Главная
Регистрация
Вход
Cümə Axşamı
09.05.2024
18:48
Приветствую Вас Qonaq | RSS
WwW.282.CLaN.Su

Категории раздела
MP3 Avto dünya
Şekiller İSlam
Müxtelif Proqramlar
Oyunlar Letifeler
Şeirler Meqaleler
Kitablar Sevgi
Mobil dünya Texnologiya
Video Klip
Kino Prikol
HaCKeR RoCK
Show Biznes Xeberler
Deb İdman
Futbol 282 Həyatı
Rep

Наш опрос
Hansı nəqliyyatdan istifadə edirsiz ?
[ Netice · Diger ]
Cavablar: 112

Мини-чат

Статистика

Saytda Olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0

  

10:25
"Günə baxan" daha bir kimsəsiz cütlüyü evləndirdi
 
"Günə baxan” verilişinin canlı yayımında nişanlanan kimsəsiz gənclər aprelin 10-da evləniblər. Ötən şənbə "Ümid Yeri" Sığınacaq Evinin sakinləri Fəyyaz Səlimqəliyevlə Leyla Həsənovanın toyu olub. ANS TV-nin "Günə baxan” proqramının təşəbbüsü ilə baş tutmuş toy mərasimi "Movida Plaza” Sadlıq Sarayında düzənlənib. Restoranın rəhbərliyi bu toyu gənclərə hədiyyə edib. Qeyd edək ki, toya minə yaxın adam gəlmişdi. Gələn qonaqların bir hissəsi toya pul salırdı, digərləri isə zinət əşyaları və cehizlik əşyaları hədiyyə edirdi.

Kimsəsiz gənclərin toyuna təhsil naziri Misir Mərdanov və millət vəkilləri Gülər Əhmədova, Gültəkin Hacıyeva, Qənirə Paşayeva ,1 saylı Doğum Evinin baş həkimi Stella xanım və digər şəxslər təşrif buyurmuşdu. Gözlənilməyən qonaq isə amerikalı Cin Veynqartner oldu. TEA Təhsil Əməkdaşlıq proqramı üzrə Təhsil Nazirliyinin xətti ilə Alyaska ştatından Azərbaycana gəlmiş nümayəndə Fəyyazla Leylaya yataq dəsti hədiyyə gətirmişdi. Amerikalı qonaq ANS PRESS-ə açıqlamasında bildirib ki, ölkəmizdə olduğu müddətdə Fəyyazla Leylanın toyu onun iştirak etdiyi ilk milli toy mərasimi olub.

Gənclərin toyunun musiqili qonaqları aşıq Əhliman Şirvanlı, xalq artistləri Nisə Qasımova, Məleykə Əsədova, əməkdar artist Elza Seyidcahan, skripka ifaçısı Səlim Abbasov, klarnet ifaçısı Zahid Qubadlı, rəqqasə Fatimə, müğənnilər Almaz Orucova (qızlardan ibarət "Azərbaycan inciləri” ansamblı ilə), Roza Zərgərli, Yaqut Babayeva, Aslan Hüseynov, Neman Həsənov, aşıq Oktay Eloğlu və digərləri olub. Toyu "Toylar Kralı” layihəsinin iştirakçısı Əşrəg Zəngəzurlu öz ansamblı ilə idarə edirdi. Toppuş bacı (Tünzalə Ağayeva) həmkarı Natiq Fərzəliyevlə həm aşı gətirdilər, həm də gənclərin xınayaxdı mərasimini keçirdilər.

Fəyyaz və Leylanın toyunda ən az onlar qədər sevinən "Ümid Yeri” Sığınacaq Evinin uşaqları idi. Toyda Sığınacaq Evinin 40 sakini iştirak edirdi. Bu uşaqlar tez-tez bizə yaxınlaşıb hansı tanınmış müğənnilərin gələcəyini xəbər alırdılar. Bu kimsəsiz uşaqların ən çox gözlədiyi və soruşduqları müğənni Röya idi. Lakin toyda populyar müğənnilərdən çox populyar olmayanlar müğənnilər gəlmişdi.

P.S. Toyun əvvəlindən axırınadək qapıda dayanıb qonaqları qarşılayan Turan İbrahimov sanki bəyin atasını əvəz edirdi. "Heç atam mənim toyumda bu əziyyəti çəkməmişdi", - deyə gülərək söyləyən Turan bu xeyriyyə işini "Günə baxan" proqramı olaraq Allah rizası üçün etdiklərini bildirib.

Категория: Xeberler | Просмотров: 1628 | Добавил: Eti_282 | Рейтинг: 0.0/0
Всего комментариев: 6
0  
 
Məhəmmədəli yazdıki >> Allah xosbext etsin Amin! 
__________
İstifadəçiəçi Adı:QaraQan_282
İP:178.76.59.19
Tarix: 22.03.2011 ,14:04.

0  
 
sensizlik yazdıki >> deyirem Allah xosbext etsin 1546 1546 1546 1546 
__________
İstifadəçiəçi Adı:sensizgun
İP:88.151.194.199
Tarix: 07.05.2010 ,14:55.

0  
 
sensizlik yazdıki >> Allah xosbext etsin amin 1546 thanks qiz 
__________
İstifadəçiəçi Adı:sensizgun
İP:88.151.194.199
Tarix: 07.05.2010 ,14:54.

0  
 
Leyla. yazdıki >> thanks Sagol etican! 
__________
İstifadəçiəçi Adı:Leylashka
İP:81.21.88.47
Tarix: 14.04.2010 ,20:09.

0  
 
Ilqar yazdıki >> thanks 
__________
İstifadəçiəçi Adı:Prince_Of_Love
İP:80.69.62.70
Tarix: 13.04.2010 ,17:27.

0  
 
SeCReT yazdıki >> ayallah ne qeseng ay mma sevindim ee lap men qiz 
__________
İstifadəçiəçi Adı:PRinceSS_Of_LOvE
İP:109.127.23.225
Tarix: 13.04.2010 ,17:21.

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Вход на сайт
İstifadəçi Adı:  
Şifrə:

Поиск

Календарь
«  Aprel 2010  »
B.EÇ.AÇerC.AŞeBaz
   1234
567891011
12131415161718
19202122232425
2627282930

Архив записей

Друзья сайта

Copyright MyCorp © 2024