Главная
Регистрация
Вход
Cümə Axşamı
09.05.2024
04:19
Приветствую Вас Qonaq | RSS
WwW.282.CLaN.Su

Категории раздела
MP3 Avto dünya
Şekiller İSlam
Müxtelif Proqramlar
Oyunlar Letifeler
Şeirler Meqaleler
Kitablar Sevgi
Mobil dünya Texnologiya
Video Klip
Kino Prikol
HaCKeR RoCK
Show Biznes Xeberler
Deb İdman
Futbol 282 Həyatı
Rep

Наш опрос
Virtualda sevgiyə necə baxırsız ?
[ Netice · Diger ]
Cavablar: 105

Мини-чат

Статистика

Saytda Olanlar 2
Qonaqlar 2
İstifadəçilər 0

  

10:33
2010 - Pələng bizlərə nələr vəd edir..
 
SARI PƏLƏNG İLİ - 2010

İlin müddəti
14.02.2010 - 02.02.2011

İlin planeti
Günəş

İlin uğurlu ayları
aprel, avqust

İlin uğursuz ayları
fevral, oktyabr

İlin düşərli günü
çərşənbə axşamı, bazar

İlin ağır günü
cümə axşamı

İlin düşərli təqvimləri
1, 4, 5, 7, 9, 11, 22, 30

İlin numeroloji rəqəmi
3

İlin uğurlu saatları
04:00 - 06:00
12:00 - 14:00
20:00 - 22:00


Ilin uğursuz saatları
08:00 - 10:00
16:00 - 18:00


İlin aparıcı bürcləri
Şir, Qoç

İlin aparıcı işarələri
Pələng, At, İt

İlin rəngi
qırmızı, narıncı, qızılı

İlin daş-qaşı
brilyant, rubin, ametist, zümrüd

İlin metalı
qızıl, polad

İlin çiçəyi
xrizantema, yasəmən

İlin talismanı
çəkic, qartal


İlin aktiv ölkələri
İtaliya, Çexiya, Slovakiya, İngiltərə, Fransa,
Danimarka, Kiçik Asiya, Fransız Afrikası



İlin astronomik tutulmaları

1. Qövsvari Günəş tutulması
15 yanvar, Bakı vaxtilə saat 08:10

2. Adi Ay tutulması
30 yanvar, Bakı vaxtilə saat 06:59

3. Qövsvari Ay tutulması
26 iyun, Bakı vaxtilə saat 12: 40

4. Tam Günəş tutlması
11 iyul, Bakı vaxtilə saat 20:34

5. Qövsvari Ay tutulması
5 dekabr, Bakı vaxtilə 18:56

6. Adi Ay tutulması
21 dekabr, Bakı vaxtilə saat 09:17





Pələng illərində nələr olub?

* Konstantinopol şəhərinin əsası qoyulub (330)

* Ruslarla almanlar arasında məşhur "Buz döyüşü" baş verib (1242)

* Əmir Teymur Hindistanı fəth edib (yanvar, 1399)

* Saqqız adası fəth edilib (1556)

* Bağdad ikinci dəfə - Səfəvilər tərəfindən fəth edilib (1638)

* Nadir şah Fəthabadda qətlə yetirilib (1686)

* Rus ordusu Bakını işğal edib və Bakı xanlığı ləğv edilib (1806)

* Fransa Əlcəzairi işğal edib (1830)

* Türkiyə-Rusiya müharibəsində atəşkəs elan olunub: Osmanlı ordusu müharibədə məğlubiyyətini etiraf edərək Bolqarıstandan, Balkanların xeyli hissəsindən geri çəkilib (1878)

* Şamaxıda güclü zəlzələ olub, rus-yapon müharibəsi başlayıb (1902)

