Главная
Регистрация
Вход
Cümə Axşamı
09.05.2024
00:58
Приветствую Вас Qonaq | RSS
WwW.282.CLaN.Su

Категории раздела
MP3 Avto dünya
Şekiller İSlam
Müxtelif Proqramlar
Oyunlar Letifeler
Şeirler Meqaleler
Kitablar Sevgi
Mobil dünya Texnologiya
Video Klip
Kino Prikol
HaCKeR RoCK
Show Biznes Xeberler
Deb İdman
Futbol 282 Həyatı
Rep

Наш опрос
Ən maraqlı Azərbaycan TV-si ?
[ Netice · Diger ]
Cavablar: 147

Мини-чат

Статистика

Saytda Olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0

  

13:19
Nəyə görə insanlar virtual tanış olurlar?


Naməlum dostlara bu qeder inam nədəndir??Onlara qarıldıqımız vaxtları, onlarçün işlətdiyimiz ürəkdən sözləri, real yaxnlarımızdan nəyə görə əsirgəyirik? üzünü görmədiyimiz əlini tutmadıqımız göz təmasında olmadıqımız bu naməlum dostlar nəyə görə bizlərdə həyəcan oyadır? Onlarla yazışanda dilimizin tilsimi açılır. Ama realda susqun təbiətliyik evdə canparələrimizlə kəlmə kəsmirik. Necədə qəribə varlıqlarıq biz insanlar qanı qanımızdan olan insanlara qan uddururuq iki divarın arasında, ama məsələ virtual dostlara gəldiktə içimizi açıb tökürük. Bu nədən irəli gəlir? çəkilməməzlikdən? yəni insan qarşısındakını görmür deyə daha rahatdı? yox məncə bu insanda mənevi problem olduqunu göstərir. Lənətlendiyini göstərir təkcə yəhudilər yox hamımız lənətliyik. .Naməlum bir qəhrəman kimi gizlənirik monitor arxalarında və həyat macəramızın əskik tərəflərini gizləyərək yeni bir insanla onun hissləriylə qarşılaşmaq yeni bir həyəcan verir bizə. Öz hislərimizi naməlum birinə açırıq qarşı tərəfin gözündə yeni bir insan olaraq doquluruq və yeni bir qüsursuz insan oluruq. Yalanlar deyirik, birdən qarşıdakının xoşuna getməyə bilərik deyə. Tanışdıqımız hər insanda yenidən doquruq, o “kiçik” yalanlarımızla. Aldıqımız hər cavabda yenidən biz oluruq sanki. Xoşlayırıq belə anları. İstədiyimiz kimi oluruq onun yəni qarşıdakının gözündə. Həyat hər zaman belə olsun istəyirik bir birimizi tanımadan yaşasaq uzaqlarda . Bir söz qədər yaxında ama əsla qarşılaşmayacaq aqədər uzaqda .Yalnız və yalnız sözcüklərdən ibarət dostluqlar olsa. Yaşamın yükləri çökməsə dostluqlarımızın üzərinə. Bir sözcük qədər azad olsaq, bir musiqi kimi axıb getsək. Bu sehir heç vaxt pozulmasın istəyirik. Yeni bir MƏN axtararıq həyatda, elə MƏN ki qüsursuz. Qüsurları gizlədib saf bir insan kimi tanınmaq heç olmasa birinin gözündə. Bu bizi rahatladır. Kompyuterin yalnızlıqında oturub naməlum birindən gələn bir “salam” vəya “necəsən?” kəlməsi inanılmaz bir həyəcan və rahatlıq doqurur bizdə? niyə? lənətliyik?

