Главная
Регистрация
Вход
Cümə Axşamı
09.05.2024
21:32
Приветствую Вас Qonaq | RSS
WwW.282.CLaN.Su

Категории раздела
MP3 Avto dünya
Şekiller İSlam
Müxtelif Proqramlar
Oyunlar Letifeler
Şeirler Meqaleler
Kitablar Sevgi
Mobil dünya Texnologiya
Video Klip
Kino Prikol
HaCKeR RoCK
Show Biznes Xeberler
Deb İdman
Futbol 282 Həyatı
Rep

Наш опрос
Ən maraqlı cizgi filmi ?
[ Netice · Diger ]
Cavablar: 125

Мини-чат

Статистика

Saytda Olanlar 2
Qonaqlar 2
İstifadəçilər 0

  

19:53
MaNqa qrupu bakılı avtoşlara salam göndərdi
 
Xəstəxanaya yerləşdirilən Fərman Akgüldəndan başqa Türkiyənin "Eurovison" təmsilçisi MaNqa qrupunun digər 4 üzvü - DJ Ege, Özgür Azad (zərb), Cem (bas gitara) və Yağmur (gitara) promo tur çərçivəsində ölkəmizin qonağı oldular. Sözün düzü, bu gənclərlə müsahibənin bu dərəcədə səmimi alınacağını hesaba almamışdım. Azərbaycanda olduqları iki günü gənclər o qədər xoş keçirmişdilər ki, təəssüratlarını bölüşmək üçün çox həvəslə müsahibə verdilər.

-Bakıya ilk gəlişinizdir. Şəhərimiz sizdə hansı təəssüratı yaratdı?
- Əvvəla, sizin avtoşlar bizim marağımıza səbəb oldu. İlk olaraq avtoşlarla aeroport yolunda rastlaşdıq. Daha sonra bütün gecəni onların maşınlarının səslərini eşitdik. Bizə dedilər ki, bu maşınlar sovet markalı olduqlarına görə belə səslər çıxara bilir. Çox maraqlı bir şəhəriniz var, heç bir ölkədə bunun şahidi olmamışıq. Yeri gəlmişkən, sizin vasitənizlə bakılı avtoşlara salam göndəririk!

-Başqa hansı özəlliklərimizin şahidi oldunuz?
-Burada musiqiyə böyük önəm verildiyinin şahidi olduq. Hansı evin qonağı olduqsa, orada piano gördük. Bizə dedilər ki, peşəsindən asılı olmayaraq əksər insanlar pianoda ifa etməyi bacarır. Azərbaycan musiqisinin niyə bu qədər peşəkar və zəngin olduğunu indi anladıq.

-Bizim qonaqpərvərliyimizdən hamı danışır. Bəs siz necə, razı qaldınız?
-Razı qaldıq desək, az olar. Çox ölkələrdə olmuşuq, sizin qədər qonaqpərvər olanını görməmişik. Sizdə "Tonqal” deyilən bir yer var, ilk yeməyimizi orada yedik. Nə qədər dadlı yeməkləriniz var? Bu iki gün ərzində özümüzə qarşı yalnız xüsusi diqqət gördük!

-Belə çıxır ki, Bakıya yenə gəlmək istərdiniz?
-Əlbəttə! "Eurovision”dan sonra, yarışmanı qazandıq-qazanmadıq, Bakıda konsert verməyə qərar vermişik. Burada bu dərəcədə tanındığımızı, sevildiyimizi bilmirdik.

-"Eurovision”dan söz düşmüşkən, hansı iştirakçını özünüzə rəqib görürsünüz?
-Heç kimi! Çünki biz hamıdan fərqliyik. Builki müsabiqədə bizdən başqa rok musiqisi təqdim edən yoxdur. Tərzimizlə, ifamızla hamıdan seçilirik.

-Belə çıxır ki, birinci olacağınıza əminsiz?
-Onu bilə bilmərik. Amma fərqli olduğumuz üçün özümüzə heç kimi rəqib görmürük!

-Bizim təmsilçimizi - Səfurə Əlizadəni iştirakçı olaraq necə qiymətləndirirsiz?
-Şəxsən tanış olmaq imkanımız olmayıb. Amma mahnısını dinləmişik, özü kimi gözəldir. Səfurə həm ifası ilə, həm də xarici görünüşünə görə favoritdir.

-Bəs, Ermənistandan olan iştirakçı Eva Revasın mahnısını dinləmisiz?
-Dinləmişik, xoşumuza gəlib. Bilmirik, bu sualı nəyə görə verdiniz.. Yəqin bizə çox yaxın ifa olduğunu vurğulamağımızı istəyirsiniz. O mahnıya qulaq asdıqda doğma musiqinin şahidi oluruq.

-İki gündür buradasınız, amma heç bir telekanalda musiqili çıxışınız olmadı…
-Vokalçımız Fərman Akgül olmadığına görə musiqili çıxışımız absurd alınardı. Reportaj verməklə kifayətləndik.

-Qrupun aparıcı üzvünün müsabiqə qabağı xəstələnməsi nə dərəcədə düzgündür? Keçən il Hadisə də müsabiqədən qabaq xəstələnmişdi. Sizcə bu təsadüfdür?
-Yəqin özümüzü bu müsabiqəyə həddindən çox həsr edirik, işə çox ciddi baxırıq. Fərman bəydə də yorğunluq sindromlarıdır. İnşallah "Eurovision”adək düzələr.

-Bu müsabiqədə sizi daha çox yoran nədir?
-Müsahibələr…Mayın 17-dən Osloda olmalıyıq və mühabiqə öncəsi hər bir iştirakçı haqqında reportajlar hazırlanmalıdır, müsahibələr verməliyik. Bütün bunlar bizə ziyandır. Çox danışmaq səsimizə də ziyandır. Bunu nəzərə alıb, çalışacağıq ki, müsahibələrdə Fərman daha az danışsın.
Категория: Show Biznes | Просмотров: 756 | Добавил: Eti_282 | Рейтинг: 0.0/0
Всего комментариев: 4
0  
 
Məhəmmədəli yazdıki >> eleyke salam 
__________
İstifadəçiəçi Adı:QaraQan_282
İP:178.76.59.19
Tarix: 22.03.2011 ,14:02.

0  
 
Ezizaga yazdıki >> Tesekkurler thanks 
__________
İstifadəçiəçi Adı:Ezizaga
İP:80.69.53.34
Tarix: 17.06.2010 ,12:29.

0  
 
SeCReT yazdıki >> en sevgiyim qrup...
amma inanmiramki 3lukde olalar
 
__________
İstifadəçiəçi Adı:PRinceSS_Of_LOvE
İP:109.127.22.66
Tarix: 19.05.2010 ,15:48.

0  
 
aslan yazdıki >> Xebere gore tesekkur 
__________
İstifadəçiəçi Adı:aslan490
İP:85.132.98.54
Tarix: 11.05.2010 ,21:00.

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Вход на сайт
İstifadəçi Adı:  
Şifrə:

Поиск

Календарь
«  May 2010  »
B.EÇ.AÇerC.AŞeBaz
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31

Архив записей

Друзья сайта

Copyright MyCorp © 2024