* "Bəşirət" qəzetinin ilk sayı çapdan çıxıb, Almaniya Fransaya müharibə elan edib, Panama kanalı işə düşüb, şahzadə Frans Ferdinandın qətlə yetirilməsi ilə I Dünya müharibəsi başlayıb (1914), Sarıqamış ərazisində 109 min türk əsgəri soyuqdan ölüb (yanvar, 1915)

* Dünyada ilk elektrik qatarı Bakı-Sabunçu xətti ilə reysə çıxıb, Azərbaycanda "Dinamo" İdman Cəmiyyəti yaradılıb, Azərbaycan Milli Radiosu fəaliyyətə başlayıb (1926)

* Sambo idman növü yaradılıb (1938)

* Bolqarıstanda yaşayan 250 min türk ölkədən çıxarılıb (1950)

* Əli Bayramlı DRES işə düşüb, Uqanda istiqlaliyyət qazanıb, Əlcəzair müstəqillik elan edib, "Tərksilah barədə beynəlxalq bəyanət" imzalanıb, Rusiyanın Novoçerkassk şəhərində (Rostov vilayəti) "Ət-süd istəyirik!" tələbi ilə keçirilən aksiya sovet qoşunları tərəfindən amansızca yatızdırılıb (1962)

* "Mars-6" stansiyası ilk dəfə Marsın səthinə enib, türk ordusu Kıbrısa girib (1974)

* Ukraynanın Çernobıl şəhərində Hirosima və Naqasakidəki atom partlayışlarından qat-qat güclü olan və 7 milyon insanın ölümünə səbəb olan atom partlayışı baş verib, Avropa birliyi yaradılıb, Beynəlxalq Komisiya balina ovuna qadağa qoyub (1986)

* ABŞ və İngiltərə İraqı bombalayıb, Adanada 145 nəfərin ölümü ilə nəticələnən zəlzələ baş verib. Heydər Əliyev ikinci dəfə prezident seçilib, sentyabrın 12-də Bakıda narazı xalq kütləsi ilə polis arasında qanlı qarşıdurma baş verib, Azərbaycan tarixində ilk dəfə küçə yürüşü keçirilib (1998), Azərbaycan Xalq Biliciləri və Ekstrasensləri İttifaqının prezidenti, dünya şöhrətli parapsixoloq Etibar Elkin ailəsi ilə birlikdə qətlə yetirilib (yanvar, 1999)



Pələng zodiak illərinə nələr vəd edir..?

Siçan (Siçovul)

Daima başqalarına görə narahatçılıq keçirən Siçanlar Pələngin gəlişinə hazır olacaqlar. Astrologiyaya (ümumiyyətlə, mistik elmlərə) böyük maraq göstərən bu şəxslər yeni ilin elə ilk çağlarından hər addımı ölçülü-biçili atmağa çalışacaqlar. İstəməyəcəklər ki, ötən dövrlərdə buraxdıqları səhvləri təkrarlasınlar.

Fevraldan iyuna qədər böyük əziyyətlər bahasına maddi durumlarını tənzimləyən Siçanlar nəhayət ki, rahat nəfəs alacaqlar. Onlar həmin müddətdə dərin həyat təcrübəsi qazanacaq, yeni və sədaqətli dostlar tapacaqlar. Ola bilsin ki, yüksək dairələrdə çalışan insanlarla da işbirliyi yaratsınlar. Amma gərək siyasi oyunlara getməsinlər. Əks təqdirdə çətinliklə əldə olunmuş nüfuzlarına ciddi xələl gələ bilər.

İlin birinci yarısında ailə-qohumluq münasibətlərində müəyyən gərginliklə üzləşən Siçanlar iyunun əvvəllərindən etibarən bu istiqamətdə bütün problemlərin həllinə başlamalıdırlar. Bunun üçün mövcud situasiyalar da onların xeyrinə cərəyan edəcək.

Astroloji göstəricilər bu şəxslərə il ərzində ötkəm olmağı, məhəbbət əyləncələrindən və xəyanətdən uzaq olmağı məsləhət görür.