Real insan nəfəsinin istiliyini verməyən heç bir əlaqənin daimi olmadıqını nəzərə çatdırmaq isəyirəm. Bütün bu həyəcanlar bir gün susar, virtual həyatın gətirdiyi rəngsiz həyatda məhv olar birgün. Ama real həyatın rəngarəngliyi solmaz heç vaxt. Kitabın qarşısında google, məktubun qarşısında chat, real dostların qarşısında virtual dostlar keçicidir, və heç vaxt insani duqularımızı təmin edə bilməzlər. Danışmaqı çox sevmirik ailəmizə soyuq davranarıq, bir gülər üzü əsirgəyərik ama internet adı gələndə yeni bir həyəcan oyanar. Qarşı tərəflə dialoqun cazibəsi inanılmaz bir həzz verir sanki unuduruq su kimi axan zamanı. Ama o zamanı realda doldura biləcək o qədər məşqulliyyət varki.. Bütün bu dediklərimdən hər halda mənim texnologiya, internet və.s düşmanı olduqumu olduqumu düşünə bilərsiz ama fərqi yoxdur istədiyiniz kimi düşünün. “Xoruz yox idi səhər açılmırdı?” düzdü atalar zarafatçıl olub səhər açılırdı ama rəngsiz açılırdı. Eybi yox belə olmaqdansa qoy elə olsun ama əlbət bir gün bütün bu həyəcanlar susar, virtual həyatın gətirdiyi rəngsiz həyatda məhv olar real həyatın rəngarəngliyi geri dönər. Düzdü internet əsrində yaşayırıq gənclərin hamısının virtual əlaqələr qurması bu baxımdan çox normaldır. Birdə günümüzün ən qabaqda gələn Virtual sevgililəri var. Gündə bir sevgili dəyişirik .. Təəssüfki biz oqlanlar qızları tez aldada bilirik. Oqlanlar tez və asan sevir və tez unudur. Qızlarsa gec və çətin sevir və gec unudur..Qızlar bizə inanıb dərhal romantik xəyallar qurmaqa başlayırlar. Heyif. İçimizdən bir aqıllı çıxıb o qızlara həqiqətləri göstərəndədə onlar həqiqətin bircə qramınada dayana bilmirlər. Bilmirlər. Saatlarla virtual insanlarla danışan birindən “neyləyirsən?” deyə soruşanda “dərtləşirik” deyib vicdanını rahatlatmaqa çalışır. Tanımadıqın biriylə insan necə dərtləşə bilər axı. Bir birinizi nə qədər tanıyırsınız. Yaxşı oqlanlar edir qızlara nə xəbərdi. Qızlarda yoldan çıxıb onsuzda.. Hamımızda səhvlər var və hamımız günahkarıq.. sadəcə bəzilərimiz bu halımızı görüb tez özümüzü düzəldə bilirk. Bir çoxumuzda batıb gedirik virtual fantaziyalarla...İnda yazını oxuyan hər kəs içindəki mənliyiylə dialoga girib müxtəlif bəhanələrlə özünü sakitləşdirməyə çalışacaq və “bu kimi virtual əlaqələr insanı rahatladır tanımasanda içini tökürsən rahatlayırsan” deyib təskinlik tapacaq . Mən bunu inkar etmirəm bir baxımdan düzdü elədi. Ama bunun nəticəsi yaxşı olmur.bu vəziyəti dəyişmək lazımdır. Və sonda Bertold Brechte qulaq verək: “Dünyanı dəyiş, onun buna ehtiyacı var..

Категория: Müxtelif | Просмотров: 750 | Добавил: PRinceSS_Of_LOvE | Рейтинг: 0.0/0
Всего комментариев: 4
0  
 
Məhəmmədəli yazdıki >> cox idi oxumaq olmadi yenedee twk 
__________
İstifadəçiəçi Adı:QaraQan_282
İP:188.253.134.179
Tarix: 15.06.2011 ,00:08.

0  
 
Ceyhun yazdıki >>
Menim fikrimce chatda oturan qizlarin 80 % duz adam deyil !!!!

thanksyou thanksyou thanksyou thanksyou
 
__________
İstifadəçiəçi Adı:KaPiTaN_BlAcK
İP:82.118.158.181
Tarix: 14.09.2009 ,22:15.

0  
 
fatinka yazdıki >> Artiq virtual tanışliq dovrun telebine cevrilire.istemeden insanlar (yeni gencler) eylence saytlarina daxil olduqda Chata girmek isteyirler.Mence bu normaldir. 
__________
İstifadəçiəçi Adı:fatinka
İP:62.217.147.21
Tarix: 14.09.2009 ,19:40.

+1  
 
rihanna yazdıki >> emiqizi niye bu qeder cox yazirsaneee 
__________
İstifadəçiəçi Adı:fionaaa
İP:82.118.157.37
Tarix: 09.09.2009 ,16:03.

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Вход на сайт
İstifadəçi Adı:  
Şifrə:

Поиск

Календарь
«  Sentyabr 2009  »
B.EÇ.AÇerC.AŞeBaz
 123456
78910111213
14151617181920
21222324252627
282930

Архив записей

Друзья сайта

Copyright MyCorp © 2024