Главная
Регистрация
Вход
Cümə Axşamı
09.05.2024
23:55
Приветствую Вас Qonaq | RSS
WwW.282.CLaN.Su

Категории раздела
MP3 Avto dünya
Şekiller İSlam
Müxtelif Proqramlar
Oyunlar Letifeler
Şeirler Meqaleler
Kitablar Sevgi
Mobil dünya Texnologiya
Video Klip
Kino Prikol
HaCKeR RoCK
Show Biznes Xeberler
Deb İdman
Futbol 282 Həyatı
Rep

Наш опрос
Saytdan razı ...
[ Netice · Diger ]
Cavablar: 101

Мини-чат

Статистика

Saytda Olanlar 2
Qonaqlar 2
İstifadəçilər 0

  

14:33
Səni çox sevirəm!


Günlərin bir günü bir tırtıl gözlərini dünyaya açır. İnstinktləri ilə hərəkət edib önünə nə gəlirsə yeməyə və yeni yuvasını qurmaga başlayır. Bir müddət sonra yuvasına girər və yenidən doğuşun möcüzəvi gözəlliyi ilə möhtəşəm bir kəpənək olaraq ucsuz-bucaqsız təbiət içində xoşbəxtliklə qanad çırpır. Kəpənək dağlar təpələr aşar meşələrin üzərindən keçər və bir vadidə dincəlmək üçün aşağıdakı çiçəklər arasına enir. Çiçəklərlə bəzənmiş bu cənnət küncündəki bir dənəsi o qədər çiçəyin arasında kəpənəyin bütün diqqətini çəkir və qarşıqoya bilmədiyi bir istəklə bu çiçəyin yanına uçur. Bu çiçək bir çobanyastığıdır. "Salam sizi uzaqdan gördüm amma yaxından çox daha gözəlmişsiniz" deyir kəpənək. Utanır çobanyastığı bütün utancaqlığı ilə "xoş gəldin məndə təklikdən çox sıxılırdım yaxşı ki gəldin" deyir. Və aralarında xoş bir söhbət başlayır bir-birlərinə özləri haqqında danışırlar və axşam olur.
Gecəni birlikdə keçirirlər səmaya dalıb ayı ulduzları seyr edirlər,dalıb eləcə yatıb qalırlar. Kəpənək səhər oyandığında çobanyastığını seyr edərək ona duyduğu hissin heyranlıqdan kənar bir duyğu olduğunu onsuz ola bilməyəcəyini hiss edir.Günəşin qızğın işıqlarının çobanyastığının narın yarpaqlarına zərər verməməsi üçün onun üzərində uçub ona kölgə edir ona sevgisini qışqırmaq istəyir ancaq "ya o məni sevməmişsə ya məni artıq yanın`da görmək istəməzsə" deyə qorxub hisslərini aça bilmir. Nə var ki çobanyastığıda eyni duyğular ilə yanmaqda və yenə eyni qorxu səbəbiylə eşqini etiraf edə bilməməkdədir. Bu şəkildə bir-birlərindən xəbərsiz iki sevgili saatlarla sürən xoşbəxt birliklərini davam etdirirlər. Və Kəpənək artıq yorğun düşdüyünü və getmə vaxtının gəldiyini hiss edir " mən artıq getməliyəm" deyir. Sonsuz bir ağrı içinə düşən çobanyastığı dərin bir kədər ilə " niyə yoxsa yanımda xoşbəxt deyilsənmi "deyə soruşur.
"Xeyr deyir kəpənək. Biz kəpənəklərin ömrü üç gündür və mən ömrümü tamamladım" deyir. Quru xəbər kimi bu sözlər çobanyastığının ürəyinə ox kimi batar həyata istəyini yox edir. Kəpənək son bir səylə "səni çox sevirəm" deyir. Çobanyastığı kədər içində ikən eşitmiş olduğu bu etiraf qarşısında sanki birdən donar qalar yalnız dodaqlarından "məndə" sözü zorla çıxır. Kəpənəyin ardından gözü yaşlı bir şəkildə baxarkən "məni sevirmiş! Bilsəydim kaş ki... Məndə daha əvvəl söyləyə bilsəydim kaş ki..." deyərək gözyaşlarını ürəyinə axıdır.
Bu kədər çobanyastığının həyata istəyini yox edir, ləçəkları saralıb solmağa bir-bir düşməyə başlayır. Hər yarpaq enişində içindən "məni sevirmiş" deyir.O gündən bu günə aşiqlər sevildiklərindən əmin olmaq üçün çobanyastığının yarpaqlarını qoparırlar sevir. .sevmir , sevir. .sevmir deyə...
Категория: Sevgi | Просмотров: 828 | Добавил: PRinceSS_Of_LOvE | Рейтинг: 0.0/0
Всего комментариев: 2
0  
 
Məhəmmədəli yazdıki >> muellife 16 
__________
İstifadəçiəçi Adı:QaraQan_282
İP:188.253.134.179
Tarix: 15.06.2011 ,00:03.

0  
 
rihanna yazdıki >> heves yoxdu oxumaga 
__________
İstifadəçiəçi Adı:fionaaa
İP:82.118.157.111
Tarix: 23.09.2009 ,16:58.

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Вход на сайт
İstifadəçi Adı:  
Şifrə:

Поиск

Календарь
«  Sentyabr 2009  »
B.EÇ.AÇerC.AŞeBaz
 123456
78910111213
14151617181920
21222324252627
282930

Архив записей

Друзья сайта

Copyright MyCorp © 2024