Aztelekom.net və Bakinter.net internet-provayderlərinin abonentləri 15 noyabrdan "178” internet xidmətindən istifadə edə bilərlər, deyə "Aztelekom” İB məlumat verir. "178” "Aztelekom” İB-lə "Bakı telefon rabitəsi” İB-in birgə layihəsidir. O, abonentlərə imkan verəcək ki, İnternetə parolsuz girsinlər və vaxta qənaət etsinlər. Belə ki, bu xidmət zamanı İnternet kart almaq və ya qoşulmaq üçün müqavilə bağlamağa ehtiyac yoxdur. "178”dən istifadə üçün "giriş”də "tənzimləmə”yə girib, "Şəbəkə qoşulmaları”nı tapmaq, "Qoşulma nömrəsi” qrafasında "178” yığıb İnternetə girmək lazımdır. Bir saatlıq xidmətin qiyməti 30 qəpikdir. Sonra dəqiqələr hesablanır və qəbzlər hazırlanıb abonentə göndərilir. Bu zaman kod əvəzinə 178 göstərilir./282/ |