Öküz

Çox məsuliyyətli ildir. Pələngin himayəsi altında yaşamaq böyük risk tələb edəcək. Ən azı ona görə ki, Öküz də Pələng kimi ciddi və siyasətçidir, hətta hiyləgərlikdə onu geridə qoyur. Deməli, bu il haqqında danışdığımız insanlar daha çox ehtiyatlılıq nümayiş etdirməlidirlər.

İlin ilk üç ayında sürətlə bir-birini əvəz edən dəyişkən situasiyalar Öküzləri çaşqın vəziyyətə sala bilər. Hətta müəyyən məqamlarda tənhalığa mübtəla olma ehtimalları da var. Amma bu, uzun sürməyəcək. Yurdumuza təşrif buyuran bahar bu adamlara da təravət bəxş edəcək və artıq may-iyun aylarında onların mənəvi tənəzzülü iflasa uğrayacaq. Başqaları tərəfindən başa düşülməsi, yeni iş təklifləri, maddi durumun yaxşılaşması Öküzlərin ovqatını xoş edəcək.

Payızın gəlişi onların şəxsi həyatında müəyyən yeniliklərlə yadda qalacaq. Amma bunun hansı istiqamətdə cərəyan edəcəyi bilavasitə özlərindən asılı olacaq. Ola bilsin ki, həmin ərəfədə Pələngin aktivliyi onları hansısa oyuna da qoşsun. İşdir, əgər belə bir şey olsa, lazımdır ki, oyun qaydalarına ciddi şəkildə riayət edilsin.

Bu il Öküzləri fəaliyyət və karyera sevgidən daha çox maraqlandıracaq. Amma qızıl payızda evliliyə namizədlər toyları təxirə salmamalıdırlar. 2010-cu ildə kifayət qədər mülayimləşən bu insanlar növbəti ilə tamam başqalaşmış şəkildə keçəcəklər.

Pələng

Məqam yetişəndə nə baş verir? Əlbəttə ki, bütün planlar işə düşür, donmuş fikirlər canlanır, daxili güc artır və bircə məqsəd olur: yalnız irəli! Pələng də öz ilinin gəlişinə bax, beləcə hazırlaşıb. Deməli, hər şey yaxşıya doğru hesablanıb. Əgər barəsində danışdığımız adamlar qışın şaxtalı günlərini sağ-salamat başa vura bilsələr (söhbət səhhətlə bağlı problemlərdən gedir), ilin qalan vaxtlarını qənaətbəxş tərzdə keçirəcəklər. Vacib olan bir şeyi yadda saxlamaq lazımdır ki, prinsipiallıq heç də həmişə üz ağartmır.

Astroloji mənbələr göstərir ki, ötməkdə olan Öküz ili Pələnglər üçün o qədər də uğurlu keçməyib: lazımı məqamda dəstək ala bilməyiblər, fəaliyyədə və biznesdə uğurları aşağı səviyyədə olub, karyeradansa danışmağa dəyməz. Öz illərində isə bütün bu kimi problemlər tədricən də olsa, qaydasına düşəcək.

Pələnglərin ən böyük uğuru sadiq tərəfdaşlar əldə etmələri olacaq. Onların köməyi və mənəvi dəstəyi hesabına ən ciddi maneələri dəf edən bu adamlar sentyabra az qala problemsiz çıxacaqlar. Buna baxmayaraq, başqalarının istismarı sayəsində şəxsi mənfəətə yiyələnmək hissi onları uçuruma yuvarlaya bilər. Nəzərdən qaçırmaq olmaz ki, indi alıb-aldatmaq dünyası deyil.

Yay və payız Pələnglər üçün həddən ziyadə romantik keçəcək. İkili gəzintilər, məhəbbət görüşləri, uzaq səfərlər, hətta yeni mənzil də mümkündür. Ailə qurmaq məsələsinə gəlincə, gərək onlar var gücləri ilə buna cəhd etsinlər. Bu il belə şeyləri təxirə salmaq olmaz.

