Главная
Регистрация
Вход
Bazar
19.05.2024
02:30
Приветствую Вас Qonaq | RSS
WwW.282.CLaN.Su

Категории раздела
MP3 Avto dünya
Şekiller İSlam
Müxtelif Proqramlar
Oyunlar Letifeler
Şeirler Meqaleler
Kitablar Sevgi
Mobil dünya Texnologiya
Video Klip
Kino Prikol
HaCKeR RoCK
Show Biznes Xeberler
Deb İdman
Futbol 282 Həyatı
Rep

Наш опрос
Oğlansan qız ?
[ Netice · Diger ]
Cavablar: 158

Мини-чат

Статистика

Saytda Olanlar 2
Qonaqlar 2
İstifadəçilər 0

  

15:28
Evliliyin üstünlüyü
 
Subaylaq sultanlıq olsa da, evliliyin müsbət tərəfləri az deyildir. Sadəcə bir çox xanımlar bu barədə unudurlar.

1 Sosial mükəmməllik
Əlbəttə, işdə uğur qazanan qadın hörmətə layiqdir, amma təəssüflər olsun ki, bu gün cəmiyyətdə «boşanmış qadın», «tənha ana» ifadələri tez-tez səslənməkdədir. Sözsüz, bunlara əhəmiyyət verməmək olar, ələlxüsus da karyerada uğur qazanan qadınları belə xırda məsələlər narahat etmir. Amma qəlbinin dərinliyində bu sözlər hər bir qadını incidir. Hətta bəzi qızlar «nə zaman ərə gedəcəksən?» sualını eşitməmək üçün ailə qururlar. Ailəli qadının hüquq sahəsində perspektivi çoxdur: ipoteka kreditini götürmək, övladlığa uşaq götürmək, xaricə səfər etmək asandır. Nikahın rəsmi pozulması zamanı ümumi əmlakın bölgüsü prosesi asan həyata keçirilir ki, bu da uşağın sosial müdafiəsini təmin edir.

2 Stabillik
Evlilik və uşağın dünyaya gəlişi həyata məna qatır. Birgə yaşama, ümumi planlar, büdcə və övladlar münasibətlərin möhkəmliyi hissini verir. Bu, müəyyən mənada hər an dağıla biləcək illüziyadır, amma nə qədər ki səndə bu hiss var, sən boşluqda hərəkət etməyərək düz yolunla irəliləyirsən. Bəzi hallarda evlilik özünə güvənməyən xanımlara müsbət terapevtik effekt verir. Ən əsası isə boşanma halında bu effektin sıfra enməməsi və psixoloji problemlərin kəskinləşməməsi önəmlidir.

3 Emosional potensial
Məlumdur ki, qızlar oğlanlara nisbətən daha qayğıkeş və mehribandırlar. Emosional ahəngli nikahda qadın öz cinsi emosiyalarını sərf edir ki, bu da onun psixoloji sağlamlığını təmin edir. Əgər bu emosiyalar tələb olunmamış qalarsa, qadında psixoloji problemlər meydana çıxa bilər. Həmçinin partnyorunu tez-tez dəyişən qadınlar özləri emosional kanalı təcrid edirlər ki, müvəqqəti partnyor qarşısında zəiflik göstərməsinlər. Onlar daşürəkli olur, sonra isə kiməsə aşiq olanda mehribanlıq və qayğıkeşliyə adekvat cavab verə bilmirlər. Bu zaman yenə psixoloji problemlə qarşı-qarşıya qalırlar. Bir sözlə, emosional qadınlar məhz sevimli həyat yoldaşı və uşaqlarına öz energetik potensialını sərf edirlər.

4 Təhlükəsiz analıq
Söhbət alimentdən getmir. Ata-analı ailədə normal cinsi davranışlı şəxsiyyət yetişdirmək şansı daha çoxdur, xüsusilə yeniyetməlik dövrü çox təhlükəlidir. Əlbəttə, ana oğluna keçid dövrü ilə bağlı məlumat verə bilər, amma bunu ata etsə, daha yaxşı olar. Tam ailədə böyüyən qız uşaqları da gələcəkdə əks cinsin nümayəndələrilə uğurlu münasibət quraraq ərə gedirlər. Çünki kişi psixologiyasını bilməyən qız şəxsi həyatını çətin qurur. Birgə yaşayan və bir-birinə hörmət edən valideynlərin əhatəsində böyüyən uşaq həyatda inamla addımlamaq üçün özünəgüvənən olur. Ərinin maddi köməyi əsasında qadın uşağının tərbiyəsinə çox zaman ayırır, işlə uşaq bağçası yolu arasında qalmır. Hüquqi və harmoniyalı ailədə analıq xoşbəxtliyi daha çox hiss olunur.

5 Maddi yardım
Əvvəllər hüquqi nikah məişət-iqtisadi sövdələşməsi kimi başa düşülürdü. Əlverişli evlilik uğurlu ticarət razılaşması kimi həm əvvəllər, həm də indi sayılmaqdadır. Sən özün imkanlı qadınsan? Qorxusu yoxdur. Ərinin pulunu xərcləmədən qənaət edib yığdığın pulu övladlarına verə bilərsən. Maddi sərbəstlik istəyirsən? Niyə? Maddi faktorun inkarı cütlüyün bir-birindən soyumasına gətirib çıxara bilər. Əgər kişiyə onun maddi diqqətinə ehtiyacının olmadığını hiss etdirsən, o özünün də sənə lazım olmadığını düşünəcək. Heç kəs səni varlı kişiyə ərə getməyə vadar etmir. Əgər həyat yoldaşın səni maddi cəhətdən təmin edirsə, burada təhqir sayılacaq heç nə yoxdur.

6 Bioenerji balansı
Nə qədər güclü və müstəqil olsaq da, kişi müdafiəsinə həmişə ehtiyac duyuruq. Bu, maddi və fiziki anlamda yox, bioenerji səviyyəsində başa düşülməlidir - qadın enerjisi kişi enerjisindən və əksinə kişi enerjisi qadın enerjisindən güclənməlidir. Bu mübadilə bizim fiziki və psixoloji sağlamlığımız üçün önəmlidir. Xoşbəxt ailədə bizim bioenerji harmoniyasının ən yüksək həddinə çatmaq şansımız var. Bu ən önəmlisidir. Evlilik sənin üçün yük, yoxsa uğurlu özünürealizə bazasıdır? Bu sənin düzgün partnyor seçimindən və davranışından asılıdır.

Категория: Meqaleler | Просмотров: 757 | Добавил: Eti_282 | Рейтинг: 0.0/0
Всего комментариев: 3
0  
 
ILKIN yazdıki >> twkler 
__________
İstifadəçiəçi Adı:sevirem_sevecem
İP:85.132.29.154
Tarix: 28.06.2011 ,11:20.

0  
 
SeCReT yazdıki >> TESEKKURLER 
__________
İstifadəçiəçi Adı:PRinceSS_Of_LOvE
İP:109.127.19.119
Tarix: 06.03.2010 ,19:46.

0  
 
Azer_Girl yazdıki >> thanksyou 
__________
İstifadəçiəçi Adı:Ce_nn_eT
İP:77.74.15.188
Tarix: 22.02.2010 ,20:18.

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Вход на сайт
İstifadəçi Adı:  
Şifrə:

Поиск

Календарь
«  Fevral 2010  »
B.EÇ.AÇerC.AŞeBaz
1234567
891011121314
15161718192021
22232425262728

Архив записей

Друзья сайта

Copyright MyCorp © 2024