Главная
Регистрация
Вход
Cümə Axşamı
02.05.2024
06:33
Приветствую Вас Qonaq | RSS
WwW.282.CLaN.Su

Категории раздела
MP3 Avto dünya
Şekiller İSlam
Müxtelif Proqramlar
Oyunlar Letifeler
Şeirler Meqaleler
Kitablar Sevgi
Mobil dünya Texnologiya
Video Klip
Kino Prikol
HaCKeR RoCK
Show Biznes Xeberler
Deb İdman
Futbol 282 Həyatı
Rep

Наш опрос
Əgər bir daha dünyaya gəlsəydin hansı cinsdə gəlmək istərdin ?
[ Netice · Diger ]
Cavablar: 149

Мини-чат

Статистика

Saytda Olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0

  

11:47
Orucu batil edən işlər - (II hissə)

 
6. Başı suya batırmaq
Vacib ehtiyata görə, oruc tutan şəxs bilərəkdən, hətta bədənin qalan hissəsi sudan çöldə olsa belə, başını tamamilə suya batırmamalıdır. Amma bədəninin hamısı, başın isə bir hissəsi suyun altına batsa, lakin başın bir hissəsi sudan xaric olsa, oruc batil olmaz. Başı gülab kimi mayelərə və başqa müzaf sulara batırmaq, mütləq suyun hökmündədir.
Əgər əvvəlcə başın bir hissəsini, sonra isə o biri hissəsini suya batırsa, orucu düzgündür. Lakin, bütün başını suya batırıb, yalnız saçıların bir hissəsi çöldə qalsa, orucunun eybi var.
Boğulan bir nəfəri xilas etmək üçün başını suya batırmağa məcbur olan şəxsin orucunun eybi var. Lakin, müsəlman bir şəxsi xilas etmək üçün bu işi görmək vacibdir və sonradan qəzasını tutmalıdır.
Əgər dalğıclar başlarını papaqları ilə örtüb, onunla suyun təkinə getsələr, orucları düzgündür.
Əgər oruc tutan şəxs ixtiyarsız olaraq suya düşsə, yaxud onu suya atsalar və başı suyun altına batsa, yaxud oruc olduğunu unudub, başını suya batırsa, orucu batil olmaz. Lakin, yadına düşsə, vacib ehtiyata əsasən, tez başını sudan çıxarmalıdır.
Əgər bir şəxs oruc olduğunu unudub qusul niyyəti ilə başını suya batırsa, oruc və quslu düzgündür. Əgər müəyyən bir vacib oruc tutduğunu bilib, qusul üçün qəsdən belə bir iş görsə, vacib ehtiyata əsasən, həm orucun qəzasını yerinə yetirməlidir və həm də yenidən qusl almalıdır.
http://s004.radikal.ru/i208/1008/92/377771388094.jpg
7. Sübh azanına qədər cənabət halında qalmaq

