Azərbaycanın, həm də dünyanın ən uzun ömürlü insanlarından biri olan İsmayıllı rayon sakini dünyasını dəyişib. Kürdmaşı kəndində yaşayan və 1890-cı ildə anadan olmuş Nübar Ramazan qızı Həsənova iyul ayının 28-də vəfat edib. Nübar nənə Kürdmaşı qəbiristanlığında dəfn edilib. Qeyd edək ki, həyat yoldaşı 1942-ci ildə II dünya müharibəsində həlak olan Nübar Həsənova övladlarını çox çətinliklə böyüdüb boya-başa çatdırıb. Onun 2 övladı, 15 nəvəsi, 75 nəticəsi, 28 kötücəsi və 2 yaddıcası olub. Tarixin canlı şahidi olan Nübar nənə ermənilərin 1918-ci ildə azərbaycanlılara tutduğu divanı, həmvətənlərimizə verdikləri işgəncələri gözləri ilə görmüşdü. O, uzunömürlü, sağlam və gümrah olmasının sirlərini zəhmətkeş olması, süd və tərəvəz məhsulları ilə qidalanması, ömrü boyu namaz qılması ilə izah edib. //ANS Press |