşən qadin həbsxanasina göndərdi. Bu iş onun heç ürəyincə olmadiğindan bir neçə fakt götürüb tez həbsxanani tərk etmək istəyirdi. Bu an eşitdiyi səs onu saxladi. Dönüb arxaya baxdi. Səhnədə oxuyan məhbus qadin onun ilk məhəbbəti idi. Onlar əvvəlcə sadəcə salamlaşdilar. Kənara çəkildilər. Qizin ilk cümləsi bu oldu....ərimi biçaqla yaralamişdim o məni vəhşicəsinə döyürdü. Sonra məni həbs etdilər. Bilirsən.....oğlan barmaqlari ilə onun dodaqlarini yumdu. Sevgi dolu sözlər bir-birini əvəz etdi. Oğlan....bütün ömür boyu səni gözləməyə haziram. Qiz isə gülümsəyərək bu qədər gözləməyə ehtiyac yoxdur çünki bir il sonra azadliğa çixacam. Bu bir il oğlana yüz ilə bərabər görünürdü. Nəhayət məktublarin birində qiz gələcəyi günü və saati yeri yazdi.Oğlan da ora tələsirdi. Nəhayət məhbuslari və qizi gətirən məhbuslar maşini gəldi. Qiz sevgilisini görmürdü. Ətrafda insanlar çoxalmağa başladi qarişiqliq düşdü. Əlində nimdaş çemodan tutmuş qiz həyacanla oğlani axtarirdi. Hətta gözləridə dolmuşdu. Oğlan isə dayandiği yerdən tərpənmir ona əl edirdi. Amma qiz onu görmədi. Yenidən seçim ani....Xoşbəxt olmağa cəmi bir addim qalib amma mənim cəsarətim çatmir ki çatmir. Oğlan tələsik qarşida gördüyü ilk taksini saxlayib mindi. Qiz üçün aldiği gülləri isə yol kənarindaki zibilliyə atdi. Bu zibillikdəki mənzərə onu gözləyən həyata daha çox bənzəyirdi...!


FİKİRLƏRİNİZ.

Категория: Sevgi | Просмотров: 967 | Добавил: DaMLa | Рейтинг: 0.0/0
Всего комментариев: 6
0  
 
Anonim yazdıki >>
Mən yarısıni oxudum mirig .Və təşəkkürlər xəbərə görə. 1546
 
__________
İstifadəçiəçi Adı:merve
İP:212.38.118.204
Tarix: 28.07.2009 ,19:05.

0  
 
Black Life yazdıki >> thanksyou 
__________
İstifadəçiəçi Adı:Black-Life
İP:212.38.116.167
Tarix: 28.07.2009 ,15:40.

0  
 
Ceyhun yazdıki >>
thanksyou
 
__________
İstifadəçiəçi Adı:KaPiTaN_BlAcK
İP:91.135.251.169
Tarix: 28.07.2009 ,12:55.

0  
 
rihanna yazdıki >>
aglamaq istiyende bir sey yadima dusdu gulmek tutdu day aglamadim
sirtiq
 
__________
İstifadəçiəçi Adı:fionaaa
İP:212.38.118.51
Tarix: 28.07.2009 ,01:11.

0  
 
Eti yazdıki >> fionaaa, bəs niyə ağlamadın ? sirtiq
DaMLa, tşk... İndidə olmasa birazdan oxuyacam 1546
 
__________
İstifadəçiəçi Adı:Eti_282
İP:82.118.158.200
Tarix: 28.07.2009 ,00:35.

0  
 
rihanna yazdıki >> az qalsin aglayacaqdim good 
__________
İstifadəçiəçi Adı:fionaaa
İP:212.38.118.79
Tarix: 27.07.2009 ,20:59.

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Вход на сайт
İstifadəçi Adı:  
Şifrə:

Поиск

Календарь
«  İyul 2009  »
B.EÇ.AÇerC.AŞeBaz
  12345
6789101112
13141516171819
20212223242526
2728293031

Архив записей

Друзья сайта

Copyright MyCorp © 2024