Главная
Регистрация
Вход
Bazar
05.05.2024
04:11
Приветствую Вас Qonaq | RSS
WwW.282.CLaN.Su

Категории раздела
MP3 Avto dünya
Şekiller İSlam
Müxtelif Proqramlar
Oyunlar Letifeler
Şeirler Meqaleler
Kitablar Sevgi
Mobil dünya Texnologiya
Video Klip
Kino Prikol
HaCKeR RoCK
Show Biznes Xeberler
Deb İdman
Futbol 282 Həyatı
Rep

Наш опрос
Virtualda sevgiyə necə baxırsız ?
[ Netice · Diger ]
Cavablar: 105

Мини-чат

Статистика

Saytda Olanlar 2
Qonaqlar 2
İstifadəçilər 0

  

14:42
Əvvəli rəhmət, ortası bağışlanma və Qədr Gecəsində Savab Olan Əməllər
 

Əvvəli Rəhmət, ortası bağışlanma, axırı cəhənnəm atəşindən azadlıq



Ayların sultanı mübarək Ramazan ayının astanasındayıq. Bu mübarək ayın nuraniyyəti sovet dönəminin allahsızlıq zülmətinin qara pərdələrini yararaq insanların qəlbində ildən-ilə daha da möhkəm yer tutur. Çox böyük bir işıqverici və təmizləyici mahiyyəti var bu ayın. İslami kimliyə, İslamın gerçək mahiyyətinə bilavasitə aid olan bir prosesdir bu. İnsanlar öz Rəbbi ilə razu-niyaz edir, əhd-peymanlarını təzələyirlər. Uca Allahdan hər birimizin bu nuraniyyət çeşməsindən bəhrələnməmizi müvəffəq etməsini diləyirik!

Səyahət ovqatı



Bu ilimizdə mübarək ay yayın isti mövsümünə təsadüf edir. Yay insanların adətən dincəldiyi, ümumiyyətlə, ilin dincəlməklə bağlı hissəsi kimi qəbul olunan bir mövsümdür. Və bu əlaqədə bir maraqlı cəhət sezilir. Səyahətlərin təşkili, istirahətlərin təşkili ilə məşğul olan şirkətlər bütün il boyuna nisbətən bu mövsümdə daha fəal olur. Öz təbliğatlarını aparır, reklamlarını yerləşdirir, işlərini təşkil edirlər. O cümlədən potensial istifadəçilərin ünvanlarına reklam xarakterli məktublar göndərirlər. Və bunlarda səyahət təklifləri, necə və haraya getməyi məsləhət görmələri haqqında geniş və müfəssəl məlumatlar təqdim edirlər.
Maraqlı cəhətdir ki, səyahətlə əlaqədar olan qurumlar bu prosesə yayın daxil olmasından öncə başlayırlar. İnsanların diqqətini təmərküzləşdirməyə çalışır, dərinə getdikdə bir növ proqramlaşdırırlar insanları. "Belə etsəniz yaxşıdır”, "indidən hazırlığınızı görün”, "filan yer bu il dəbdədir” kimi altdan-altdan müəyyənedici impulslar ötürürlər potensial müştərilərinə. Yayda bu proses müxtəlif amplitudla baş verir. İndi son fürsətlərdə bu iş yeni nəfəs almış kimi bir mərhələyə qədəm qoyur.
Bu prosesi bir qədər tədqiq etdikdə maraqlı nəticələr çıxır. Səfərə hazırlıqla bağlı yalnız bir dildə məlumat axtarışı verdikdə internetdə minlərlə nəticə üzə çıxır. Sorğunu bir qədər dəyişdirəndə "Səyahətçi nəyi bilməlidir” sualına internetdə on minlərlə cavab çıxır. Maraqlısı budur ki, bu bilgilər öz növbəsində 2 xarakterlidir. Bəziləri ümumi kateqoriyaları əhatə edir, digərləri konkret məkan və zamana aid məsələləri işıqlandırır, xüsusi tövsiyələr verir.
Bundan əlavə, bu və ya digər məkana səfərlə bağlı, bu və ya digər turoperatorlarla bağlı, konkret mehmanxana, kurortla bağlı təəssüratlar, şərhlər də geniş surətdə təqdim olunub.
Bunlar hamısı nəyə dəlalət edir? Bu yüksək maraq və geniş, dərin araşdırma nəyin göstəricisidir? İnsanlar getdikləri yer barədə tam və dolğun məlumata malik olmaq istəyirlər ki, istirahət vaxtlarından maksimal səmərəli istifadə etsin və məyusluq hissi keçirməsinlər.


