Главная
Регистрация
Вход
Bazar Ertəsi
06.05.2024
16:05
Приветствую Вас Qonaq | RSS
WwW.282.CLaN.Su

Категории раздела
MP3 Avto dünya
Şekiller İSlam
Müxtelif Proqramlar
Oyunlar Letifeler
Şeirler Meqaleler
Kitablar Sevgi
Mobil dünya Texnologiya
Video Klip
Kino Prikol
HaCKeR RoCK
Show Biznes Xeberler
Deb İdman
Futbol 282 Həyatı
Rep

Наш опрос
100000 $ -ın olsa nə edərsən ?
[ Netice · Diger ]
Cavablar: 136

Мини-чат

Статистика

Saytda Olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0

  

01:37
Orucluq haqda ən lazımlı bilgilər
 
 
Orucluq haqda ən gərəkli bilgilər
Hörmətli oxucular, bu bilgilər Azərbaycan miqyasında bir adamın oruc tutması üçün yetərlidir.
Hər şeyi qurdalayıb ifrat dərinə getmək fayda verməz. Yetər ki, siz ürəyinizi, niyyətinizi bu ibadətə yönəldəsiniz. İnanın ki, oruc tutmaq düşündüyünüz qədər də çətin deyil. Ola bilsin ki, ilk günlər bir az narahat olacaqsınız, amma orucluq ritminə alışdıqdan sonra siz bu ibadətdən böyük zövq alacaqsınız.

.. Oruc tutan yeməz, içməz, boğazından bir şey keçirməz.
.. Oruc sübh namazının girmə anından başlayır. (Hər il Ramazan gələndə xüsusi cədvəllər hazırlanır. O cədvəllərdə orucun başlama (imsaq) və qurtarma (iftar) vaxtı aydın göstərilir.)
.. Oruc tutan siqaret çəkməz, saqqız çeynəməz.
.. Cinsi əlaqə orucu pozar.
.. Hamilə və əmzikli qadınlar sonradan qəza etmək şərti ilə Ramazanda oruc tutmaya bilərlər.
.. Aybaşısı olan və əli çağalı qadınlar sonradan qəza etmək şərti ilə Ramazanda oruc tutmaya bilərlər.
.. Ağızdakı tüpürcəyi udmaq orucu pozmaz.
.. Unudaraq nəsə yemək və ya içmək orucu pozmaz. Oruc olduğunuzu xatırladığınız andaca yeməyi və ya içməyi dayandırın, ağzınızdakı loxmanı udmadan geri qaytarın və orucunuza davam edin.
.. Oruc tutan ağzını yaxalaya bilər, duş qəbul edə bilər, amma ağzını yuyanda hər hansı pastadan istifadə eləmək məsləhət görülmür. Çünki bütün pastalar istər-istəməz ağıza uzunmüddətli dad buraxır. Ağzınızı yaxalayanda yaxşı olar ki, yüngülcə qarqara edəsiniz və əlinizlə dişinizi sürtəsiniz. İftardan sonra dişlərinizi istədiyiniz qədər fırça ilə sürtə bilərsiniz.
.. İftarı çörəklə də açmaq olar, su ilə də, meyvə ilə də. Amma Peyğəmbərimizdən gələn adətə görə xurma, zeytun, bunlardan heç biri olmadıqda isə su ilə açmaq daha faydalıdır.
.. Sahura (el arasında bu vaxta obaşdan deyirlər) qalxmaqda fayda var.
Peyğəmbərimiz buyurub ki, bir qurtum su üçün də olsa sahura qalxın. Sahura qalxmasanız da oruc tuta bilərsiniz, amma bir az yorğun olarsınız.
.. Oruc zamanı kosmetika və ya ətriyyatdan istifadə etmək olar. Amma gərək hər şey müəyyən ölçüdə olsun. Dodağa həddən artıq pamada sürtüb sonra da onu udmaq təbii ki, orucu pozar.
.. Burun seliyini çəkib udmaq orucu pozmaz.
.. Dişlərin arasında qalmış kiçik qırıntılar udularsa, orucu pozmaz. Amma bir şeyi ağızdan çıxarıb təkrar ağıza qoyaraq udmaq orucu pozar.
.. İynə vurdurmaq, qulağa, buruna dərman tökmək orucu pozar, iftardan sonra iynə vurdurmaq olar.
.. Gözə tökülən dərman orucu pozmaz.
.. Uşaqları öpmək orucu pozmaz. Amma bu heç də o demək deyil ki, uşağın ağzının-burnunun suyunu yalayıb udasan, bu halda oruc pozular.

Allah ibadətlərinizi qəbul eləsin!
 
Категория: İSlam | Просмотров: 1027 | Добавил: Black-Life | Рейтинг: 0.0/0
Всего комментариев: 6
0  
 
ilkin yazdıki >> TWK XEBERE GORE 
__________
İstifadəçiəçi Adı:sevirem_sevecem
İP:85.132.5.254
Tarix: 20.06.2011 ,11:52.

0  
 
Leyla yazdıki >> [color=green]Allah oruc tutanlarin orucunu ,,namazini ve her kesin niyyetlerini qebul etsin....Amin!!!(amin demiyenin dilleri qurusun)))))[/color] 
__________
İstifadəçiəçi Adı:DaMLa
İP:94.20.23.3
Tarix: 03.09.2009 ,11:31.

0  
 
Ilqar yazdıki >> Allah Butun oruc tutanlarin orucunu qebul etsin.Amin!!!
thanksyou
 
__________
İstifadəçiəçi Adı:Prince_Of_Love
İP:94.20.42.24
Tarix: 02.09.2009 ,18:52.

0  
 
__________
İstifadəçiəçi Adı:PRinceSS_Of_LOvE
İP:212.38.118.114
Tarix: 30.08.2009 ,13:31.

0  
 
Anonim yazdıki >> Təşəkkürlər. good  
__________
İstifadəçiəçi Adı:merve
İP:82.118.138.76
Tarix: 29.08.2009 ,18:25.

0  
 
fatinka yazdıki >> Black -life , bu coox gozel xeberdir cox saq ol sene cox cox tesekkur edirem ele menede bu lazim idi.
Allah Butun oruc tutanlarin orucunu qebul etsin.Amin!!!
 
__________
İstifadəçiəçi Adı:fatinka
İP:85.132.105.119
Tarix: 29.08.2009 ,14:23.

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Вход на сайт
İstifadəçi Adı:  
Şifrə:

Поиск

Календарь
«  Avqust 2009  »
B.EÇ.AÇerC.AŞeBaz
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31

Архив записей

Друзья сайта

Copyright MyCorp © 2024