Главная
Регистрация
Вход
Cümə
26.04.2024
09:06
Приветствую Вас Qonaq | RSS
WwW.282.CLaN.Su

Категории раздела
MP3 Avto dünya
Şekiller İSlam
Müxtelif Proqramlar
Oyunlar Letifeler
Şeirler Meqaleler
Kitablar Sevgi
Mobil dünya Texnologiya
Video Klip
Kino Prikol
HaCKeR RoCK
Show Biznes Xeberler
Deb İdman
Futbol 282 Həyatı
Rep

Наш опрос
Kitab oxuyursan ?
[ Netice · Diger ]
Cavablar: 116

Мини-чат

Статистика

Saytda Olanlar 2
Qonaqlar 2
İstifadəçilər 0

  

09:12
Stilist Samir: Ən böyük qəddarlığı valideynlərimdən görmüşəm
 
Məşhur azərbaycanlı stilist Samir Əliyev şəxsi həyatı, yaradıcılığı və çetin keçən uşaqlığı ilə bağlı ANS PRESS-ə geniş müsahibə verib.

-Son zamanlar ANS TV-nin "İncə maraqlar” proqramında ekspert qismində görünürsən. "Toy olsun” layihəsinin iştirakçılarının imicini dəyişirsən. Buna nə dərəcədə nail ola bilirsən?
-Bizim xanımlarla işləmək çox çətindir. Çəkilişimiz səhər saat 8-dən axşam saat 17:00-dək çəkir. İştirakçıda demək olar ki, hər şeyi dəyişirik - qadınların yerişini düzəldirik, onlara geyimi təqdim etməyi öyrədirik.

-Xanımlarımızın zövqü səni qane edir?
-Bizim xanımlar nə istədiklərini özləri də bilmirlər. Bu gün baxırlar güzgüyə, özlərini gözəl görürlər. Amma sabah hansısa Hollivud ulduzunu görəndə özlərini ona oxşatmaq istəyirlər. Başa düşmürlər ki, ona oxşamaq üçün onun geyindiyi bahalı geyimi və ayaqqabını geyinmək vacib deyil. Xanımların çoxu başa düşmür ki, təkcə xaricən dəyişmək mümkün deyil, gərək daxilən də dəyişməyi bacarasan.

- Qadınları daxilən dəyişdirə bilirsən? Bir stilist kimi bu səndə alınır?
-Alınır, amma çox çətin. Çünki, bir günün içində bir insanı dəyişmək asan başa gəlmir. İş prosesi zamanı xanıma həm düzgün yeriş öyrədirəm, həm psixoloji cəhətdən məsləhət verirəm, onu dəyişməyə hazırlaşdırıram. Mən imici üzərində işlədiyim qadını psixoloji cəhətdən özümə inandırmasam onunla işləyə bilmərəm. Mən o xanımı inandırmalıyam ki, onun üçün seçdiyim paltarı geyinməlidir və onu insanlara düzgün təqdim etməlidir.

Bu yaxınlarda bir qız vardı, adını unutmuşam, düz ayaqları var idi. Amma çəkməni geyindikdən sonra elə yeridi ki, elə bildim ayaqları əyridir. Demək istədiyim odur ki, bizim xanımlarımızın çoxu sadəcə düzgün yeriməyi belə bilmir. Xanımlarımız öz üzərlərində hələ çox işləməlidirlər.

-Dediniz ki, müştərilərinizin imicini dəyişmək üçün onlara psixoloji məsləhətlər verirsiniz. Bu necə olur?
-Bəli, stilist həm də psixoloq olmalıdır. Mən psixoloq olmasam, qarşımdakına necə təsir göstərə bilərəm? Onu gərək psixoloji cəhətdən bu dəyişikliyə hazırlayım. "Toy olsun”un Natəvan adlı iştirakçısı ilə işləyəndə çox yoruldum. Onun kimi savadlı xanıma adi bir yerişi, çanta tutmağı öyrədə bilmədim. Hərdən təəccüblənirəm ki, necə olur axı, qadın qadın kimi yeriyə bilmir? Hər bir verilişdə mən məcbur qalıb qadın obrazına girirəm. Özümü qadın kimi hiss etdikdən sonra, artıq iştirakçıya necə yerimək lazım olduğunu göstərirəm. Bu çox çətindir. Çünki, mənim bədənimdə kişi ruhu var. Birdən-birə işimə görə dəyişilib qadınlaşmalısan və qarşındakı qadına yerişini-duruşunu öyrətməlisən.

