Главная
Регистрация
Вход
Cümə
03.05.2024
11:54
Приветствую Вас Qonaq | RSS
WwW.282.CLaN.Su

Категории раздела
MP3 Avto dünya
Şekiller İSlam
Müxtelif Proqramlar
Oyunlar Letifeler
Şeirler Meqaleler
Kitablar Sevgi
Mobil dünya Texnologiya
Video Klip
Kino Prikol
HaCKeR RoCK
Show Biznes Xeberler
Deb İdman
Futbol 282 Həyatı
Rep

Наш опрос
Saytdan razı ...
[ Netice · Diger ]
Cavablar: 101

Мини-чат

Статистика

Saytda Olanlar 3
Qonaqlar 3
İstifadəçilər 0

  

11:00
Əhli-beyt kimlərə deyilir

"Əhli-beyt" sözü lüğətdə "ev əhli" mə`nası verməsinə baxmayaraq, istilahi mə`nada İslam Peyğəmbərinin ailəsi, övladları məfhumunu daşıyır və yalnız xüsusi şəxslərə aid edilir. Bu şəxslərin kim olması Peyğəmbərin özündən nəql olunan onlarca rəvayətdə açıq-aşkar bəyan edilmişdir. Bu rəvayətlərdə yalnız Əli (ə), Fatimə (ə.s), Həsən (ə), Hüseyn (ə) və imam Hüseynin nəslindən olan və Peyğəmbərin vəfatından sonra dünyaya gələn doqquz nəfər o Həzrətin Əhli-beyti kimi təqdim edilmişdir. O rəvayətlərdən bir neçəsini nümunə olaraq əziz oxucuların nəzərinə çatdırırıq...

1- Şeybənin qızı Səfiyyə Ayişədən nəql edir ki, bir gün Peyğəmbər əbasını çiyninə salıb evdən çıxdı. Bu zaman Əlinin oğlu Həsən o həzrətin yanına gəldi. Peyğəmbər onu əbasının altına çəkdi. Sonra Hüseyn, daha sonra Fatimə, ondan sonra da Əli gəldi. Peyğəmbər hamısını əbasının altına toplayıb bu ayəni tilavət etdi...

"Allah-taala istəyir ki, bütün günah və çirkinlikləri yalnız siz Əhli-beytdən uzaqlaşdırsın və sizi tamamilə pak-pakizə qərar versin." ("Əhzab" surəsi, 33)

"Səhihi-Müslüm", 4-cü cild, səh.1885, 2424-cü hədis;

"Təfsiri-Təbəri", 12-ci cild, səh.6, 22-ci hissə.

"Əl-Müstədrəku ələs-səhiheyn", 3-cü cild, səh.159, 4707-ci hədis;

"Əs-sünənul-kubra", 2-ci cild, səh.212, 2858-ci hədis.

2- Amir ibni Sə`d ibni Əbi Vəqqas öz atasından nəql edir ki, vəhy nazil olan zaman Peyğəmbər Əli, Fatimə və onun iki oğlunu (Həsən və Hüseyni) əbasının altına çəkib dedi... "Pərvərdigara, bunlar mənim Əhli-beytimdir."

"Səhihi-Müslüm", 4-cü cild, səh.1871, 32-ci hədis;

"Müsnədi ibni Hənbəl", 1-ci cild, səh.391 1608-ci hədis;

"Əs-sünənül-kubra", 7-ci cild, səh.101, 13392-ci hədis;

"Sünəni Termezi", 5-ci cild, səh.225, 2999-cu hədis;

"Əl-Müstədrəku ələs-səhiheyn", 3-cü cild, səh.163, 4719-cu hədis.

3- İsa ibni Əbdüllah ibni Malik ikinci xəlifə Ömər ibni Xəttabdan belə nəql edir... Peyğəmbərin belə buyurduğunu eşitdim... Ey camaat, mən yaxın zamanlarda sizin aranızdan gedəcəyəm. Qiyamətdə siz də gəlib mənə qovuşacaqsınız. (Burada Peyğəmbər onlara Qur`an və Əhli-beytin hüquqlarına riayət etmək barədə çoxlu tövsiyələr etdi). Ömər deyir... Mən -ey Allahın Rəsulu, sənin Əhli-beytin kimlərdir? -deyə soruşdum. Həzrət buyurdu... "Mənim Əhli-beytim Əli, Fatimə, onun iki övladı (Həsən və Hüseyn) və Hüseynin nəslindən olan doqquz nəfər əməlisaleh imamlardır. Onlar mənim itrətim, ətim və qanımdır."

"Kifayətül-əsər", səh.91, "Təfsiri-burhan", 1-ci cild, səh.9

4- İbni Abbas "Büruc" surəsinin birinci ayəsi barəsində deyir... Peyğəmbər (s.ə.v.v) buyurdu... "Mən asimanam, Əhli-beytimdən olan imamlar isə onun bürcləridir. Onlar on iki nəfərdir."

"Yənabiul-məvəddət", 3-cü cild, səh.253, 59-cu hədis.

Категория: İSlam | Просмотров: 895 | Добавил: DaMLa | Рейтинг: 0.0/0
Всего комментариев: 3
0  
 
Ceyhun yazdıki >>
Chox sag ol.ALLAH komek olsun !!!
 
__________
İstifadəçiəçi Adı:KaPiTaN_BlAcK
İP:91.135.251.231
Tarix: 10.08.2009 ,08:25.

0  
 
rihanna yazdıki >> cox sagolun 
__________
İstifadəçiəçi Adı:fionaaa
İP:82.118.157.56
Tarix: 09.08.2009 ,19:58.

0  
 
Anonim yazdıki >>
thanksyou Əllərinə sağlıq. thanksyou
 
__________
İstifadəçiəçi Adı:merve
İP:82.118.158.58
Tarix: 09.08.2009 ,19:05.

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Вход на сайт
İstifadəçi Adı:  
Şifrə:

Поиск

Календарь
«  Avqust 2009  »
B.EÇ.AÇerC.AŞeBaz
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31

Архив записей

Друзья сайта

Copyright MyCorp © 2024