İlahi ziyafətə hazırlıq



Bu bəhsə toxunmaqda məqsəd odur ki, hal-hazırda böyük bir mənəvi səfərin astanasındayıq. İlahi ziyafətə hazırlıq astanasındayıq. Bir aya qədəm qoyuruq ki, bu ayın içində bütün nemətlər bəşər övladı üçün Uca Rəbb tərəfindən hazır edilmişdir. Və hər bir kəsin bəhrələnməsi, onun bu səfərə necə hazırlaşmasından asılı olacaq. Bəli, onu da qeyd etmək lazımdır ki, insanlar səyahətlərinə, istirahətlərinə getdikləri zaman topladıqları məlumatları, böyük səylə apardıqları araşdırmaları bu böyük mənəvi səfərdən öncə o qədər də tətbiq etmirlər. Araşdırma aparmırlar ki, bəs bu nə aydır, bu ayın hansı xüsusiyyətləri var, bu aya hansı azuqə ilə getmək lazımdır, bu səfərdən əliboş qayıtmamaq üçün nələri götürmək lazımdır, nələrdən isə imtina etmək gərəkdir və s.
Dini mühitdə az-çox məlumat mübadiləsinə, əlbəttə ki, rast gəlinir. Amma geniş insan toplumunda bir təbil çalınması, "Ey insanlar, xəbəriniz varmı, böyük bir səfərin astanasındayıq. Bu mənəvi səfərə hazır olmaq üçün indidən gərək işlər görək” deyə ayıldıcı xəbərdarlıqlar eşidilmir.


Hər günü bir fürsət



Bu ayın digər cəhətləri olaraq bu ayın əvvəlinin, ortasının və axırının müəyyən məqamları qeyd olunur. İnsan bir yerə gedəndə oranın giriş-çıxışı ilə maraqlanması təbiidir. Mübarək ilahi ziyafətə gələn insan da bilməlidir ki, bu aya hansı vəziyyətdə girmək və bu aydan hansı durumda çıxmaq olur. Bu aya daxil olmaq rəhmətlədir. Hər kim bu səfərə çıxırsa, Allah-Təalanın rəhməti onu müşayiət edir. Ortasında məğfirət və bağışlanma insanın dadına yetir. Bütün səhv və xətalarını, mənfiliklərini tökür qəlbindən və təmizlənmiş bir durumla daxil olur ayın ortasına. Və məntiqi nəticə olaraq bu durumu saxladığı təqdirdə cəhənnəm atəşindən sığortalayır bəndə özünü. Onun cisminə haram olur cəhənnəm odu. Yaxınlaşa bilmir ona.
Yəni hər bir mərhələdə insan öz daxilində bir tarazlıq yaratmalı, bir uyğunlaşma bərqərar etməlidir. Başlanğıcında ilahi rəhməti qəlbinə hopdurmaq iqtidarında olmaq. Ortasında Ramazan ayının tövbə və istiğfarının cavablandırılması üçün vücudunu təmərküzləşdirmək. İradəsini məğfirət əldə etməyə doğru yönəltmək. Sona yaxın bilməlidir ki, artıq cəhənnəm atəşindən qurtulmaq vaxtıdır.
Rəsuli-Əkrəm (s) şaban ayının axırıncı günündə mömin və möminələri toplayıb bu həqiqətləri onlara çatdırarmış.