Vacib ehtiyata görə, bilərəkdən sübh azanına qədər qusl etməyən cənabətli şəxsin orucu batildir. Lakin, qusl etməyə imkanı olmasa və yaxud vaxt az olsa, təyəmmüm etməlidir. Amma (qusul verməməsi) bilərəkdən olmasa, orucu düzgündür. Heyz və nifas qanından təmizlənib, sübh azanına qədər qusl etməyən qadının hökmü cənabət qusulunda qalan şəxsin hökmü ilə eynidir.
Cənabət halında qalmaqla orucun batil olması yalnız ramazan ayına və onun qəzasına aiddir və başqa orucların batil olmasına səbəb olmur.
Əgər cənabətli olan şəxs ramazan ayında quslu unutsa və bir neçə gündən sonra yadına düşsə, cənabətli olduğunu yəqin etdiyi həmin günlərin qəzasını tutmalıdır. Məsələn, əgər üç, yaxud dörd gün cənabətli olduğunu bilmirsə, üç günün orucunu qəza etməlidir və dördüncü günün orucunu tutmaq isə ehtiyat müstəhəbdir.
Ramazan ayının gecəsində qusul və təyəmmümün heç biri üçün vaxtı olmayan bir şəxs, özünü cənabətli etsə, orucunun eybi var; ehtiyata görə, qəza və kəffarəsini yerinə yetirməlidir. Həmçinin, qüsl üçün yox, yalnız təyəmmüm üçün vaxtı olsa (qəza və kəffarəsini yerinə yetirməlidir).
Əgər, qüsl etmək üçün vaxtın olmasını düşünərək özünü cənabətli etsə və sonra vaxtın az olduğunu bilsə, təyəmmüm etsə, orucu düzgündür.
Ramazan ayı gecəsində cənabətli olan bir şəxs yatacağı halda sübhə qədər oyana bilməyəcəyini bilsə, yatmamalıdır. Əgər yatsa və sübhə qədər oyanmasa, orucunun eybi var və vacib ehtiyata əsasən, qəza və kəffarəsini də yerinə yetirməlidir. Lakin, oyanacağını ehtimal verdiyi halda yata bilər və ehtiyata əsasən, ikinci dəfə oyananda yatmayıb, qusl etməlidir.
Ramazan ayının gecəsində cənabətli olan şəxs bilsə, yaxud ehtimal versə ki, yatsa sübh azanından qabaq oyanacaq, bu halda oyanandan sonra qusul alacağını qərara alsa və bu niyyətlə yatıb, azana qədər oyanmasa, orucu düzgündür. Lakin qusul alacağını niyyət etməsə və ya tərddüd etsə ki, qusul edər, ya yox, bu halda oyanmasa, orucunun eybi var.
Əgər belə bir şəxs yatıb oyansa və yaxud bilsə və ya ehtimal versə ki, yatdığı halda sübh azanından qabaq qusul üçün oyana bilər və əgər yatıb oyanmasa, ehtiyata görə həmin günün qəzasını tutmalıdır. Həmçinin, üçüncü dəfə də yatıb oyanmasa, hökm eynidir. Lakin, bunların heç birində ona kəffarə vacib olmur.
Möhtəlim olduğu yuxu birinci yuxu hesab olmur, lakin o yuxudan oyanıb, ikinci dəfə yatsa, ikinci yuxu sayılır.
Gün ərzində möhtəlim olan şəxs tez qusul etməlidir, lakin əgər qusul etməsə, onun orucunun eybi yoxdur.
Əgər ramazan ayında sübh azanından sonra oyanıb, möhtəlim olduğunu görsə və bunun istər azandan qabaq, istərsə də sonra baş verdiyini bilsə, yaxud şəkk etsə, orucu düzgündür.
Ramazan ayının orucunun qəzasını tutmaq istəyən bir şəxs sübh azanından sonra oyanıb möhtəlim olduğunu görsə və sübh azanından qabaq möhtəlim olduğunu bilsə, əgər qəza orucunun vaxtı az deyilsə, vacib ehtiyata əsasən, başqa bir gündə oruc tutsun. Əgər qəza orucunun vaxtı azdırsa, məsələn, boynunda beş gün qəza orucu var və ramazan ayının başlanmasına da beş gün qalırsa, həmin günü oruc tutsun və orucu düzgündür.
Əgər mübarək ramazan ayında sübh azanından qabaq heyz və nifasdan pak olub qusul etməyə vaxtı olmasa, təyəmmüm etməlidir və orucu düzgündür. Lakin, nə qusul və nə də təyəmmüm etməyə vaxtı olmasa, (orucunu tutmalı), sonradan isə qusul etməlidir və orucu da düzgündür.
Sübh azanından sonra heyz və ya nifas qanından pak olan, həmçinin gün ərzində, hətta qüruba yaxın bir vaxtda heyz və nifas qanı görən qadın oruc tuta bilməz.
Əgər qadın sübh azanından qabaq heyz və yaxud nifasdan paklanıb səhlənkarlıq üzündən qusl etməsə, vacib ehtiyata görə, orucu batildir. Lakin səhlənkarlıq üzündən deyil, yalnız hamamın açılmasını və yaxud suyun isti olmasını gözlədiyi üçün azana qədər qusul etməsə, təyəmmüm aldığı halda onun orucu düzgündür.
Əgər istihazə halında olan bir qadın öz qusullarını istihazə hökmlərində deyilən qaydalara uyğun olaraq yerinə yetirsə, orucu düzgündür.
Meyyitə məss edən şəxs və boynunda məss-meyyit quslu vacib olan şəxs qusul almadan oruc tuta bilər. Hətta oruc halında da meyyitə məss etsə, orucu batil olmaz, lakin namaz üçün qusul etməlidir.
http://s004.radikal.ru/i208/1008/92/377771388094.jpg
8. Mayelərlə imalə etmək

