Главная
Регистрация
Вход
Cümə Axşamı
09.05.2024
13:45
Приветствую Вас Qonaq | RSS
WwW.282.CLaN.Su

Категории раздела
MP3 Avto dünya
Şekiller İSlam
Müxtelif Proqramlar
Oyunlar Letifeler
Şeirler Meqaleler
Kitablar Sevgi
Mobil dünya Texnologiya
Video Klip
Kino Prikol
HaCKeR RoCK
Show Biznes Xeberler
Deb İdman
Futbol 282 Həyatı
Rep

Наш опрос
Ən maraqlı Azərbaycan TV-si ?
[ Netice · Diger ]
Cavablar: 147

Мини-чат

Статистика

Saytda Olanlar 3
Qonaqlar 3
İstifadəçilər 0

  

09:57
Türkiyə-Ermənistan arasında anlaşması baş tutdu
 
Türkiyə-Ermənistan arasında anlaşması baş tutdu

Sürixdə gərgin saatlar yaşandı...
 
282:
Bu gün axşam saatlarında Türkiyə və Ermənistan arasında İsveçrənin Sürix Universitetində uzun müddətdir müzakirə olunan protokolların imzalanması nəhayət baş tutdu.
282.CLaN.Su-nun verdiyi xəbərə görə, öncə imzalanma mərasiminin Bakı vaxtı ilə saat 20-00-da baş tutacağı gözlənilsə də, universitetin mətbuat konfransında tarixi anı gözləyən jurnalistlərə qəfildən, mərasimin qeyri-müəyyən müddətə təxirə salındığı xəbərini veriblər.
Daha sonra bəlli olub ki, Ermənistan özü tərəfindən irəli sürülən protokol bəndlərindən geri çəkilib. Daha doğrusu, törənin keçirilməli olduğu salona gəlməyən erməni nümayəndə heyəti, anlaşmaya qondarma soyqırımla bağlı bəndin də daxil edilməsini istəyib.
Türkiyə nümayəndə heyəti salonda tək qalınca, salonu tərk etmək məcburiyyətində qalıb.
İsveçrə yetkililəri Surix universitetinin mətbuat zalında gözləyən jurnalistlərin qarşısına çıxaraq, törənin qeyri-müəyyən müddətə qədər  təxirə salındığını təsdiqləyiblər.
ABŞ təmsilçisi İan Kelli, ABŞ Dövlət katibi Hillari Klintonun otelinə döndüyünü açıqlayıb. Kelli, Ermənistan xarici işlər naziri Edvard Nalbəndyanın Amerika nümayəndə heyətindən bir səlahiyyətliylə görüşünün gözlənildiyini qeyd edib.
Digər tərəfdən "Röyters" agentliyinin yaydığı xəbərə görə, tərəflər arasında ortaya çıxan problem imzalanmadan sonra mediaya veriləcək açıqlamaların mətni ilə bağlıdır. Daha sonra bu versiyanın daha doğru olduğu təsdiqlənib. ABŞ tərəfləri masa arxasında oturda bilmək üçün böyük səy sərf edib.

Nəhayət 3 saatlıq gecikməyə baxmayaraq, protokolların imzalanması baş tutub. Belə ki, tərəflər imzalanmadan sonra mediaya heç bir açıqlama verməmək barədə razılığa gəliblər.

Mərasimdə yalnız, bu iki ölkə arasında iki ildir tam məxfi şəraitdə davam edən danışıqlara danışıqlara vasitəçilik edən İsveçrənin xarici işlər naziri qısa giriş nitqi söyləyib, sonra Türkiyə və Ermənistandan olan həmkarlarını sənədləri imzalamağa dəvət edib. Amma o, bir qədər əvvəlki fikir ayrılıqları haqqında heç bir açıqlama verməyib.

Qeyd edək ki, mərasimə ABŞ dövlət katibi Hillari Klinton, Fransanın xarici işlər naziri Bernar Kuşner, Rusiyanın xarici işlər naziri Sergey Lavrov, Avropa İttifaqının xarici siyasət komissarı Havyer Solana, İsveçrənin xarici işlər naziri Mişelin Kalmi-Rey, Avropa Birliyinə sədrlik edən İsveçin xarici işlər naziri Karl Bildt, ATƏT və BMT-dən yüksək vəzifəli şəxslər də qatılıblar.
 

Nədən Sürix Universiteti?

Yetkililər imzalama törəni üçün niyə Sürix Universitetinin seçildiyi mövzusunda dəqiq bir açıqlama verməsələr də, onun İsveçrənin ən böyük universiteti olduğunu ifadə edərək, "Buradan bir çox Nobel mükafatı almış elm adamı çıxdı. Həm də Avropanın tarixi bir universitetidir"- deyə bildiriblər.
1833-cü ildə qurulan Sürix Universiteti, kilsə və krallara aid universitetlərdən sonra Avropada qurulan ilk dövlət universitetidir.