İnsana tərəf üz tutan ay



Digər hədislərdə Ramazan ayına bir neçə gün qalmışdan bəri olan hazırlıqlar barədə nəql olunur. İmam Muhəmməd Baqirdən (ə) nəql edirlər: "Şaban ayının sonuna 3 gün qalmış Allahın Rəsulu (s) Həzrət Bilala göstəriş verərdi ki, camaatı toplaşmağa səsləsin. Camaat toplaşanda Allahın Rəsulu (s) minbərə qalxar, Allaha həmd-səna söyləyəndən sonra buyurardı: ”Ey insanlar! Həqiqətən bu ay sizə tərəf üz tutub və bu ay bütün ayların ağasıdır. Onda bir gecə vardır ki, 1000 aydan üstündür. Bu ayda cəhənnəmin qapıları bağlanar, cənnətin qapıları açılar. Kim bu ayda yaşasa və bağışlanmasa, Allah-Təala onu Öz rəhmətindən uzaqlaşdırar".Buradan görürük ki, bu ayın insanlara tərəf üz tutmasından danışılır. Allah-Təalanın rəhməti o qədər böyükdür ki, insanın mübarək aya tərəf getməsi tələb olunmur, bu ay bütün rəhmət və fəzilətləri ilə özü insana tərəf gəlir...
Bir var insan getsin fürsətləri axtarıb tapsın. Bir də var bu fürsətlər özü gəlib insanı tapsın. Bəhrələnib-bəhrələnməmək isə insanın özündən asılıdır.
Sonra bu ay tanıtdırılır, onun bütün ayların sultanı olduğu bildirilir. O biri aylarda islah oluna bilinməyən xasiyyətlər bu ayda düzəlir. O biri ayda meydana çıxan çətinliklər, ruhi problemlər bu ayda asanlıqla öz həllini tapır. Ayın əsas xüsusiyyəti kimi 1000 aydan üstün bir gecəyə malik olması bildirilir. Əsas nemət kimi bu çatdırılır. Bu ayda cəhənnəmin qapıları bağlanar və cənnətin qapıları açılar.
Sonda ayıldıcı bir mesaj verilir: bu ayı yaşayan, amma bağışlanmayan insan özünü ilahi mərhəmətdən məhrum edər. O qədər vücudi tənbəl olmalıdır, o qədər süst olmalıdır ki, bacarıqsızlıq göstərməlidir insan ki, bu böyüklükdə rəhmət okeanından bir şey apara bilməsin. Əslində onun əməlləri səbəb olar ona ki, özünü Allah-Təalanın rəhmətindən məhrum edər.


Həzrət Peyğəmbərin (s) Ramazan ayı öncəsi müraciəti



Əziz Peyğəmbərimiz (s) bir neçə gün öncədən müsəlmanlara xitabən xüsusi çağırışlarını edərdi. Həzrət Salman buyurur: "Şaban ayının sonuncu günündə Peyğəmbər (s) bizim üçün Ramazan ayının fəziləti haqqında bir xütbə söylədi. Özünün bu xitabında buyurdu: ”Ey camaat! Həqiqətən sizin üzərinizə əzəmətli və mübarək bir ay kölgə salıb. Bir ay ki, onda 1000 aydan üstün gecə var. (Bir ay ki,) onda Allah-Təala orucunu vacib qərar vermişdir. Və gecələrini ibadətlərdə keçirməyi bəyənilmiş və müstəhəb qərar vermişdir".
Xütbənin sonunda Həzrət Peyğəmbər (s) buyurmuşdur: "Bu, bir aydır ki, bərabərlik ayıdır. Bir aydır ki, möminin ruzisi bu ayda artar. Bir aydır ki, əvvəli rəhmət, ortası məğfirət və bağışlanma, axırı cəhənnəm atəşindən azadlıqdır. Və bu ay mömin üçün bəhrə və fayda ayıdır, münafiq üçün zərər ayıdır”.Yəni artıq səfərə çıxacağıq. Artıq yol başlayır. Bəyan edilir ki, bunda 1000 aydan artıq bir gecə var. Yenə də səyahət və səfərlə analogiya aparaq. İnsan bir yerə səyahət edəndə o, mütləq həmin yerin ən görkəmli, ən diqqətəlayiq məkanını ziyarət edir. Bu yer Çindirsə - "Böyük Çin səddi”ni, Moskvadırsa - Kremli və Qızıl meydanı, Hindistandırsa - Tac-Mahalı, Misirdirsə - ehramları, Bakıdırsa - Qız qalasını, Parisdirsə - Eyfel qülləsini, Londondursa - Vesminster sarayını, kurort zonasında - hansısa bulağı, zirvəni və s. İndi bu mənəvi səfərdə vurğulanır ki, ən mühüm bir gecə var bu ayda. Rəsuli-Əkrəmin (s) dilindən çatdırılır ki, bu ayda 1000 aydan üstün bir gecə var


