Hər bir insan dünyada uzun və sağlam ömür sürmək istəyir. Amma hələlik uzun ömrün sirrini tapan olmayıb. Uzunömürlülərin bəziləri bunu təbii qidalara, bəziləri siqaret və spirtli içki qəbul etdikləri ilə əlaqələndirirlər.
Dünyanın ən çox yaşayan 10 adamı bunlardır:
1. Cenne Kalment (Jeanne Calment) 1875-1997-ci illər (122 il 164 gün) Kalment dünyanın ən uzunömürlü sakini adına sahibdir. Fransız Karment Van Qonqla görüşən sonuncu insan olub. O, ölən günə kimi siqaret və spirtli içkidən istifadə edib. Dünyanın ən yaşlı sakini uzunömürlülüyün sirrinin zeytun yağında olduğunu deyirdi.
2. Şiqehiyo İzumi (Shigechiyo Izumi) 1865-1986-cı illər (120 il 237 gün) İzumi ən uzun yaşayan kişi adına sahib olub. O, həm də 98 il işləmək rekordunu əlində saxlamışdı.
3. Sara Knauss (Sarah Knauss) 1880- 1999-cu illər (119 il 97 gün) Amerikalı Knauss əgər 33 saat da yaşasaydı, 3 əsri görə biləcəkdi.
4.Luki Hanna (Lucy Hannah) 1875-1993-cü illər (117 il 248 gün) Siyahıdakı ilk qadınla eyni dövrdə yaşadığı üçün heç vaxt dünyanın ən yaşlı insanı adını ala bilməyib.
5.Maria-Luisa Meller (Marie-Louise Meilleur) 1880-1998-ci illər (117 il 230 gün). Fransız əsilli kanadalı Kalmentin ölümündən sonra dünyanın ən yaşlı insanı adını almışdı. Siqaretdən asılı olan və vegeterian Meller qan laxtalanmasından dünyasını dəyişib.
6. Maria Ester Heredia de Kapovilla (Maria Esther Heredia de Capovilla) 1889-2006-cı illər (116 il 347 gün) Ekvatorda doğulan Kopavilla 3 əsrə şahidlik edib. Siyahıdakı digər inanlardan fərqli olaraq o siqaret çəkməyib, spirtli içki qəbul etməyib. O, 117 yaşını 18 gün qalmış soyuqdəymədən ölüb.
7.Tane İkai (Tane Ikai) 1879- 1995-ci illər (116 il 175 gün) Tane İkai Yaponiyanən ən yaşlı insanı olub. 99 və 113 yaşında iflic olsa da düyü şorbası ilə müalicə edilib. Amma 116 yaşında böyrək çatışmazlığından dünyasını dəyişib.
8. Elizabet Bolden (Elizabeth Bolden) 1890- 2006-cı illər (116 il 118 gün) Bolden də 3 əsr görən nadir insanlardan biridir.
9.Karri C.Vayt (Carrie C. White) 1874-1991-ci illər (116 il 88 gün) Amerikalı qadın 1988-ci ildə dünyanın ən yaşlı insanı kimi adını Ginnesin Rekordlar kitabına yazdıra bilib.
10. Kamato Honqo (Kamato Hongo) 1887-2003-cü illər (116 il 45 gün) Kamato Honqo soyuqdəymədən ölənə kimi dünyanın ən yaşlı insanı adına sahib olub.
Qeyd edək ki, uzunömürlülərin siyahısında azərbaycanlının da adının olduğu ehtimal edilir. Bu, 168 il ömür sürdüyü deyilən Şirəli Müslümovdur. Onun 1805-1973-cü illər arasında yaşadığı deyilsə də buna inanmayanlarda var. Hər halda Ş.Müslimovun yaşını göstərən sənəddə onun 1805-ci ildə doğulduğu yazılıb.