Главная
Регистрация
Вход
Bazar
19.05.2024
01:04
Приветствую Вас Qonaq | RSS
WwW.282.CLaN.Su

Категории раздела
MP3 Avto dünya
Şekiller İSlam
Müxtelif Proqramlar
Oyunlar Letifeler
Şeirler Meqaleler
Kitablar Sevgi
Mobil dünya Texnologiya
Video Klip
Kino Prikol
HaCKeR RoCK
Show Biznes Xeberler
Deb İdman
Futbol 282 Həyatı
Rep

Наш опрос
Əgər bir daha dünyaya gəlsəydin hansı cinsdə gəlmək istərdin ?
[ Netice · Diger ]
Cavablar: 149

Мини-чат

Статистика

Saytda Olanlar 2
Qonaqlar 2
İstifadəçilər 0

  

00:18
Virtual sevginin menfi ve musbet terefleri
 
Müasir gənclər ünsiyyət qurmaqda çox vaxt çətinlik çəkirlər. İnternet vasitəsilə tanışlıq əsasən, real həyatda ünsiyyət qurmağa vaxtı və cəsarəti olmayanları öz imkanları ilə cəlb edir. Təcrübə göstərir ki, internetdə ünsiyyət çox rahat keçir. Ancaq bunun əyləncə, yoxsa əsl hisslər olduğunu necə təyin etmək olar? Bunu bilmək çox asandır: əgər daim fikrinizdə onun sizə yazdığı ifadələr dolaşırsa, mail-ini gördükdə ürəyiniz tez-tez döyünürsə - bu elə virtual sevgi deməkdir. Men gənclərin, həmçinin orta yaşlı insanların da müraciət etdiyi virtual sevginin müsbət və mənfi tərəflərini sadalayır.

                                                                                         Müsbət tərəfləri:
1. İnternetdə 90-60-90 bədən ölçülərinə malik olmağınız, boyunuzun 170 sm-ə çatması vacib deyil.

2. Məhz burada siz öz ağlınızı və yumor hissinizi səhv başa düşülməkdən qorxmadan göstərə və sizə mənən yaxın olan insanı tapa bilərsiniz.

3. Şəbəkədə öz tələblərinizi və istəklərinizi açıq-aydın bildirə, deməli ünsiyyətdə olduğunuz adamdan nə gözlədiyinizi gizlətmədən açıqlaya bilərsiniz.

4. Onunla istənilən mövzunu on-line müzakirə edə, istədiyinizi deyə bilərsiniz, bununla belə, onun üçün sirr olaraq qala da bilərsiniz.

5. Hətta öz şahzadənizi tapmasanız belə, real həyata da keçirə biləcəyiniz çoxlu yeni dostlar qazanmış olacaqsınız.

6. Ən əsası - əgər sizə virtual görüş təyin ediblərsə, əyninizdə köhnə paltarın və ya saçlarınızda kəpəyin olmasının dərdini çəkməyəcəksiniz. Sadəcə, ayaq altında qalıb tapdalanmış kedləri və köhnə idman köynəyinizi geyinib klaviaturada necə cazibədar və valehedici olduğunuzu yaza bilərsiniz.

7. Əvvəllər ünsiyyət yalnız quru yazılarla kifayətlənirdisə, indi mikrofon və veb kamera sayəsində həmsöhbətinizi həm eşidə, həm də görə bilərsiniz. Bu, az da olsa, real ünsiyyəti əvəz edir.

8. İnternet evdən bayıra çıxmadan dünyanın istənilən nöqtəsində yaşayan insanlarla ünsiyyət qurmaq imkanı verir. Xaricilərlə və ya xaricdə yaşayan həmyerlilərlə danışmaq çox maraqlıdır. İnternet xarici vətəndaşla ailə qurmaq və ya xarici dili təkmilləşdirmək istəyənlər üçün çox yaxşı imkanlar yaradır.

9. Kiminlə danışmağa və münasibət qurmağa özünüz qərar verirsiniz. Adətən tanışlıq saytları geniş seçim imkanı verir, sizə yalnız ürəyinizə yatanı seçmək qalır.

10. Münasibətlərinizi tədricən, tələsmədən qura bilərsiniz. Üstəlik, real həyatdakından fərqli olaraq, virtual aləmdə lazımı anda ani qərar vermə riski olmur. Monitor arxasında oturarkən sizin həmişə düşünməyə, fikirlərinizi analiz etməyə, nə yazmaq istədiyinizə qərar verməyə vaxtınız və imkanınız genişdir.

                                                                              Mənfi tərəfləri:
1. Virtual obraza vurulan insan, daim öz qəhrəmanının xəyalıyla sanki virtual, uydurulmuş aləmdə yaşayır. Real insanlar, real hadisələr isə həyatında ikinci, hətta üçüncü dərəcəli rol oynayır.