İblisə qələbə çalma fürsəti



Sanki bu duada Əmirəlmöminin (ə) bizə öyrədir bu ayın imkanlarını, bu ayın istedadlarını. Bu ayın fəzilətlərinə sahib çıxmağın yolunu göstərir insana. Bəlli edir ki, Ramazan ayında nə qədər xeyir və yaxşılıqlar var ki, saya və təsvirə gəlmir - hamısı istənilə bilər Rəhim Allahdan.
Bu ayın şeytan üzərində fəth və qələbə təmin etmək istedadı var. İnsan istəməlidir bunu. İnsan bu ayda lənətlik iblis üzərində qələbə çala bilər. Özünü bir duruma gətirə bilər ki, iblis ona vəsvəsə etmək iqtidarında olmaz. Qələbəni istəməlidir insan. Və olacaq bu qələbə.
Nuraniyyət, işıqlandırılma istənilir Uca Allahdan. Bu ayda işıqlandırma qabiliyyəti var və istəyən bəhrələnə bilər bu nuraniyyətdən.
Bu ayın içində çoxlu işi var bəndənin. Onların həyata keçirilməsində kömək istəyir bəndə.
Bu ayın saysız-hesabsız nemətlərini istəyir bəndə.
Bu ayın fiziki və mənəvi paklığını istəyir bəndə.
Bu ayın ruzisini - istər mənəvi, istər maddi - istəyir Rəbbindən bəndə.
Bu ayda olan və bundan sonra olan xeyir və yaxşılıqlar var. Onları istəyir bəndə.
Bu ayda insanı pusan şər və xətalardan nicat istəyir, Rəbbinə sığınır bəndə. Hər batildən, hər mənasız şeydən pənah aparır Allahına bəndə.
Sanki bir mübarək dalğadır, insanın üstünə gəlir Ramazan ayı. Və bəndə diləyir Rəbbindən ki, bu dalğa ruhi-mənəvi, psixoloji, maddi əmin-amanlıqla, salamatlıqla, imanla, həqiqi müsəlman olmaq neməti ilə, bərəkət və təqva ilə, Allahın sevdiklərini sevməklə dolu gəlsin.
"Qoy bu ayda mən tənzimləyim özümü. Mühit məni tənzimləməsin” - deyir bəndə. "Qoy mən Sənin sevdiklərini sevim, Allahım...”
Allah-Təala bizi bu səfərə hazır etsin və burada olan nemətlərdən bəhrələnmək tofiqini qismət etsin! AMİN!



Qədr gecəsinin fəzilət və əməlləri



Qədr gecəsində edilən və savab olan əməllər.

