Главная
Регистрация
Вход
Cümə Axşamı
09.05.2024
20:51
Приветствую Вас Qonaq | RSS
WwW.282.CLaN.Su

Категории раздела
MP3 Avto dünya
Şekiller İSlam
Müxtelif Proqramlar
Oyunlar Letifeler
Şeirler Meqaleler
Kitablar Sevgi
Mobil dünya Texnologiya
Video Klip
Kino Prikol
HaCKeR RoCK
Show Biznes Xeberler
Deb İdman
Futbol 282 Həyatı
Rep

Наш опрос
Saytimizin açilmağini necə qarşilayirsiz?
[ Netice · Diger ]
Cavablar: 67

Мини-чат

Статистика

Saytda Olanlar 3
Qonaqlar 3
İstifadəçilər 0

  

10:18
Kişi və qadın arasında dostluq həmişə eşqlə bitir?

 
Psixoloqların hesablamalarına görə, qadınlar gün ərzində bir neçə dəfə sevdiklərinin onları aldatdığını düşünürlər. Və çox zaman yanlış illüziyalarla özlərinə əzab verirlər.

Xəyal 1: Kişilər nikahda xoşbəxt olmadıqlarına görə xəyanət edirlər

Kişilər üçün bu əsas səbəb olmaya da bilər. Bir çox xoşbəxt ailələrdə kişi kənarda eşq macərası yaşamaqdan imtina etmir, əgər düşünürsə ki, bu haqda heç kim bilməyəcək. Son sorğuların nəticələrinə görə, həyat yoldaşına xəyanət edən kişilərin 56%-i ailə həyatında çox xoşbəxt olanlardır.

Xəyal 2: Kişi və qadın arasında dostluq həmişə eşqlə bitir

Burada yanlış fikir ondadır ki, qadınlar elə düşünürlər, kişilər dostluğu sevgi hisslərinə çevirmək istəyir. Amma psixoloqlara görə, məhz qadınlar dost münasibətlərini fərqli tərəfə çəkirlər. Çünki qadınlar daha emosionaldırlar və özlərinə potensial sevgilini dostlarının arasından axtarırlar. Bu, qadın üçün daha təhlükəsiz variantdır.

Xəyal 3: Bir çox hallarda xəyanət yeni təcrübədir

Qadın düşünür ki, əri ondan bezib, yorulub və yeniliklər axtarışındadır. Kişi də çox zaman kənarda nə axtardığını, onu nəyin cəlb etdiyini anlamır. Xəyanət edən tərəf bu haqda heç düşünmür də. Bəzi kişilər uşaqlıqda, bəziləri gənclikdə məhrum olduğunu axtarır. Ona görə qadınlar bilməlidirlər ki, əgər kişi xəyanət edirsə, buna səbəb siz yox, özləri də bilmədikləri bir şeydir.

Xəyal 4: Əgər o xəyanət edirsə, deməli sevmir

Bu, belə görünə bilər, amma həqiqətdə belə deyildir. Bu o deməkdir ki, həyat yoldaşınız sizə lazımi qədər hörmət etmir. Ona görə də nikaha girməmişdən öncə sizə sədaqət andı verdiyini unudub. Bəzi kişilər isə xəyanət etdikləri zaman həyat yoldaşlarını daha çox sevirlər. Çünki onları hər an itirməkdən qorxurlar.

Xəyal 5: Xəyanətdən sığortalanmaq olar

Xəyanətdən heç bir qadın, hətta dünyanın ən gözəl xanımı belə sığortalana bilməz. Bəs nə etməli? İlk növbədə, həyat yoldaşı seçərkən düzgün seçim etmək lazımdır. İkincisi, ərinizi həmişə xoşbəxt etməyə çalışın. Nikahınızın ilk illərində xoşbəxt olmaq o demək deyil ki, bu xoşbəxtliyiniz ömür boyu davam edəcək.

Xəyal 6: Əgər o məndən əvvəlkinə xəyanət edibsə, mənə də edəcək

Bu fikir demək olar ki, tam həqiqətdir. Əgər o, əvvəlki həyat yoldaşına xəyanət edib və öz hərəkətinin yanlış olduğunu dərk etməyibsə, sizi də xəyanət gözləyir.