-Bu yaxınlarda internet-forumların birində sizin haqqınızda yazılan bəzi şərhlər yəqin buradan qaynaqlanır. Siz efirdə peşənizi nümayiş etdirirsiniz, amma o insanlar bunu düzgün qəbul etmirlər.
-Bilirsiniz, mənim peşəm sırf peşəkar stilistikadır. Mən bərbər, vizajist deyiləm. Mən insanın görünüşünü, zövqünü dəyişirəm. Bu, asan alınmır. Bunu etmək üçün düşünməkdən əlavə, sən o obrazı yaşamalısan. Mən qarşımdakı xanımın obrazını yaşayıram, artıq özümü hiss etmirəm. Çünki, mən o qadının obrazında oluram. Bu, stilistika sənətinin incəlikləridir. Bizim sənətdə elə nüanslar var ki, onu demək olmaz.

Stilist sənəti əvvəllər nümayiş olunmurdu. İndi isə səhnə arxası baş verənləri tamaşaçılara göstəririk. Tamaşaçılar da bunu həzm edə bilmirlər. Necə yəni kişi qadın kimi yerisin, qadın hərəkətləri etsin?

-Samir, bu sözü demək məcburiyyətində qalıram. Daha çox sizin oriyentasiyanız müzakirə olunur. Bəlkə, efirdə özünüzü düzgün təqdim edə bilmirsiniz?
-Bəlkə də elədir... Mən bircə bunu demək istəyirəm ki, mən evdə, küçədə adi insanam. Amma efirdə peşəmlə məşğul olarkən yaradıcı insan oluram. Bu zaman mənim oriyentasiyamdan şübhə edə bilərlər. Amma mən efirdə heç kimə elan etmirəm, öyrətmirəm ki, "siz də mənim kimi olun!”. Mən qeyri-adi həyat yaşayıram. Necə ki, qadınlarla işləyərkən qadınlaşıramsa, kişilərlə işləyəndə də kişi obrazına girirəm. Bunun oriyentasiyaya aidiyyatı yoxdur.

Mən adi həyatda sadəcə həyatını yaşayan kimsəsiz bir insanam. Bu mənim adi həyatımdır, amma efirdə...

Heç bir insan istəməz ki, öz həyatını sənətinə qurban versin. Amma mən həyatımı sənətimə qurban verdim. Mənə xoş deyil ki, kimsə mənə gülsün, oriyentasiyamdan danışsın. Allah hərəyə bir missiya verir. Mən yaşadıqca hiss etdim ki, qeyri-adi insanam. Mən də istəyirəm ailəm, uşaqlarım olsun. Hamı kimi mən də normal həyat sürüm. Bilirəm ki, heç vaxt adi Samir ola bilməyəcəm. Çünki, həyatım elə gətirib ki, mən həyatı başqa cür görürəm, qeyri-adi həyat tərzi yaşayıram. Məsələn, gecələr insanlar rahat yatanda, mən fikirləşirəm ki, filan paltarı necə geyinmək olar, hansı rənglə hansı rəngi uyğunlaşdıra bilərəm? Ancaq öz sənətim haqqında düşünürəm. Sizin sualınızı hərdən mən də özümə verirəm, "mən kiməm?” Çünki, nə oyanlığam, nə bu yanlıq. Mənim nə qadına meylim yoxdur, nə kişiyə. Qadını və ya kişini sevmək mənə qəribə gəlir, bu necə ola bilər axı?

-Belə çıxır ki, ancaq sənətlə yaşayırsan? Razılaş ki, sənətlə yaşayan, yaradıcı insan tək sən deyilsən...
-Mənim qeyri-adiliyim ondadır ki, mən adi insanlar kimi deyiləm. İnsanlar var ki, qadına meylli olurlar, başqa kateqoriya insanlar kişiyə meylli olurlar. İnsanın bədənində həm kişi, həm də qadın hormonları var. İş bundadır ki, nə qədər ki, qadına meylli deyiləm, o qədər də kişiyə meylim yoxdur. Heç bir insan bunun əksini sübut edə bilməz.

-Sevgi deyilən bir şey var, bu yaşadək heç kimə qarşı bu hissləri yaşamamısınız?
-Belə şeylər mənə çatmır, axı necə sevmək olar? Bilirsiniz, bu nədən irəli gəlir? Bu başqa bir mövzudur. Əgər sənin cismində, ruhunda ana məhəbbəti yoxdursa, əgər sən valideyn məhəbbəti görməmisənsə, sən sevginin nə olduğunu haradan biləcəksən? Ümumiyyətlə, məhəbbətin nə olduğunu bilmirəm. Ata-ana sevgisi görməyən insan heç vaxt sevə bilməz! Dünyaya gələndən mən bu hisslərdən məhrum olmuşam. Kimsəsiz insan, ananın-atanın nə olduğunu bilmir, o necə sevə bilər? Kimsə anasını sevəndə, qucaqlayanda mən təəccüblənirəm. Bu hisslər mənə çatmır. Çünki, mən o sevgini görməmişəm.