1)Qüsl etmək. Qüsl edərkən belə niyyət etməlidir: "Əhya gecəsinin qüslünü edirəm qürbətən ilallah". Bu qüslün böyük savabı vardır.
2)Səhərə qədər oyaq qalıb ibadətlə məşğul olmaq. Səhərə qədər oyaq qalıb ibadətlə məşğul olmağın mənası budur ki, insan Quranı qarşılayaraq deyir: "İlahi, sən bu gecə mənə Quran nazil edirsən və mən də bu gecə səhərə qədər oyaq qalıb onu qarşılayıram."
3)Məscidə getmək. Məscidə getməyin mənası budur ki, insan öz məqsədini təyin edir. Yəni: "ey Allahım, bu gecə mən fəsad və pozğunluq olan yerlərə gedə bilərdim. Lakin mən sənin razılığını qazanmaq üçün Sənin evinə gəlmişəm və gələcək xoşbəxtliyimi müəyyənləşdirirəm."
4)Qədr gecəsinin namazı, Qədr gecəsində qılınan namazın böyük şərəfatə vardır. Qədr gecəsinin namazı məğrib və işa namazları ilə sübh namazı arasındakı vaxtda qılınır. Qədr gecəsinin namazının qaydası belədir:
Niyyət: "Qədr gecəsinin namazını qılıram qürbətən ilallah". Sübh namazı kimi iki rəkətlidir. Lakin hər həmd surəsindən sonra 7 dəfə mübarək "İxlas" surəsi oxunmalıdır. Namazı qurtardıqdan dərhal sonra alını səcdəyə qoyaraq yetmiş dəfə "Əstəğfirullahə və ətubu iləyh" deyilir.
İmam Sadiq (ə) buyurur: "hər kəs bu namazı qıldıqdan sonra səcdəyə gedib yetmiş dəfə "Əstəğfirullahə və ətubu iləyh" deyərsə, səcdədən qalxmamış Allahu-təala (c.c.) onun özünün və ata-anasının günahlarını bağışlayar."
5) Quranı başa qoyub Allahu-təalanın (c.c.), peyğəmbərin və imamların adlarına and verməklə Allahu-təaladan (c.c.) günahlarının bağışlanmasını, dünya və axirət istəklərini bildirmək. Bu əməlin mənası Allahu-təalanın (c.c.) insan üçün göndərdiyi kitabı başı üstə qoruyub saxlamaq deməkdir. Yəni: "Ey Allahım, Sən mənə hörmət edib kitab göndərirsən, mən də onu özüm üçün rəhbər və yol göstərən təyin edir və onu həmişə başım üzərində qoruyub saxlayacağam". Həzrət Peyğəmbər (s.a.a.v.) buyurur: "Hər kəs Quranı özünə rəhbər edərsə, Quran onu Cənnətə aparar. Hər kəs Quranı arxada qoyarsa və onu özünə rəhbər etməzsə, Quran onu cəhənnəmə tərəf yönəldər." (Yəni, hər kim Quranı oxuyub ona əməl edərsə və ona tabe olarsa, Quran onu Cənnətə aparıb çıxarar. Lakin Qurana tabe olmayan şəxs, Quran oxumağına baxmayaraq, Cəhənnəmə vasil olar.)
Quranı başa qoyub Allahu-təalaya (c.c.) və 14 məsuma and verməyin mənası budur ki, "Ey Allahım, mən Sənə və Sənin ən istəkli bəndələrinə and verib tövbə edirəm və səndən öz istək və ehtiyaclarımı diləyirəm."
Quranı baş üzərinə qoyub dua etməyin qaydası belədir:
Əvvəl Quranı açıb bu duanı oxumaq lazımdır:
Əllahummə inni əsəlukə bikitabikəl-munzəl. Və ma fihi və fihi ismukəl əkbər. Və əsmaukəl-husna. Və ma yuxafu və yurca ən təcələni min utaikə minən-nar.
Əllahummə bihəqqi həzəl-Quran və bihəqqi ən ərsəltəhu bih. Və bihəqqi kulli muminin mədəhtəhu fihi. Və bihəqqikə ələyhim fəla əhədə ərəfu bihəqqikə mink.
Sonra Quranı baş üzərinə qoyub aşağıdakıların hərəsini on dəfə de:
Bikə ya Allah (10 dəfə)
Bi Muhəmmədin (10 dəfə)
Bi Əliyyin (10 dəfə)
Bi Fatimətə (10 dəfə)
Bil Həsəni (10 dəfə)
Bil Hüseyni (10 dəfə)
Bi Əli ibn Huseyn (10 dəfə)
Bi Muhəmməd ibn Əli (10 dəfə)
Bi Cəfər ibn Muhəmməd (10 dəfə)
Bi Musa ibn Cəfər (10 dəfə)
Bi Əli ibn Musa (10 dəfə)
Bi Muhəmməd ibn Əli (10 dəfə)
Bi Əli ibn Muhəmməd (10 dəfə)
Bi Həsən ibn Əli (10 dəfə)
Bil Huccəti (10 dəfə)
Bu mübarək adlara and verən zaman Quran başa qoyulur. Andlar qurtardıqdan sonra Allahu-təaladan (c.c.) günahların bağışlanması və diləklər istənilir. Çünki bu adlara and verdikdən sonra insanın duaları mütləq qəbul olunur.
6) İmam Əli (ə) və İmam Huseyn (ə) ziyarətnaməsini oxumaq.
7) 100 rəkət (sübh namazı kimi) müstəhəbbi namaz qılmaq. (Boynunda qəza namazı olan şəxs 6 günlük qəza namazlarını qıla bilər. Bunun savabı həm 100 rəkətli müstəhəb namazın savabını ödəyər, həm də 6 günlük qəza namazını qılmış olar.)
8) Peyğəmbər (s.a.a.v.) və Əhli-Beytinə salavat göndərmək.
9) Cövşən-kəbir duasını oxumaq
10) həzrət Əli (ə)-ın qatilinə lənət oxumaq. Yüz dəfə "Əllahummələn qətələtə əmirəl-möminin" (Yəni: "İlahi, Əli (ə)-ın qatillərinə lənət et").
11) Yüz dəfə "Əstəğfirullahə rəbbi və ətubu iləyh" demək və tövbə etmək. Bu əməlin mənası belədir: İnsan keçmişdə etdiyi günahlardan peşman olub gələcəyini abadlaşdırmaq üçün Allaha söz verir. Yəni: "Ey Allahım, bu günə qədər mən səhv yolda olmuşam. Lakin bu gündən Sənin bütün əmrlərinə tabe olacaq və bir daha günah etməyəcəyəm."