Pişik (Dovşan)

Bu qrupa şamil olunanlar yeni mərhələyə hazır olacaqlar. Olduqca çətin mübarizədən qalib çıxmaq üçün nə lazımdırsa, tale onlara vercək. Hətta xarakterlik xüsusiyyətlərindən olan lovğalıq da ciddi təmkinlə əvəzlənəcək. Bu halda isə yalnız bircə şey lazım olacaq: hərəkət etmək.

Yeni ildə Pişiklərin qarşısında geniş imkanlar açılacaq. Hətta bəzən elə hallar olacaq ki, başlarını qaşımağa vaxtları olmayacaq. Əgər ilin ilk yarısında oyun qaydalarını pozmasalar, hər bir işi ölçülü-biçili şəkildə görsələr, onların karyerasında böyük yüksəlişlər əmələ gələcək. Pişiklərin öhdəsinə düşən ən böyük vəzifə münasibətlərə aydınlıq gətirmələri ilə bağlı olacaq.

Belə ki, bu adamlar ifrat xəyanət və aldadılmalarının nəticəsində illərlə ünsiyyət qurduğu yaxın dost və tanışlarından ayrılmalı olacaqlar. Bu amil ürəyə xal salsa da, hər halda ümumi işin xeyrinə olacaq. Ürək demişkən, bu il onlar ürəklərini və əsəb sistemlərini də qorumalıdırlar. Ümumiyyətlə, hisslərlə bağlı tədbirli olmaq gərəkdir.

Yay aylarını çoxsaylı səfərlərlə başa vuran Pişiklər potensial enerjiyə yiyələnəcək və növbəti dövr üçün kifayət qədər iş görəcəklər. Ola bilsin ki, vəzifə pilləsində də yüksəlsinlər. Ailə qurmaq üçünsə tələsməyə dəyməz, təbii ki, burada söhbət 1987-ci ildə doğulanlardan gedir.

Əjdaha

Bu inadkar insanların Pələngdən o qədər də xoşları gəlmir. Bunu dəfələrlə sınaqdan keçirdikləri üçün yeni ilin elə ilk aylarından ehtiyatlılıq nümayiş etdirəcəklər. Hər addımda, hər situasiyada ifrat ayıq-sayıqlıq göstərəcəklər. Bu isə əksər Əjdahalarda mistik inanclar yaradacaq - hər yerdə gözəgörünməzlərin nişanələrini his edəcəklər.

Barəsində danışdığımız adamlar üçün ən ağır dövr may-iyul aralığına düşəcək. Fəaliyyətdə uğursuzluq, karyerada eniş, maliyyə durumunun tənəzzülü, dost xəyanəti, aldadılmalar onları məyus edəcək. Yaxşı olar ki, göstərdiyimiz zaman kəsiyində riskli sövdələşmələrə, tanış olmayan işlərə gedilməsin, etibarı sınaqdan keçməyən adamlarla durub-oturmasınlar. Yalnız bu halda gözlənilən xoşagəlməzlikləri dəf etmək mümkün ola bilər. Əslində proqnozlarımızı verməkdə də əsas məqsədimiz başvermə ehtimalı olan bir çox təhlükələr barədə insanları xəbərdar etməkdir. Bununla onun qarşısını almaq və ya təsirini azaltmaq mümkündür.

Sevilməyi, hörmət qazanmağı və unudulmamağı bacaran Əjdahalar 2010-cu ildə inamla yaşamalı, ümidini itirməməli və həmişə olduğu kimi öz əzmkarlığını, mübarizəsini davam etdirməlidir. Nə qədər ki onlar vəzifə və pul dalınca qaçacaqlar, ətraflarında yalnız səs-küy, münaqişə və ədavət göstərəcəklər. Ələlxüsus da qızıl payızda bunun ağır fəsadları özünü daha çox göstərə bilər. Bəri başdan tədbirli olmaq gərəkdir.

