Главная
Регистрация
Вход
Cümə
03.05.2024
04:04
Приветствую Вас Qonaq | RSS
WwW.282.CLaN.Su

Категории раздела
MP3 Avto dünya
Şekiller İSlam
Müxtelif Proqramlar
Oyunlar Letifeler
Şeirler Meqaleler
Kitablar Sevgi
Mobil dünya Texnologiya
Video Klip
Kino Prikol
HaCKeR RoCK
Show Biznes Xeberler
Deb İdman
Futbol 282 Həyatı
Rep

Наш опрос
Tom və Jerry cizgi filmində kimin tərəfindəsən ?
[ Netice · Diger ]
Cavablar: 105

Мини-чат

Статистика

Saytda Olanlar 2
Qonaqlar 2
İstifadəçilər 0

  

15:16
Opera səhnəmizin Gülçöhrəsi vəfat etdi (VİDEO)

 

Zamanında çox sevilən və ən arzulanan müğənnilərdən biri olan, Opera səhnəmizdə Gülçöhrəni, Nigarı, Əslini böyük məharətlə oynayan87 yaşlı Sona Aslanova Los-Anceles şəhərinin"Kaiser” xəstəxanasında vəfat edib.

Qeyd edək ki, 20 ilə yaxındır Amerikanın Los-Anceles şəhərində yaşayan Sona Aslanovanın bacısı qızı Nərminə Ələsgərova bir müddət əvvəl müğənninin komada olması barədəANS-ə məlumat vermişdi.

Səsi və mahnıları ilə yaddaşımıza dərin iz salan, mükəmməl yaradıcılığı və pedoqoji fəaliyyəti ilə Azərbaycan musiqisinin inkişafında özünəməxsus xidmətləri olan Sona Aslanova Bül-Bül və Rəşid Behbudov kimi Azərbaycan mədəniyyətinin məşhur simalarından biri hesab olunurdu.

Sona Aslanova 1924-cü ildə oktyabrın4-də Bakı şəhərində anadan olub. Ali və orta təhsilini doğma şəhərində alıb. Burada ailə qurub, sənət zirvəsinə yüksəlib. Özünə yüzlərlə pərəstişkar qazanan Sona Aslanovanın səsini dahi Üzeyir Hacıbəyov"Qəlbləri ovsunlayan səs” adlandırmışdı. Üzeyir Hacıbəyovdan dərs alan Sona Aslanova 200-dən çox mahnı ifa edib və 12 bədii filmə çəkilib."Bizim cəbiş müəllim”, "Görüş”, "Telefonçu qız”, "Bizim küçə”, "O qızı tapın” kimi filmdərdə yadda qalan obrazlar yaradıb.

1952-ci ildə Konservatoriyanı bitirəndən həmin tədris ocağında pedaqoq kimi çalışan Sona Aslanova 20-dən artıq kadrın yetişməsində fədakarlıq göstərib. İtaliyalı Sofe İkonovna Qorskadan dərs alan əməkdar artist uzun illər Azərbaycan televiziyası,Dövlət Filarmoniyası və estrada orkestrinin solisti olub. Azərbaycan və xarici bəstəkarlarının nəğmələrini böyük coşqu və məharətlə ifa edib.

Sona Aslanova 1994-cü ildən Amerika Birləşmiş ştatlarında yaşayırdı. Qeyd edək ki, Sona Aslanova 1956-ci ildə Xalq artsiti, 1959-cu ildə isə Şərəf nişanı ordeni adına layiq görülüb.
Категория: Müxtelif | Просмотров: 596 | Добавил: Ulvi_282 | Рейтинг: 0.0/0
Всего комментариев: 3
0  
 
Məhəmmədəli yazdıki >> Allah rehmet elesin 
__________
İstifadəçiəçi Adı:QaraQan_282
İP:213.154.15.19
Tarix: 20.03.2011 ,13:31.

0  
 
Leyla yazdıki >> Allah rəhmət etsin! agla 
__________
İstifadəçiəçi Adı:Leylashka
İP:81.21.91.40
Tarix: 10.03.2011 ,19:23.

0  
 
Leman_282 yazdıki >> Nə deyə bilərik Allah rəhmət etsin! agla 
__________
İstifadəçiəçi Adı:Ayka_282
İP:109.127.24.239
Tarix: 10.03.2011 ,18:08.

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Вход на сайт
İstifadəçi Adı:  
Şifrə:

Поиск

Календарь

Архив записей

Друзья сайта

Copyright MyCorp © 2024