Mənim üçün məhəbbət, sevgi qəddarlıqdır! Çünki, mən gözümü bu dünyaya açandan özümə qarşı qəddarlıq görmüşəm. Ən birinci qəddarlığı valideynlərimdən görmüşəm, atılmışam. Kimsəsiz bir körpə uşağın bu həyatda başına gələcək ən çətin anları yaşamışam. Döyülmüşəm, söyülmüşəm, arxamda duran olmayıb. Bir kimsəm olmayıb ki, tutub kənara çəkib desin ki, "dəymə ona”. Özümə qarşı çox pisliklər görmüşəm, çox əziyyətlər çəkmişəm.

İndi kimsə mənim oriyentasiyamdan danışanda fikirləşirəm ki, kaş heç olmasa elə olardım. Mən özüm bilmirəm kiməm? Çünki, mən heç vaxt bununla məşğul olmamışam, ola bilmirəm. Mən o hissləri yaşaya bilmirəm. Mənə qəribə gəlir, sən necə qızı və ya oğlanı sevə bilərsən, necə yaxınlıq etmək olar? Hər bir insanın öz həyatı var. Allah mənə qeyri-adilik verib, gec də olsa gözəl həyat, insanların sevgisini verib. Bu insanların sevgisi də mənə təəccüblü gəlir. Şəhərdə gəzəndə qadınlar, qızlar, oğlanlar, hamı mənə yaxınlaşıb sevgilərini bildirirlər. Deyirlər, sən necə maraqlı insansan, sən necə gözəl insansan!” Onların sevgisi mənə çox təəccüblü gəlir. Çünki, o insanlar doğulandan bəri məhəbbət görüblər, sevgi ilə əhatələniblər. Amma mən heç kimin məhəbbətini hiss etmirəm və heç kimə də qarşı məhəbbətim yoxdur!

-Yaşadıqlarının nəticəsi olaraq psixoloji travma almısan. Bu travmadan xilas olmağa cəhd göstərmisən?
-İstəyirəm, amma inanmıram alınsın. Çünki, yara çox dərindir.

-Sözsüz, kimsəsiz bir uşağın yaxşı bir stilist kimi yetişməsində sənin Allaha olan inamının böyük rolu var.
-Əlbəttə belədir! Keçmişimə baxanda mənim indiki uğurlarımı heç bir pulla almaq mümkün deyil. Əldə etdiyim uğurları heç bir bəndənin köməyi ilə qazanmamışam. Əldə etdiklərimi öz üzərimdə gecə-gündüz çalışıb qazanmışam. Uşaq evində bizə peşə öyrətdilər və mən də bu sənətə yiyələndim. Həyatda heç bir şey əldə etməyənlər yalnız tənbəllər və özlərini əziyyətə salmaq istəməyənlərdir. Mən inanıram ki, insan zəhmətlə ən uca zirvələri fəth edə bilər!

Yalnız Allah mənə bu yolu açıb, əl uzadıb. Mənə pislik etmək istəyən insanlar, heç mənim xəbərim olmadan öz cəzalarını alıblar. Mən sonra xəbər tutmuşam. Bu barədə çox faktlar açıqlaya bilərəm.

- Valideynlərinlə rastlaşsan, nə edərsən? Heç bu barədə fikirləşmisən?
-Sizə bir acı xatirəmi danışacam. Mən bunu heç kimə deməmişəm. Birinci dəfədir bu barədə danışıram. Bilgəhdə internatda olanda hər şənbə günü uşaqlar evlərinə gedirdilər və mən tək qalırdım. Uşaq iflici keçirdiyimdən danışa bilmirdim, gəzə bilmirdim. Sadəcə pəncərənin qabağında oturub ağlamağa başladım və Allaha yalvarmağa başladım. Dedim ki, ay Allah mən də anamın, atamın gəlməsini istəyirəm. İnanırsınız, bir gün keçdi, atam gəldi. Müəllim dedi ki, müdir səni yanına çağırır. Gördüm, yaşlı bir kişi pəncərənin kənarında oturub və mənə yaxınlaşmaq istəyir. Müdir erməni idi. Məndən soruşdu ki, "tebe zdes xoroşo?”. Mən də danışa bilmirdim, ancaq "ama” deyə bilirdim. Müəllim məndən soruşdu ki, "atan gəlib səni aparsa gedərsən?” Əlbəttə ki, gedərdim, bu mənim çoxdankı arzum idi. O kişi ayağa durub, ağlaya-ağlaya mənim üstümə gəldi. Erməni müdir əli ilə kişinin qolundan tutub, "otur yerinə!” deyə qışqırdı. Kişi yerində oturub ağlamağa başladı. Mən bilmirdim o kişi kimdir? Məktəbi qurtaranda, həmin müəllim mənə dedi ki, "Yadındadır, mən səni müdirin yanına aparmışdım”. Dedim, "yadımdadır”. Dedi ki, "müdirin otağındakı ağlayan kişi sənin atan idi”. Müəllimin o sözündən sonra mən daha da Allaha bağlandım. Çünki, Allah mənim yalvarışımı eşidib, atamı gətirmişdi və mən atamı bir dəfə də olsa gördüm.