Sevgidə heç bir problemlə rastlaşmayan Əjdahalar dini qadağa dövlərindən başqa (Məhərrəmlik, Ramazan və s.) istənilən vaxt evlənə bilərlər.

İlan

Hədəfə çatmaq üçün bundan gözəl dövran ola bilməz, çünki Pələng bütün keçidlərdə yaşıl işıq yandıracaq. Bu isə istənilən maneəni aşmaqda İlanlara yardımçı olacaq.

Xırda narahatçılıqları nəzərə almasaq, 2010 bu adamlar üçün kifayət qədər uğurla müşayiət olunacaq. Fevralın sonlarından start götürən uğurlar silsiləsi onları böyük nüfuz sahibinə, hörmətli şəxsiyyətə çevirəcək. Əlbəttə ki, bütün bunlar aktiv və məqsədinə doğru əzmkar olan insanlarda baş verəcək. Başlıca amil odur ki, İlanların inamı itməsin. Əgər onları ruhdan salan, haqqını tapdalayan, hüququnu pozan olmasa, dağı dağ üstünə qoyacaqlar.

Bu il haqqında danışdığımız adamlar üçün pul qazanmaq, varlanmaq elədə problem olmayacaq. Əksinə, ürəklərinin böyüklüyündən irəli gələrək çox hallarda mənəvi qidanı var-dövlətdən üstün tutacaqlar. Buna görə onları "axmaq" adlandıranlar görəsən, ağıllılarmı olacaqlar - inanmaq çətindir.

Səhhətlə bağlı isə bir qədər problemlə üzləşmə ehtimalları var. Belə ki, daxili orqanlar, oynaqlar və başla əlaqədar çətinliklər mümkündür. Qarşılıqlı münasibətlərə gəlincə, İlanların bostanına daş atan olmasa, onların kiminləsə savaşa girməsi gözlənilmir. Yeri gəlmişkən, 2010-cu ildə ən çox ərə gedən qızlar bu sıraya aid olacaqlar.

At

Bu ildə doğulan adamlar üçün 2010 o qədər də sakit keçməyəcək. Lakin bunun mənfi və ya müsbət mənada cərəyan edəcəyi Atların özündən asılı olacaq. Deməli, hər şeydən öncə mövcud situasiyaları reallığa uyğun dəyərləndirmək tələb olunur.

Astroloji göstəricilərə inansaq, bu adamlar üçün ilin ilk yarısı nisbətən passiv keçəcək. Nəzərdə tutulan ideyaların heç də hamısı öz həllini tapmayacaq. Ailə-sevgi məsələlərində də lazımı məqamlara yetişmək mümkün olmayacaq. Təxminən iyul ayından sonra isə Atların taleyində müsbət dönüş baş qaldıracaq. İstər maliyyə məsələlərində, istərsə də iş və karyerada böyük uğurlar start götürəcək. Hətta qızıl payızın ortalarında subaylar toy mərasiminə hazırlaşa bilərlər.

Dost sayılan Pələng bu insanların qarşısında ciddi öhdəliklər qoyacaq, bu adamlar üçün ilin ilk yarısı nisbətən passiv keçəcək. Nəzərdə tutulan ideyaların heç də hamısı öz həllini tapmayacaq. Ailə-sevgi məsələlərində də lazımı məqamlara yetişmək mümkün olmayacaq. Təxminən iyul ayından sonra isə Atların taleyində müsbət dönüş baş qaldıracaq. İstər maliyyə məsələlərində, istərsə də iş və karyerada böyük uğurlar start götürəcək. Hətta qızıl payızın ortalarında subaylar toy mərasimlərinə hazırlaşa bilərlər.