Категория: İSlam | Просмотров: 719 | Добавил: Armaqidon | Рейтинг: 0.0/0
Всего комментариев: 4
0  
 
ulvi zeynalli yazdıki >> müəllifə təşəkkür. 
__________
İstifadəçiəçi Adı:Ulvi_282
İP:93.184.227.2
Tarix: 26.08.2010 ,17:12.

0  
 
rihanna yazdıki >> tesekkurler ozum oruc tutmuram amma tutanlara sebr dileyirem 
__________
İstifadəçiəçi Adı:fionaaa
İP:109.237.127.34
Tarix: 26.08.2010 ,15:46.

0  
 
SeCReT yazdıki >> Allah oruc tutanlarin oruclarin qebul etsin mende icerisinde 
__________
İstifadəçiəçi Adı:PRinceSS_Of_LOvE
İP:109.127.21.2
Tarix: 26.08.2010 ,15:25.

0  
 
Ruslan yazdıki >> ALLAH BUTUN ORUC TUTANLARIN ORUCUNU QEBUL ELESIN AMIN!!!  
__________
İstifadəçiəçi Adı:Armaqidon
İP:81.17.90.170
Tarix: 26.08.2010 ,15:04.

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Вход на сайт
İstifadəçi Adı:  
Şifrə:

Поиск

Календарь
«  Avqust 2010  »
B.EÇ.AÇerC.AŞeBaz
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031

Архив записей

Друзья сайта

Copyright MyCorp © 2024