-Bəs ananı görmüsən?
-Yox, bir dəfə də görməmişəm. Atam müəllimimə deyibmiş ki, mən anama çox oxşayıram. Anam diplomat olub, adı da Şahsənəm. İndi mənə desələr, anan tapılıb, get yanına. İndi mən başa düşmərəm bunu, artıq o insan yad adamdır mənə. Uşaqlıqda isə anamın gəlişini çox istəyirdim. Uşaqlıqda məni çox təkləmişdilər, çox incitmişdilər, çox işgəncələr vermişdilər. Mənə o zaman ana lazım idi... Çox axtardım onu. Amma indi...

-Müsahibəmiz sənə xoş olmayan xatirələri yada saldı. Müsahibəyə peşman deyilsən?
-Xeyr, əksinə xoş oldu. Sizinlə söhbətləşdikcə yüngülləşdim. 35 ildir qəlbimdə gəzdirdiyim yaraları heç vaxt açmıram. İlk dəfə idi, bir qismini sizinlə bölüşdüm. Məni yaxından tanıyanlar necə insan olduğumu bilirlər.

Sevginin nə olduğunu bilməsəm də, bütün insanlarla xoş münasibətdəyəm. Dostumla düşmənimə fərq qoymuram. Hamıya eyni xoş münasibət göstərirəm. Pislik etməyi bacarmıram və istəmirəm.

-Samir, sonda oxuculara nə sözün var?
-İnternetdə məni təhqir edənlərə sözüm var. Şərhlərdə "Samir sən Azərbaycana ləkəsən!”, "Allah sənə lənət eləsin” kimi fikirlər bildiriblər. Soruşuram, "Axı mən nə etmişəm?", "Öz millətimə qarşı satqınlıq etmişəm?" Mənə təklif edirlər, gedib hansısa bir ölkədə işləyim, hansısa brendi təqdim edim, külli miqdarda pul qazanım, amma getmirəm. Çünki, mən Azərbaycansız yaşaya bilmərəm. Məni bu dövlət böyüdüb və mən burada özümü arxayın, doğmaların arasında hiss edirəm. Amma sənətçilərimiz var ki, Xocalının soyqırımı günü başqa ölkələrdə konsertlər verirlər!
Категория: Xeberler | Просмотров: 1083 | Добавил: Eti_282 | Рейтинг: 0.0/0
Всего комментариев: 8
0  
 
ilkin yazdıki >> ULVIYE QOSULMURAM 2 
__________
İstifadəçiəçi Adı:sevirem_sevecem
İP:85.132.29.143
Tarix: 17.06.2011 ,14:59.

0  
 
Leyla yazdıki >> 2 
__________
İstifadəçiəçi Adı:Leylashka
İP:81.21.91.127
Tarix: 20.03.2011 ,22:57.

0  
 
ulvi zeynalli yazdıki >> Eti_282,Möhkəm Dur yıxılarsan 2 2 2 
__________
İstifadəçiəçi Adı:Ulvi_282
İP:88.151.194.9
Tarix: 20.03.2011 ,20:13.

0  
 
Eti yazdıki >> Məndə Ülvüyə qoşuluram,,, Ülvü tros ver bağlıyım , 1 , 
__________
İstifadəçiəçi Adı:Eti_282
İP:88.151.194.135
Tarix: 20.03.2011 ,18:40.

0  
 
Leyla yazdıki >> ülviyə qoşuluram 4 
__________
İstifadəçiəçi Adı:Leylashka
İP:81.21.91.15
Tarix: 20.03.2011 ,13:17.

0  
 
Leman yazdıki >> Məndə Ülviyə qoşuluram! 
__________
İstifadəçiəçi Adı:Ayka_282
İP:212.47.129.236
Tarix: 20.03.2011 ,12:35.

0  
 
Məhəmmədəli yazdıki >> ulvi ile raziyam 
__________
İstifadəçiəçi Adı:QaraQan_282
İP:213.154.15.19
Tarix: 20.03.2011 ,11:47.

0  
 
ulvi zeynalli yazdıki >> Müəllifə Tşk,Hər şey olur bu fani həyatda 
__________
İstifadəçiəçi Adı:Ulvi_282
İP:88.151.194.9
Tarix: 20.03.2011 ,11:10.

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Вход на сайт
İstifadəçi Adı:  
Şifrə:

Поиск

Календарь

Архив записей

Друзья сайта

Copyright MyCorp © 2024