Главная
Регистрация
Вход
Bazar
28.04.2024
21:00
Приветствую Вас Qonaq | RSS
WwW.282.CLaN.Su

Категории раздела
MP3 Avto dünya
Şekiller İSlam
Müxtelif Proqramlar
Oyunlar Letifeler
Şeirler Meqaleler
Kitablar Sevgi
Mobil dünya Texnologiya
Video Klip
Kino Prikol
HaCKeR RoCK
Show Biznes Xeberler
Deb İdman
Futbol 282 Həyatı
Rep

Наш опрос
Tom və Jerry cizgi filmində kimin tərəfindəsən ?
[ Netice · Diger ]
Cavablar: 105

Мини-чат

Статистика

Saytda Olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0

  

21:56
Yaxın 20 ildə Bakıya əlavə ərazilərin qoşulmasına ehtiyac yoxdur

Hazırda Dövlət Şəhərsalma və Arxitektura Komitəsi "Böyük Bakı”nın regional inkişaf planını hazırlayır. Komitə sədrinin müavini Dövlətxan Dövlətxanovun ANS -ə verdiyi məlumata görə, bu, daha böyük layihədir. Layihə Sumqayıtdan Ələtə qədər olan ərazinin əhatəsi deməkdir.

D. Dövlətxanov əlavə edib ki, hazırda mövcud vəziyyətin təhlili, yeni inkişaf sahələrinin axtarılması, seçiləcək şirkətlərin koordinasiyası ilə bağlı təşkilat artıq seçilib. Üç beynəlxalq məsləhətçinin cəlb olunması da nəzərdə tutulur.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini Dövlətxan Dövlətxanov bildirib ki, seçiləcək təşkilatlardan biri Bakının iqtisadi inkişafı ilə bağlı təhlilləri, digəri ekologiya, üçüncüsü isə ərazinin istifadəsi üzrə yeni innovasiyalı üsullar təqdim edəcək.

Hazırda 3 beynəlxalq şirkətin seçilməsi üçün elan edilən tenderin birinci mərhələsi başa çatıb və təşkilatların qısa siyahısı hazırlanıb. Növbəti ay isə artıq qalib şirktələr müəyyən olunacaq.

Bu planda əhali sıxlığını hesablayaraq Bakı ərazisinin genişləndirilməsi nəzərdə tutulmayıb.

"Məxsusi Bakının inkişafı ilə bağlı daxildə də kifayət qədər sahələr var. Məsələn, Böyük Şor ərazi, Dövlət Neft Şirkətinə məxsus olan ərazilər. Bakı Buxtası ərazisindən iqtisadi obyektlər çıxarılır və bu boşalan əraziləri şəhərin inkişafına yönəltmək olar. Şəhərin mərkəzində yerləşən Qara şəhər ərazisi var ki, bu da şəhərdən çıxarılacaq və bu ərazi də şəhərin perspektiv inkişaf planlarından biridir. Yaxın 20 ildə paytaxta əlavə ərazilərin qoşulması, artırılmasına ehtiyac yoxdur”,- deyə Dövlət Şəhərsalma və Artxitektura Komitəsinin sədr müavini Dövlətxan Dövlətxanov bildirib.

Komitə 3 region üzrə Aran, Quba-Xaçmaz və Gəncə-Qazax iqtisadi rayonlarının da regional inkişaf planlarını hazırlamağa başlayıb. 2010-cu ildə keçiriliən tender nəticəsində 3 layihə təşkilatçısı ilə müqavilə bağlanıb. Bunlardan ikisi yerli, biri isə beynəlxalq təhşkilatdır. Yaxın vaxtlarda isə daha 2 region üzrə planların hazırlanması gözlənilir. Bu, Lənkəran və Şəki-Zaqatala regionlarıdır.
Категория: Müxtelif | Просмотров: 513 | Добавил: Ulvi_282 | Рейтинг: 0.0/0
Всего комментариев: 4
0  
 
ILKIN yazdıki >> TWK XEBERE GORE 
__________
İstifadəçiəçi Adı:sevirem_sevecem
İP:85.132.29.155
Tarix: 01.07.2011 ,11:48.

0  
 
Ilqar yazdıki >> thanks 
__________
İstifadəçiəçi Adı:Prince_Of_Love
İP:62.217.138.34
Tarix: 04.03.2011 ,15:55.

0  
 
fatinka yazdıki >> he ehtiyac yoxdur.Duz deyir.Baki cox boyuk seherdir))) 
__________
İstifadəçiəçi Adı:fatinka
İP:109.127.25.52
Tarix: 04.03.2011 ,14:40.

0  
 
Anar yazdıki >>
Maraqli melumatdir
 
__________
İstifadəçiəçi Adı:KASIB
İP:109.127.28.80
Tarix: 04.03.2011 ,14:11.

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Вход на сайт
İstifadəçi Adı:  
Şifrə:

Поиск

Календарь

Архив записей

Друзья сайта

Copyright MyCorp © 2024