Главная
Регистрация
Вход
Şəmbə
04.05.2024
03:22
Приветствую Вас Qonaq | RSS
WwW.282.CLaN.Su

Категории раздела
MP3 Avto dünya
Şekiller İSlam
Müxtelif Proqramlar
Oyunlar Letifeler
Şeirler Meqaleler
Kitablar Sevgi
Mobil dünya Texnologiya
Video Klip
Kino Prikol
HaCKeR RoCK
Show Biznes Xeberler
Deb İdman
Futbol 282 Həyatı
Rep

Наш опрос
Oğlansan qız ?
[ Netice · Diger ]
Cavablar: 158

Мини-чат

Статистика

Saytda Olanlar 2
Qonaqlar 2
İstifadəçilər 0

  

19:49
""8-ci kilometr" bazarı 2 ay müddətinə yenidən tikiləcək"
Bakının Nizami rayonu, Qara Qarayev prospektində yerləşən "Ticarət mərkəzi-4” MMC, yəni 8-ci kilometr bazarı kimi tanıdığımız ticarət mərkəzində yanğının baş verməsi burada çalışan insanlara böyük maddi ziyan vurub. Bu səbəbdən sahibkarlar bu səhər Nizami rayon İcra Hakmiyyətinin qarşısına toplaşaraq, dəyən ziyanın ödənilməsini tələb ediblər.

"Bazar yanmayıb. Onu yandırıblar. Millət çörəyini buradan çıxarırdı. İndi bizə dəyən ziyanı ödəyən də yoxdur”, söyləyən şikayətçi Aydın Abbasov 10 minə yaxın ziyana düşdüyünü bildirib.

Nizami rayon Polis İdərəsinin rəisi İsmayıl Əsədov bazarın hansı səbəblərdən yanmasının araşdırmalardan sonra məlum olcağının bildirib: "Hazırda araşdırma aparılır. Hadisənin səbəbi ancaq istintaqdan sonra məlum oldacaq”.

İcra hakmiyyəti başçısının müavini İldırım Mehdiyev ANS-ə açıqlamasında bazarın həmişə qalmaqallı olduğunu bildirib. Belə ki, bazar 2000-ci ilə qədər özəl mülkiyyətdə olsa da, indi Açıq Səhmdar Cəmiyyət kimi fəaliyyət göstərir. Hazırda mülkiyyətlə bağlı iş məhkəmədədir. Onun sözlərinə görə, bazar yenidən bərpa olunacaq və əvvəlki ticarət obyektləri sahibkarlara veriləcək.

"Biz bir qədər əvvəl camaatla da görüşdük. Onlara söz verildi ki, iki ay müddətində bazar hissə-hissə tikiləcək. Satıcılar öz yerlərinə qayıdacaq”, - deyə İldırım Mehdiyev qeyd edib.

O ki qaldı dəyən ziyanın ödənilməsinə, İldırım müəllim bildirdi ki, sahibkarların sığortası olmadığı üçün, onlara kompensaysi verilməsi bir qədər müşküldür.

Qeyd edək ki, 8-ci kilometr bazarı Əmlak Məsələləri Dövlət Komitəsinin balansındadır. Bu üzdən zərərçəkmişlər Nizami rayon İcra Hakimiyyətindən sonra Komitənin binası qarşısında etiraz aksiyası keçiriblər. Əraziyə Xətai rayon Polis İdarəsinin Post Partrul Xidmətinin əməkdaşları cəlb olunub. Etirazçılarla Komitə rəsmiləri arasında danışıqlar aparılıb. Lakin konkret nəticə açıqlanmayıb.

Məsələ ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Qulu Xəlilov ANS-ə bildirib ki, araşdırmalar aparılır. Onun sözlərinə görə, araşdırmalardan sonra konkret söz demək mümkün olacaq.

Qeyd edək ki, bu gecə Nizami rayonu ərazisində yerləşən və 8-ci kilometr bazarı kimi tanınan ticarət mərkəzində yanğın baş verib. Bazarın 4, 5 hektar ərazisi yanaraq külə dönüb.
Категория: Xeberler | Просмотров: 807 | Добавил: FAQ_ORION | Рейтинг: 0.0/0
Всего комментариев: 3
0  
 
ILKIN yazdıki >> biggrin biggrin twk 
__________
İstifadəçiəçi Adı:sevirem_sevecem
İP:85.132.4.226
Tarix: 01.07.2011 ,12:48.

0  
 
ulvi zeynalli yazdıki >> )))))) Ruslan Söhbət Ağırlaşdı. Bu Sözlər Burda deyirsən Başqasının Yanında Demə gulmek gulmek gulmek thanks 
__________
İstifadəçiəçi Adı:Ulvi_282
İP:88.151.194.15
Tarix: 30.10.2010 ,17:45.

0  
 
Ruslan yazdıki >> Diqlas zad yandiriptida qörür bankrot olur heç kim alıb zad eləmir ora axa ordan ucuzdu buda belə elədidə 
__________
İstifadəçiəçi Adı:Armaqidon
İP:88.151.194.158
Tarix: 28.10.2010 ,21:17.

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Вход на сайт
İstifadəçi Adı:  
Şifrə:

Поиск

Календарь
«  Oktyabr 2010  »
B.EÇ.AÇerC.AŞeBaz
    123
45678910
11121314151617
18192021222324
25262728293031

Архив записей

Друзья сайта

Copyright MyCorp © 2024