Beynəlxalq Muğam Mərkəzində rejissor Mehriban Ələkbərzadənin dövlət sifarişi ilə "Salnamə” studiyasında çəkdiyi "Mart hadisələri yaxud Qara oyunlar” sənədli-bədii filminin təqdimatı keçiriləcək. ANS PRESS-in Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, təqdimat mərasimi martın 31-də saat 19.00-da baş tutacaq.
Film tariximizin ən ağrılı-acılı səhifələrindən biri – 1918-ci ildə azərbaycanlılara qarşı erməni daşnaklarının törətdiyi soyqırımdan bəhs edir.
Filmin ssenari müəllifləri Nadir Bədəlov, Mehriban Ələkbərzadə, quruluşçu rejissoru Mehriban Ələkbərzadə, quruluşçu operatoru Adil Abbas, quruluşçu rəssamı Əziz Məmmədov, bəstəkarı Azad Vəliyev, montaj edəni Ramiz Hüseynovdur. |