Главная
Регистрация
Вход
Şəmbə
04.05.2024
20:55
Приветствую Вас Qonaq | RSS
WwW.282.CLaN.Su

Категории раздела
MP3 Avto dünya
Şekiller İSlam
Müxtelif Proqramlar
Oyunlar Letifeler
Şeirler Meqaleler
Kitablar Sevgi
Mobil dünya Texnologiya
Video Klip
Kino Prikol
HaCKeR RoCK
Show Biznes Xeberler
Deb İdman
Futbol 282 Həyatı
Rep

Наш опрос
Kitab oxuyursan ?
[ Netice · Diger ]
Cavablar: 116

Мини-чат

Статистика

Saytda Olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0

  

10:58
Yerli Müğənnilərin bağ evlərinin qiyməti .. Ən Bahalı Bağ Evi Kimdədir?!...

Yerli şou-biznes nümayəndələri əksər hallarda sənətlərindən də çox geyimlərini və evlərini reklam edir. Bəzən belə məlumatlar yayılır ki, müğənnilərin televiziyada təqdim etdiyi evlər onların özlərinə deyil, yaxın qohumlarına və ya dostlarına məxsusdur. APA mövsümü nəzərə alaraq şou-biznes əhlinin bağ evlərinin olub-olmaması, o evlərin şəraiti, ünvanı, qiyməti ilə bağlı sorğu aparıb. Məlum olub ki, qaz vurub qazan dolduran sənətçilərin çoxu müasir bağ evinə sahibdir.Xalq artisti İlhamə Quliyevanın iki bağ evi var. Bu evlərdən biri ona valideynlərindən qalıb: “İkinci bağım dövlət bağ evidir, əsasən orada qalıram, o, üçmərtəbəlidir. Valideynlərimdən qalan bağ evində isə çox az oluram. Həbib müəllim dünyasını dəyişdikdən sonra orada çox qala bilmirəm”.
İ.Quliyeva hər iki bağın bağbanının və daimi baxıcısının olduğunu vurğulayıb. Amma o, bağ evinin qiymətini açıqlamaqdan imtina edib. Xaricdə heç bir mülk sahibi olmadığını da açıqlayan xalq artisti hər hansı ölkəyə səfəri zamanı orada rahat yaşamağa imkanı olduğunu deyib.
Xalq artisti Nazpəri Dostəliyevanın dördmərtəbəli bağ evi Novxanıdadır. Burada daim 7 işçi olduğunu deyən sənətçi bağının sahəsini böyütmək üçün əhatəsində olan bütün evləri aldığını da deyib. Həyətində meyvə ağacları əkilib, iki hovuzu var. Sənətçi müasir bağ evinin olmasına baxmayaraq, yayı xaricdə keçirməyə üstünlük verir. Bu bağ evi Nazpəri xanıma 3,5 milyon dollara başa gəlib. Sənətçilər arasında ən bahalı bağ evi məhz ona məxsusdur.
Bahalı bağ evlərindən birinin sahibəsi də Nisə Qasımovadır. Xalq artistinin bağ evi Altıağacda yerləşir və üçmərtəbəlidir. Ev qəsr formasında tikilib. Müğənni geniş meşəliyi olan bağında müxtəlif heyvanlarla yanaşı at da saxlayır.
Xalq artisti Aygün Kazımovanın yenicə bəhrəsini gördüyü bağ evi üç ilə yaxındır tikilir. Evini Bilgəhdə tikdirən Aygün bu yay tikintini başa çatdıraraq orada dincəlməyə başlayıb. Ev bir mərtəbəlidir və müasir standartlara uyğun tikilib. Bağ evində ev işlərini özü görən müğənni burada daimi işçilərinin olduğunu da deyib.
Meyxanaçı Namiq Qaraçuxurluya eyni sualla müraciət etdikdə o da Bilgəhdə birmərtəbəli bağının olduğunu deyib. Məlum olub ki, Aygünlə Namiq ikisi bir bağ evinə sahibdir.