Bu sondurmu?

Qeyd edək ki, İsveçrənin vasitəçiliyi ilə Türkiyə və Ermənistan arasında danışıqlar demək olar tam məxfi şəraitdə aparılırdı. Ən həssas məsələ isə 1915-ci ildə Osmanlı İmperiyası parçalananda, erməni əhalisinin kütləvi şəkildə ordan qovulması barədə ziddiyyətli fikirlərin olması idi. Sonda Ermənistan tərəfi Türkiyənin bu məsələni tarixçi alimlərin öhdəsinə buraxmaq təklifini qəbul etdi. Əvəzində  Türkiyə də güzəştlərə getdi. Belə ki, Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazilərindən erməni qoşunlarının şərtsiz geri şəkilməsi bəndini bu razılaşmaya daxil etmədi.
Bununla belə, qeyd etmək lazımdır ki, protokollar imzalansa da, yalnız Türkiyə Böyük Millət Məclisində (TBMM) ratifikasiya edildikdən sonra qanuni qüvvəyə minəcək. Rəsmi Ankara hər nə qədər bunu açıq ifadə etməsə də, protokolların məhz Azərbaycanın "xeyir-duasından" sonra TBMM-də təsdiqlənəcəyi söylənilir.
 
 
 
 
 
 
 
 
Категория: Xeberler | Просмотров: 896 | Добавил: Eti_282 | Рейтинг: 0.0/0
Всего комментариев: 8
0  
 
ILKIN yazdıki >> hirslenmek istemirem 
__________
İstifadəçiəçi Adı:sevirem_sevecem
İP:85.132.29.234
Tarix: 01.07.2011 ,19:11.

0  
 
ASK yazdıki >> SENE GUVENDIYIM DAGLAR SENEDE QAR YAGARMIS
EGER SENE GUVENIRIKSE QARIN HAMISI BU DAGA YAGACAQ
 
__________
İstifadəçiəçi Adı:PRinceSS_Of_LOvE
İP:82.118.157.246
Tarix: 06.11.2009 ,17:53.

0  
 
LORD yazdıki >> Ehhh Bu ne millet Diye daha Biz Kime guvenek men ele bilirdim ki Bu turkiye Kisis adamdiyeee Ama Arvatdilar 
__________
İstifadəçiəçi Adı:Armaqidon
İP:82.118.142.19
Tarix: 14.10.2009 ,16:07.

0  
 
????? yazdıki >> Ehhhh mən türklərə çoxxx gövənirdim Dağlıq Garabağ alınanda türklərermelistanla sərhətləri bağladı vəermənistanınqarşıına şərt qoymuşdu ki Dağlıq Garabağ qayıdana kimi sərhetleri acmayacaq ve bizim millet Tükləri dost bildi sən demə insanın dost bildiyi insan düşmanan da betərmiş türklər özdərini temiz gözdən saldılar.

Nəysə bu uzun mövzudu xəbərə görə
thanksyou thanksyou thanksyou

ermənistan böyük həriflə yazılmağa ve rengli yazilmağa layiq deyil hirs hirs  

__________
İstifadəçiəçi Adı:Black-Life
İP:82.118.137.211
Tarix: 13.10.2009 ,22:37.

0  
 
Ceyhun yazdıki >>
Ey sənə güvəndiyim Dağlar.Sənində zirvəvə qar yağarmış

thanksyou thanksyou thanksyou
 
__________
İstifadəçiəçi Adı:KaPiTaN_BlAcK
İP:85.132.54.6
Tarix: 13.10.2009 ,16:19.

0  
 
fatinka yazdıki >> ee day kime guvenimiz qaldiyeee 
__________
İstifadəçiəçi Adı:fatinka
İP:62.217.147.45
Tarix: 12.10.2009 ,15:20.

0  
 
rihanna yazdıki >> mence de yeriyox 
__________
İstifadəçiəçi Adı:fionaaa
İP:82.118.156.228
Tarix: 12.10.2009 ,12:58.

0  
 
Ilqar yazdıki >> yeriyox
Xebere Gore thanksyou
 
__________
İstifadəçiəçi Adı:Prince_Of_Love
İP:85.132.19.80
Tarix: 11.10.2009 ,17:00.

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Вход на сайт
İstifadəçi Adı:  
Şifrə:

Поиск

Календарь
«  Oktyabr 2009  »
B.EÇ.AÇerC.AŞeBaz
   1234
567891011
12131415161718
19202122232425
262728293031

Архив записей

Друзья сайта

Copyright MyCorp © 2024