Maye şeylərlə imalə etmək, hətta çarəsizlik üzündən bir xəstəliyin müalicəsi üçün də olsa belə, orucu batil edir. Amma müalicə üçün istifadə olunan qeyri-maye (şam kimi) eybi yoxdur. Ehtiyat vacibə əsasən, qidalanmaqdan ötrü qeyri-mayelərin istifadəsindən çəkinmək lazımdır.
http://s004.radikal.ru/i208/1008/92/377771388094.jpg
9. Qusmaq

Bilərəkdən qusmaq orucu batil edir. Hətta zəhərlənmədən qurtulmaq, xəstəliyi dərman etmək və s. səbəbilə olsa belə, (orucu batildir). Lakin, səhvən və yaxud ixtiyarsız olaraq qusmaq orucu batil etməz.
Əgər gecə bir şey yesə və bu yemək vasitəsilə gündüz ixtiyarsız olaraq qusacağını bilsə orucu batil olmaz. Lakin, ehtiyat müstəhəbbə görə bu işi görməməlidir. Bu işi gördüyü halda isə orucun qəzasını yerinə yetirməlidir.
Oruc tutan şəxsin zorla qusmağının qarşısını alması vacib deyil, lakin, zərər və məşəqqəti olmadığı halda onun qarşısını alması yaxşıdır.
Əgər yemək qalığı, milçək və s. kimi bir həşarat ixtiyarsız olaraq oruc tutan şəxsin boğazına getsə və çox aşağı getdiyindən çıxardılması mümkün olmasa orucu düzgündür. Bacardığı halda onu çıxarmalıdır və onu çölə çıxarmaq orucuna da heç bir zərər yetirməz. Əksinə, bu halda onu udsa, orucu batildir. Gəyirmək vasitəsi ilə boğazından qusmaq hesab olunan bir şeyin gəlməsinə yəqin edən şəxs bilərəkdən gəyirməməlidir. Lakin, yəqini olmadğı halda bunun eybi yoxdur və əgər geyirməklə ixtiyarsız olaraq ağzına bir şey gəlsə onu çölə boşaltmalıdır və əgər onu bilərəkdən udsa orucu batildir, lakin, ixtiyarsız olaraq udmağının eybi yoxdur.

Категория: İSlam | Просмотров: 746 | Добавил: Leylashka | Рейтинг: 0.0/0
Всего комментариев: 3
0  
 
Leman_282 yazdıki >> thanks 
__________
İstifadəçiəçi Adı:Ayka_282
İP:109.127.24.66
Tarix: 10.03.2011 ,11:16.

+1  
 
rihanna yazdıki >> sagol canim 
__________
İstifadəçiəçi Adı:fionaaa
İP:109.237.118.135
Tarix: 21.08.2010 ,13:58.

-1  
 
__________
İstifadəçiəçi Adı:Ulvi_282
İP:93.184.227.2
Tarix: 21.08.2010 ,11:57.

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Вход на сайт
İstifadəçi Adı:  
Şifrə:

Поиск

Календарь
«  Avqust 2010  »
B.EÇ.AÇerC.AŞeBaz
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031

Архив записей

Друзья сайта

Copyright MyCorp © 2024