Əməkdar artist Ədalət Şükürov Sarayda üçmərtəbəli bağ evinin olduğunu deyib. Bağda ilin bütün fəsillərində bağban və mühafizəçi var.
Əməkdar artist Eyyub Yaqubov bütün yayı Şüvəlandakı bağ evində istirahət etməyə üstünlük verir. Birmərtəbəli bağ evi uzun illərdir ki, Eyyuba məxsusdur. O, evinin qiymətini açıqlamaqdan imtina edib.
Xalq artisti Faiq Ağayevin isə bağ evi yoxdur. Bunu özünəməxsus əsaslandıran sənətçi israfçılıqdan xoşlanmadığını deyib: “Bütün yayı şəhərdə qalıram. Bağ evim olsa da, heç nə dəyişməyəcək. İldə iki-üç gün istirahət edirəm. Belə olan halda israfçılığa yol vermək gərəksizdir”.
Nadir Qafarzadə bağ evinin qiymətini açıqlayan yeganə müğənni olub: “Maştağada bağ evim var, bir mərtəbəlidir, 20 sot həyətyanı sahəsi var. Torpağı 25 min dollara almışdım. Bağ evi 150 min dollara başa gəlib. Uşaqlarım bütün yayı orada olur, mən ancaq vaxt tapanda gedirəm. Bağda mühafizəçi var”.
Xumar Qədimovanın ikimərtəbəli bağ evi Buzovnadadır. Bağında böyük hovuz olduğunu söyləyən müğənni evinin baha olduğunu da vurğulayıb. O, nəzərdən qorxduğu üçün qiyməti açıqlamayıb: “Bağ evini özüm tikdirmişəm. Tam müasir standartlara uyğundur”.
Rəqsanəyə bu il doğum günündə bağ evi hədiyyə edilib. Qiyməti 500 min dollara yaxın olan bu çoxmərtəbəli ev Şüvəlandadır. Onu müğənniyə sevdiyi şəxs bağışlayıb.
Gürcü qızı Manananın Azərbaycandan kənarda, Kapulettidə bağ evi var. O, hər il yayda orada istirahət edir.
Nuranın Bilgəhdə bağ evi var. Bu ev onun valideynlərinə məxsusdur. Müğənni bağda dincəlməkdən də çox Moskvada istirahətə üstünlük verir. Bu il də o, Moskva və Bodrumda istirahət edir.
Müğənni Nurlan Növrəsli ailəsinin Türkanda bağ evinin olduğunu söyləyib: “Şəxsi olmasa da, ailəmizə məxsusdur. Sahəsi 6 sotdur və iki mərtəbədir”.
Bağ evinə sahib olmayan şou-biznes əhli arasında Elariz Məmmədoğlu da var. O, bağ evinin olmadığını, ancaq gələcək üçün bunu planlaşdırdığını deyib.

Mənbə : APA

Категория: Show Biznes | Просмотров: 1202 | Добавил: DaMLa | Рейтинг: 0.0/0
Всего комментариев: 3
0  
 
fatinka yazdıki >> fionaa demisken saliqlarina qismet thanksyou 
__________
İstifadəçiəçi Adı:fatinka
İP:62.217.139.171
Tarix: 16.08.2009 ,19:19.

0  
 
Anonim yazdıki >>
Mənə maraqlı deyil.TŞK=lər. mirig
 
__________
İstifadəçiəçi Adı:merve
İP:82.118.156.252
Tarix: 16.08.2009 ,18:26.

0  
 
rihanna yazdıki >> Sagliqlarina qismet 
__________
İstifadəçiəçi Adı:fionaaa
İP:212.38.118.17
Tarix: 16.08.2009 ,12:29.

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Вход на сайт
İstifadəçi Adı:  
Şifrə:

Поиск

Календарь
«  Avqust 2009  »
B.EÇ.AÇerC.AŞeBaz
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31

Архив записей

Друзья сайта

Copyright MyCorp © 2024