Xəyal 7: Xəyanət haqda həmişə bilmək lazımdır

Əgər xəyanət barədə əvvəlcədən bilir və ya şübhələnirsinizsə, bu artıq sizin xeyrinizədir. Bu halda nikahınızı qorumağa şansınız çoxdur. Psixoloqlar qadınlara ərlərinin xəyanəti haqda bildiyini söyləməməyi məsləhət görürlər. Qoy o düşünsün kİ, siz heç nə bilmirsiniz. Bu yolla onun dönüşü daha tez və emosional baxımdan daha asan olacaq.

Xəyal 8: Əgər xəyanət barədə heç kim öyrənməyibsə, demək bu, xəyanət deyil

Düşünün ki, həyat yoldaşınız sizə nə vaxtsa xəyanət edib, amma siz bu haqda heç nə bilməmisiniz. Onda bunu xəyanət saymaq olar? Siz bu barədə heç nə bilməsəniz də, o, ömrü boyu vicdan əzabı çəkəcək.

Xəyal 9: Əgər intim əlaqə olmayıbsa, bu xəyanət hesab olunmur

Emosional xəyanət - bu, iki insan arasındakı plotanik dostluqdan romantik məhəbbətə keçən dərin əlaqədir. Bu, nikahda ən pis xəyanət hesab olunur. Bu hal daha təhlükəlidir. Onu ailəyə qaytarmaq sizdən böyük "ustalıq" tələb edəcək.

Xəyal 10: Kimsə haqqında düşünməklə xəyanət etmiş olursunuz

Psixoloqlara görə, uzun müddət evli olan cütlüklər arabir başqaları haqqında fantaziya edə bilərlər. Beyində xəyanət yataqda xəyanətdən daha yaxşıdır. Həm də güclü fantaziya sönmüş hisslərinizi oyada bilər. Amma digər qrup mütəxəssislər düşünür ki, seksual fantaziyalar real xəyanətə yol açır.
Категория: Sevgi | Просмотров: 864 | Добавил: Eti_282 | Рейтинг: 0.0/0
Всего комментариев: 6
0  
 
ilkin yazdıki >> hmmmm.baxirda 16 12 
__________
İstifadəçiəçi Adı:sevirem_sevecem
İP:85.132.5.248
Tarix: 19.06.2011 ,14:47.

0  
 
Ruslan yazdıki >> hmm maraqlıdır  
__________
İstifadəçiəçi Adı:Armaqidon
İP:88.151.194.214
Tarix: 13.09.2010 ,12:31.

0  
 
SeCReT yazdıki >> fatinka
Bu oglanlari bilmek olmaz!! xeyanet etmek ucun sevirler ele
Kişi və qadın arasında dostluq həmişə eşqlə bitir?
Elbette yox!!!
 
__________
İstifadəçiəçi Adı:PRinceSS_Of_LOvE
İP:109.127.21.125
Tarix: 01.09.2010 ,01:10.

0  
 
erkan yazdıki >> mence bu fikirler yanliwdir cunki qadinla kiwi bir birini heqiqeten urekden ve saf mehebetle sevirlerse onada hec bir xeyanetden sohhbet gede bilmez..... axi onar urekden sevirler.... 
__________
İstifadəçiəçi Adı:erkan85
İP:85.132.29.52
Tarix: 31.08.2010 ,15:18.

0  
 
SeCReT yazdıki >> cox sag ol.... Sevgi haqdinda hec neyi oxumaq istemirem uje... 
__________
İstifadəçiəçi Adı:PRinceSS_Of_LOvE
İP:109.127.22.66
Tarix: 19.05.2010 ,16:00.

0  
 
fatinka yazdıki >> Əgər o xəyanət edirsə, deməli sevmir

Bu, belə görünə bilər, amma həqiqətdə belə deyildir
Mence bu fikir sevhdir.Eger sevirse niye xeyanet etsinki??? 

__________
İstifadəçiəçi Adı:fatinka
İP:85.132.98.65
Tarix: 09.05.2010 ,12:45.

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Вход на сайт
İstifadəçi Adı:  
Şifrə:

Поиск

Календарь
«  May 2010  »
B.EÇ.AÇerC.AŞeBaz
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31

Архив записей

Друзья сайта

Copyright MyCorp © 2024