Главная
Регистрация
Вход
Şəmbə
27.04.2024
04:55
Приветствую Вас Qonaq | RSS
WwW.282.CLaN.Su

Категории раздела
MP3 Avto dünya
Şekiller İSlam
Müxtelif Proqramlar
Oyunlar Letifeler
Şeirler Meqaleler
Kitablar Sevgi
Mobil dünya Texnologiya
Video Klip
Kino Prikol
HaCKeR RoCK
Show Biznes Xeberler
Deb İdman
Futbol 282 Həyatı
Rep

Наш опрос
Azərbaycanda 1 nömrəli rep kim deyir ?
[ Netice · Diger ]
Cavablar: 130

Мини-чат

Статистика

Saytda Olanlar 2
Qonaqlar 2
İstifadəçilər 0

  

13:44
Azərbaycanda 5 nəfərin həyatına son qoyan ilan hansıdır?
 
Havaların qızması ilə Azərbaycanda ilanvurmaların sayı xeyli artıb. Bakı şəhəri və Abşeron rayonu ərazisində ilansancma halları daha çoxluq təşkil edir.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər il dünyada yarım milyondan artıq adamı ilan sancır. İlan çalmasından ölənlərin illik sayına görə dünyada birinci yeri Hindistan tutur. Hindistanda hər il ilanların sancdığı 250 mindən çox adamın, təxminən, 50 mini ölür.

Azərbaycandakı statistikaya nəzər yetirdikdə, məlum olur ki, ilanvurmalarla bağlı vəziyyət o qədər də ürəkaçan deyil.

1 saylı Şəhər Xəstəxanasının toksikologiya şöbəsinin müdiri Azər Maqsudov açıqlamasında bildirdi ki, bu il ilanvurmaya dair 42 hadisə baş verib, onlardan 5 nəfəri xəstəxanada ölüb. Eyni zamanda, 2 nəfəri qara qurd, 1 nəfəri isə əqrəb sancıb.

Şöbə müdirinin sözlərinə görə, bütün yaralıları və ölənləri gürzə sancıb. Zəhərin təsirindən ilan sancan şəxsdə ilk olaraq, damardaxili laxtalanma baş verib, mərkəzi sinir sistemi, nəfəs sistemi sıradan çıxıb.

A.Maqsudov deyir ki, ölənlərdən 3 nəfəri səhlənkarlığın qurbanı olub. Onlar xəstəxanaya çox geç çatdırılıblar...

İlanvurma nəticəsində həyatını itirənlər aşağıdakılardır:

- Sənan Məmmədov, 22 yaş, Samux rayonu;
- Vüqar Quliyev, 24 yaş, Bakı şəhəri, Şüvəlan qəsəbəsi;
- Bibixanm Musayeva, 40 yaş, Siyəzən rayonu;
- Mənsurə Teymurova, 65 yaş, Hacıqabul rayonu;
- Rəşad Balaşov, 30 yaş, Neftçala rayonu...

Şöbədən o da bildirildi ki, onların əksəriyyəti gürzə ilanlarının sancmasından ölüb. Onların ilan zəhərinin təsirindən qanı laxtalanıb, ürəyi şişib və bu, ölümə səbəb olub.

Azərbaycan Elmlər Akademiyası Zoologiya İnstitutu Herpetologiya laboratoriyasının müdiri Sahib Əhmədov açıqalamasında bildirdi ki, Azərbaycanda 7 növ zəhərli ilan var. Onlardan respublikada ən təhlükəlisi və çox yayılanı Levanten gürzəsinin "iri Zaqafqaziya gürzəsi" yarımnövüdür.

Laboratoriya müdiri deyir ki, ölkədə insanları təkcə Zaqafqaziya gürzəsi deyil, "step" gürzəsi də sanca bilər: ""Zaqafqaziya gürzəsi" sancan adam qısa zamanda ölür.
Vaxtında anti-zərdab vurulmasa, zəhər ilan sancan adamın qanını parçalayır, hemoqlabini oksigen daşımağa qoymur, nəticədə ürək partlayır. Zəhər birbaşa ürək-damar sisteminə təsir edir. Qanın laxtalanması, kapillyarların partlaması baş verir”.

"Beş nəfər, hansı ilanın sancmasından ölüb?" sualına cavabında S.Əhmədov dedi ki, həmin hadisələr baş vermiş rayonlarda ən çox "Zaqafqaziya gürzəsi"nə rast gəlinir. Ona görə də, böyük ehtimalla həmin şəxsləri "Zaqafqaziya gürzə"si sancıb.

S.Əhmədov onu da bildirdi ki, Azərbaycanda yay fəslində insanlar üçün təhlükəli olan zəhərli qara qurd və hörümçəklər vardır. Həmin həşəratların vurmasından ölkədə insan ölümü halı olmasa da, onlar təhlükəlidir. Orta Asiyada bu həşaratlar hətta dəvə, at və inəyi öldürür.
Категория: Müxtelif | Просмотров: 1554 | Добавил: askalar | Рейтинг: 0.0/0
Всего комментариев: 5
0  
 
melek_282 yazdıki >> eladi tesekkurler 
__________
İstifadəçiəçi Adı:melek_282
İP:94.20.224.125
Tarix: 30.01.2014 ,17:35.

0  
 
Banu yazdıki >> Xeberlerin axarinci olsun 
__________
İstifadəçiəçi Adı:Banu
İP:94.20.84.149
Tarix: 09.07.2011 ,23:17.

0  
 
Məhəmmədəli yazdıki >> askalar bırıncı xeberın mubarekdı 
__________
İstifadəçiəçi Adı:QaraQan_282
İP:78.181.64.108
Tarix: 08.07.2011 ,23:08.

0  
 
ILKIN yazdıki >> surprised 
__________
İstifadəçiəçi Adı:sevirem_sevecem
İP:85.132.4.251
Tarix: 08.07.2011 ,23:02.

0  
 
Leyla yazdıki >> Ilk serh menden tsk xebere gore ve 1 ci xeberin munasibeti ile tebrik edirem! 
__________
İstifadəçiəçi Adı:Danger-girl
İP:88.151.194.55
Tarix: 08.07.2011 ,19:32.

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Вход на сайт
İstifadəçi Adı:  
Şifrə:

Поиск

Календарь
«  İyul 2011  »
B.EÇ.AÇerC.AŞeBaz
    123
45678910
11121314151617
18192021222324
25262728293031

Архив записей

Друзья сайта

Copyright MyCorp © 2024