Dost sayılan Pələng bu insanların qarşısında ciddi öhdəliklər qoyacaq. Əgər bunun öhdəsindən gəlsələr, hər şey onlar üçün qənaətbəxş olacaq. İlin sonuna doğru bütün narahatçılıqları hamarlaşan atlar Pələngdən razı qalacaqlar. Bu amil ilk növbədə qarşılıqlı münasibətlərdə, karyerada və səhhətdə özünü göstərəcək.

Astroloji göstəricilər barəsində danışdığımız insanların taleyində tarixi hadisələrin baş verəcəyini də istisna etmir. Ola bilsin ki, bu adamlar yeni mənzil alsınlar və ya valideyn olsunlar. Hər halda nə baş versə, qoy yaxşısından olsun (Amin!).

Keçi (Qoyun)

Təmkinlilikləri və reallığa uyğun taktikaları ilə seçilən Keçilər üçün 2010 rahat keçməsə belə, ciddi xoşagəlməzlik də olmayacaq. Onlar üçün ilin başlıca vəzifəsi təkbaşına hansısa məsələyə müdaxilə etməməkdir. Əks təqdirdə nəzərdə tutulan ideyaları reallaşdıra bilməyəcəklər. Yaz aylarında tərəfdaşların sayını artırmaq lazım gələcək ki, bu da sonda qalib olmağa rəvac verəcək.

Göstəricilərə inansaq, yeni ildə bu adamlar ətraflarında olanların böyük əksəriyyətindən daha zəngin olacaqlar. Bütün proseslər onların xeyrinə işləyəcək ki, bu da şəxsi büdcənin ötən üç ilin cəmindən daha yaxşı olmasına zəmin yaradacaq.

Göstərilən illərdə anadan olanlar Pələngin himayəsində çoxsaylı və yeni planları sürətlə icra etməli olacaqlar. Uğurların daha artıq və daha sürətli olması üçün Keçilər dini meyarlara dərindən həvəs göstərməli, Tanrının qüdrətini dərk etməlidirlər.

Yaz və yay aylarında bir çox dostlarından xəyanət görən bu şəxslər müvəqqəti də olsa, ruhdan düşə bilərlər. Lakin həyat davam etdiyi üçün özlərində güc toplamalı, situasiyalara nikbin nəzərlərlə baxmalıdırlar. İnsanlardan qorxmağa isə heç bir lüzum yoxdur. Qeyd etdiyimiz zaman kəsiyində maraqlı səyahətlərə, uzaq səfərlərə çıxmaq Keçilərə daxili rahatlıq gətirə bilər. Həmin ərəfədə ambulator-müayinə də götürmək olar.

Qızıl payıza yüksək enerji və ruh yüksəkliyi ilə atılan bu şəxslərin fəaliyyətində müsbət sıçrayışlar baş qaldıracaq. Ola bilər ki, onlar əcnəbilərlə də işbirliyi yaratsınlar. Dost xəyanətinin üzüntüsündən məyus olan keçilər yeganə təsəllini ailə-sevgi münasibətlərində tapacaqlar. Əgər onların arasında ailə qurmaq istəyənlər olsa, gərək payızın əvvəllərini - Ramazanın bitməsini gözləsinlər.

Meymun

Bu qrupa aid insanlar Novruzaqədərki dövrü müəyyən çətinliklərlə başa vuracaqlar. Bu isə fəaliyyət zəminində işbirliyini lazımi səviyyədə qura bilməmələrindən irəli gələcək. Belə olan təqdirdə də ilk zərbə şəxsi büdcəyə dəyir. Deməli, aktiv Meymunlar göstərilən müddəti kasıbçılıq içərisində keçirəcəklər. Lakin onların tamamilə pulsuz qalacağını güman etmək də sadəlövhlük olardı. Çünki əməksevərlikləri bu adamların müflis olmalarının qarşısını alacaq.

