Главная
Регистрация
Вход
Cümə
03.05.2024
10:15
Приветствую Вас Qonaq | RSS
WwW.282.CLaN.Su

Категории раздела
MP3 Avto dünya
Şekiller İSlam
Müxtelif Proqramlar
Oyunlar Letifeler
Şeirler Meqaleler
Kitablar Sevgi
Mobil dünya Texnologiya
Video Klip
Kino Prikol
HaCKeR RoCK
Show Biznes Xeberler
Deb İdman
Futbol 282 Həyatı
Rep

Наш опрос
Azərbaycanda 1 nömrəli rep kim deyir ?
[ Netice · Diger ]
Cavablar: 130

Мини-чат

Статистика

Saytda Olanlar 2
Qonaqlar 2
İstifadəçilər 0

  

10:31
MENYU



-Soğanlı pizza

4 soğan
1 yumurta
Duz
3 x.q. qarğıdalı unu
2,5 stəkan holland pendiri
Xəmir üçün:
1-1,5 stəkan su
Lazım olan qədər un
1 x.q. bitki yağı

Soğanlı içlik: soğanları soyub 0,5 sm qalınlığında halqalar şəklində doğrayın. Yumurta ilə duzu çəngəllə çırparaq üstünə qarğıdalı unu əlavə edin. Bunu soğanların üstünə töküb yaxşı qarışdırın.
Xəmir: unu su və bitki yağı ilə yoğurub dairəvi formada açın. Üstünə soğanları, holland pendirini töküb 200 dərəcə qızdırılmış sobada 20-25 dəqiqə bişirin.

-Almalı strudel

3 alma
1 stəkan şəkər tozu
Yarım stəkan su
1 stəkan döyülmüş qoz
Yarım stəkan fındıq
Yarım stəkan kişmiş
1 ç.q. darçın
Xəmir üçün:
150 q əridilmiş marqarin
1 stəkan şəkər tozu
1 yumurta sarısı
1 stəkan süd
1 yumurta ağı
Üstü üçün:
Şəkər kirşanı

Almaların qabığını soyub kub şəklində doğrayın. Şəkər tozu və su ilə suyunu çəkənə qədər bişirin (5-10 dəqiqə). Qoz, fındıq, kişmişi əlavə edib 1-2 dəqiqə də bişirin. Ocaqdan götürüb darçın əlavə edin.
Xəmir: marqarin, şəkər tozu, yumurta sarısı, südlə yumşaq xəmir hazırlayın. Xəmiri 4 bərabər hissəyə ayırıb 1 sm qalınlığında açın. Üstünə almalı içliyi qoyub yayın və rulon şəklində bükün. Yağlanmış listə qoyub üzərinə yumurta ağı sürtün və 165 dərəcə sobada 30-35 dəqiqə bişirin.

-Çardaq kababı

0,5 kq xırda doğranmış quzu əti
2 soğan
4 diş sarımsaq
2 pomidor
3 yaşıl bibər
2/3 stəkan süd
5 x.q. un
1 yumurta
1 x.q. kərə yağı
100 q holland pendiri
1 ç.q. tomat
Duz, istiot

Əti soğan, sarımsaq, pomidor və bibərlə qovuraraq bişirin. Duz, istiot və kərə yağı əlavə edin. Digər tərəfdə un, yumurta və südü yaxşı çırpıb blin xəmiri halına gətirin. Bir tavanı yağlayıb xəmirdən bir çömçə oraya tökün və hər iki tərəfini qızardın. Sonra blinin içinə bişirdiyiniz ətdən qoyub boxça formasında bükün və tərsinə çevirib boşqaba düzün. Sonda blinlərin üzərinə holland pendiri əlavə edin, 180 dərəcə sobada pendirlər əriyənə qədər bişirin.

-Portağal mürəbbəsi

1 kq qalın qabıqlı portağal
6 stəkan şəkər tozu
3 stəkan su
2 x.q. limon duzu

Bir qaba suyu töküb qaynadın və üzərinə portağalları əlavə edin. Bir az yumşalanda portağalları çıxarıb qabıqları ilə birlikdə xırda-xırda doğrayın. Başqa bir qabda 3 stəkan suyla şəkər tozunu qaynadın. Portağalları bu şəkərli suya salın. Qatılaşanda limon duzu əlavə edin. Bir az da qaynadıb soyumağa qoyun. Hazır mürəbbəni bankalara doldurun.

Категория: Müxtelif | Просмотров: 760 | Добавил: Leylashka | Рейтинг: 5.0/1
Всего комментариев: 9
0  
 
Leyla yazdıki >> yeməmisən??aa yox demə 
__________
İstifadəçiəçi Adı:Leylashka
İP:81.21.91.15
Tarix: 26.03.2011 ,11:19.

0  
 
Məhəmmədəli yazdıki >> leyla pomidor murebbesi nedi 
__________
İstifadəçiəçi Adı:QaraQan_282
İP:178.76.27.188
Tarix: 25.03.2011 ,16:58.

0  
 
Leyla yazdıki >> hə niyə olmur?! pomidor mürəbbəsidə olur 1 
__________
İstifadəçiəçi Adı:Leylashka
İP:81.21.91.179
Tarix: 24.03.2011 ,20:49.

0  
 
fatinka yazdıki >> yuuuuh portagal murebbesi de olur?Bu hansi Klunariyadandi??? 
__________
İstifadəçiəçi Adı:fatinka
İP:62.217.152.134
Tarix: 24.03.2011 ,18:52.

0  
 
Məhəmmədəli yazdıki >> yox ee leyla hamisi basq fikirlerdir axi ona gore bele yazdim 
__________
İstifadəçiəçi Adı:QaraQan_282
İP:178.76.27.103
Tarix: 24.03.2011 ,10:52.

0  
 
Leyla yazdıki >> yox.Səndə 3 dənə şərhi hamısını 1 dəfəlik yazsan olmaz?! 
__________
İstifadəçiəçi Adı:Leylashka
İP:81.21.93.201
Tarix: 24.03.2011 ,10:49.

0  
 
Məhəmmədəli yazdıki >> leyla senin kulinariyaya maragin var deyesen he? 
__________
İstifadəçiəçi Adı:QaraQan_282
İP:178.76.27.103
Tarix: 24.03.2011 ,10:40.

0  
 
Məhəmmədəli yazdıki >> sag ol leyla 
__________
İstifadəçiəçi Adı:QaraQan_282
İP:178.76.27.103
Tarix: 24.03.2011 ,10:40.

0  
 
Məhəmmədəli yazdıki >> ilk serh menden 
__________
İstifadəçiəçi Adı:QaraQan_282
İP:178.76.27.103
Tarix: 24.03.2011 ,10:39.

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Вход на сайт
İstifadəçi Adı:  
Şifrə:

Поиск

Календарь

Архив записей

Друзья сайта

Copyright MyCorp © 2024