2. Hər an ola bilər ki, çox gözəl şahzadə keçəl, barmağında nişan üzüyü olan "day-day", nəzakətli xəyalpərəst isə tatuirovkalı roker olsun. Hər halda real insan xəyalınızda canlandırdığınız obrazdan uzaq olacaq. Belə ki, bizim təxəyyülümüzdə ideal bir obraz formalaşır, heç bir real kişi isə idealla rəqabət apara bilməz.

3. Həmsöhbətiniz sizdən min kilometr uzaqda - başqa şəhərdə və ya başqa ölkədə yaşaya bilər. Onunla görüşmək sizin üçün əsl problemə çevriləcək.

4. Hadisələrin ən təhlükəli dönüşü isə: siz internetdən asılı vəziyyətə düşə bilərsiniz və onda real həyat virtualla müqayisədə sizin üçün daha az önəm kəsb edəcək.

5. Subaylıqda vaxtının çoxunu tanışlıq saytlarında, chat-da keçirənlər ailə həyatı qurandan sonra bu vərdişlərindən əl çəkə bilmirlər. Həyat yoldaşı ola-ola yeni tanışlıqlar qurur, başqaları ilə ünsiyyət yaradırlar. Bunun da xəyanətdən demək olar ki, fərqi yoxdur.

6. Bəziləri internetə əyləncə kimi baxırlar. Onlar ciddi sevgi axtarışında olmurlar. Belə bir insanla uzun müddət münasibət qurub ona bağlana bilərsiniz. O isə sizin hisslərinizlə oynaya bilər.

7. On-line dostunuz haqqında yalnız onun təqdim etdiyi məlumatları əldə edəcəksiniz. Bunların yalnış və ya doğru olduğunu yoxlamağa imkanınız olmayacaq.

8. Əgər nəyisə düşünmədən və sadəcə zarafat xatirinə yazıb göndərmisinizsə və bu da qarşıdakı tərəfin xətrinə dəyibsə, özünüzə bəraət qazandırmaq çətin məsələ olacaq. Belə ki, virtual aləmdə hissləri, emosiyaları ötürmək çox çətindir. Yenə də yaxşı ki, smaylikləri kəşf ediblər.

9. Britaniya alimləri müəyyənləşdiriblər ki, internet-yazışmada biz insanı sadəcə 3%, real görüşdə isə verbal nitqdən istifadə olunmasa belə 70% tanıya bilərik. Baxış, hərəkətlər və hətta qoxudan çox şey öyrənmək mümkündür.

10. İnternetdə elə birinə rast gələrsiniz ki, o sizin şəkillərinizi, haqqınızda bəzi məlumatları dostlarına yayar. Ona görə də ehtiyatlı olmaq lazımdır.

Nəticədə sonuncu məsləhət: "Virtual romanları ürəyinizə salmayın". Əslində biz hər şeyi çox gözəl anlayırıq. Axı adi həyatda internetdə olduğu kimi söhbət etmirik. Hər halda diskotekada sevgilinizlə Afrikadakı aclığı müzakirə etməyəcəksiniz ki?
Əlbəttə, chat-da real sevgini tapma şansları da böyükdür. Ancaq yaxşı olar ki, kompüteri söndürüb bayıra çıxasınız və monitordan qızarmış gözlərlə sizi əhatə edən aləmə baxasınız. Bəlkə də real şahzadənizi tapdınız, nə bilmək olar!

Virtual sevginin ən üstün cəhəti: Bilirsən ki, səni xarici görünüşünə görə yox, məhz özünü sevirlər.
Категория: Müxtelif | Просмотров: 1031 | Добавил: fatinka | Рейтинг: 0.0/0
Всего комментариев: 4
0  
 
Məhəmmədəli yazdıki >> tewekkur fati 
__________
İstifadəçiəçi Adı:QaraQan_282
İP:178.76.63.35
Tarix: 22.06.2011 ,13:32.

0  
 
ilkin yazdıki >> cool 
__________
İstifadəçiəçi Adı:sevirem_sevecem
İP:85.132.5.218
Tarix: 20.06.2011 ,15:40.

0  
 
SeCReT yazdıki >> tesekkkurler virtual sevgi off offfffffffffff 
__________
İstifadəçiəçi Adı:PRinceSS_Of_LOvE
İP:109.127.20.209
Tarix: 08.02.2010 ,14:18.

0  
 
Ilqar yazdıki >> yerivar yerivar yerivar thanksyou 
__________
İstifadəçiəçi Adı:Prince_Of_Love
İP:94.20.54.240
Tarix: 06.02.2010 ,17:07.

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Вход на сайт
İstifadəçi Adı:  
Şifrə:

Поиск

Календарь
«  Fevral 2010  »
B.EÇ.AÇerC.AŞeBaz
1234567
891011121314
15161718192021
22232425262728

Архив записей

Друзья сайта

Copyright MyCorp © 2024