Yaz aylarından başlayaraq onların həyatında müsbət dönüş yaranacaq. İlk öncə cəmiyyətdə nüfuz qazanmaq istiqamətində bütün mümkün şanslardan yararlanmaq lazımdır ki, bu uğur uzunmüddətli olsun. Təxminən oktyabra qədər davam edəcək bu zaman kəsiyində Meymunlar yeni dostlar qazanacaq, karyerada qürurlu mövqe əldə edəcəklər. Hətta ötən dörd illə müqayisədə bu dövrdə daha böyük gəlir əldə edə biləcəklər.

Ailə qurmaq üçün uğursuz ul olsa da, sevgi tanışlığı, məhəbbət görüşləri, elçilik və nişan üçün uğurlu vaxtdır.

Astroloji göstəricilər Meymunların qətiyyətli olmasını, təxribatlardan uzaq durmasını, eləcə də öz məsuliyyətini dərk etməsini vacib sayır.

Xoruz

Hər zaman qayğıya ehtiyac duyan bu adamlar elə ilin ilk aylarından aktiv fəaliyyətə başlayacaqlar. Bununla Pələngin uğurlarını tezləşdirməyə çalışacaqlar. Lakin çox keçməyəcək ki, zaman qabaqlamağın acısını duyacaqlar. Əslindəsə Xoruzlar təxminən iyun ayına qədər yalnız hazırlıq mərhələsində ləngiləməlidirlər: öz ətraflarını saf-çürük etməli, yalançı və xəyanətkar dostlardan uzaqlaşmalı, doğmalarla münasibətləri normallaşdırmalı və ideyalarını reallıqla uzlaşan variantlarını dəqiqləşdirməlidirlər. Bütün bunlar ilin sonrakı dövrü üçün Xoruzlara imkan yaradacaq ki, bütün zirvələri fəth etsinlər.

Göstəricilər yayın ortalarında və payızın sonlarında səhhətlə bağlı məyyən problemlərin ortaya çıxacağını ehtimal edir. Həmin ərəfələrdə yüngülvari də olsa, müalicə götürmək, normal istirahət etmək hər mənada xeyirlidir. Təbiət qoynunda gəzməyi xoşlayan Xoruzlara yüksəkliyə çıxmaq məsləhət görülmür. ("Dağ hara, xoruz hara?")

Əgər səlahiyyətləri çatırsa, bu il onları yüksək kürsülər gözləyir. Amma yuxarıda dediyimiz kimi, gərək bu şəxslər bütün cəhdlərə yalnız iyun ayından başlasınlar. Pələng Xoruzların sevgi yolunu nahamar etməyə çalışacaq.

İt

Bu qrupa aid insanlar uzaq gələcəkdə belə 2010-cu ili unudulmaz bir dövr kimi xatırlayacaqlar. Çünki əzmkar Pələng onların həyatını mənalı və zəngin etməyə çalışacaq. Bu səbəbdən də İtlər boş durmamalı, bütün varlıqları ilə çalışmalı, bir sözlə, "ağızlarından od püskürməlidirlər". İlk növbədə addımbaşı mövcud olan konfilktlər yatırılmalıdır ki, gələcək perspektivlərə bəri başdan maneə olmasın. Əksinə, xeyirxah maraqlar xatirinə bütün dostlar bir araya gəlməlidir. 1982-ci ilə aid itləri daha ağır sınaqlar gözləyir. Belə məqamlarda hətta ən xırda bir səhv belə hər şeyi alt-üst edə bilər.

Barəsində danışdığımız insanlar yazın əvvəlində və payız aylarında səhhətlə bağlı müəyyən problemlərlə rastlaşa bilərlər. Bu səbəbdən də ciddi baxışlı Pələngin "gözündən yayınıb" müalicəyə vaxt ayırmağa dəyər. İtlər ilin birinci yarısını qismən sakit keçirsələr də, təxminən iyulun sonlarından başlayaraq bir çox sahələrdə (xüsusən də pulla bağlı) problemlərlə baş-başa qala bilərlər. Bu isə daha çox onların yolagəlməzliyindən, gərəksiz inadkarlığından və məsuliyyətsizliyindən irəli gələcək.

Pələng, İtlərdən dedi-qoduya fikir verməməyi, vicdan səsi ilə addım atmağı tələb edəcək. Fəaliyyət sahəsində ardıcıl uğurlara baxmayaraq, ailə qurmaq üçün 2010-cu il münasib deyil.

Qaban (Donuz)

Astroloji təyinatlara inansaq, yeni il bu müdrik məxluqun daşıyıcıları üçün qalma-qalla başlayacaq. Ola bilsin ki, kökləri dərində olan hansısa bir münaqişəyə cəlb olunsunlar. Belə hallarda yeganə xilas yolu reallığa obyektiv qiymət verməkdir.

Qabanlar 2010-cu ilə çox böyük ümidlə baxacaqlar. Sanki talelərinə düşən ən mühüm planları məhz bu ərəfədə yerinə yetirmək öhdəliyi götürəcəklər. Evlənmək eşqilə yaşayanlar isə daha böyük əzmkarlıq nümayiş etdirəcəklər. Göstəricilərsə yalnız ilin birinci yarısında və dekabrda toy-büsat qurmağı məsləhət görür. Qalan vaxtlarda isə istər doğmalarla, istərsə dəsevgi bəslədiyi insanlarla qarşılıqlı münasibətləri yoluna qoymağa çalışmalıdırlar. Yeri gəlmişkən, Pələng il ərzində daha çox Qabanları eşq girdabına atacaq. Amma çalışmaq lazımdır ki, aldanmasınlar.

Ötən illərdə ən ciddi məsələlərə belə laqeyd yanaşan bu adamlar təxminən Novruzdan başlayaraq baxışlarında ciddi dəyişikliklər etməlidir. Müəyyən məqamlarda isə təşəbbüskarlıq göstərmək lazım gələcək. İlin ortalarında karyerada dəyişikliyə nail olan Qabanlar var-gücləri ilə çalışmalıdırlar ki, nüfuzlarına kölgə salan amillər olmasın. Tay-tuşları arasında bu il uzaq səfərlər də məhz bu adamların payına düşəcək.

Ümid edək ki, Pələng hər birimizə uğur gətirəcək - İnşallah!
Категория: Müxtelif | Просмотров: 1153 | Добавил: Eti_282 | Рейтинг: 0.0/0
Всего комментариев: 4
0  
 
ILKIN yazdıki >> yeri varrrrrrrr cool 
__________
İstifadəçiəçi Adı:sevirem_sevecem
İP:85.132.29.155
Tarix: 01.07.2011 ,12:15.

0  
 
fatinka yazdıki >> Cox maraqli xeberdir.Cox saq ol dostik tesekkur edirem 
__________
İstifadəçiəçi Adı:fatinka
İP:62.217.139.88
Tarix: 04.01.2010 ,17:27.

0  
 
secret yazdıki >> sag ol etis men ilim kecen ildir basa dusundu sirtiq 
__________
İstifadəçiəçi Adı:PRinceSS_Of_LOvE
İP:82.118.156.116
Tarix: 04.01.2010 ,00:07.

0  
 
Leyla yazdıki >> tsk eti men ejdaha iliyem amma bu qeder yazini men eger oxusam seher olar 
__________
İstifadəçiəçi Adı:_Leylaska_
İP:93.184.225.98
Tarix: 01.01.2010 ,14:24.

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Вход на сайт
İstifadəçi Adı:  
Şifrə:

Поиск

Календарь
«  Yanvar 2010  »
B.EÇ.AÇerC.AŞeBaz
    123
45678910
11121314151617
18192021222324
25262728293031

Архив записей

Друзья сайта

Copyright MyCorp © 2024