Главная
Регистрация
Вход
Çərşənbə
27.11.2024
07:32
Приветствую Вас Qonaq | RSS
WwW.282.CLaN.Su

Категории раздела
MP3 Avto dünya
Şekiller İSlam
Müxtelif Proqramlar
Oyunlar Letifeler
Şeirler Meqaleler
Kitablar Sevgi
Mobil dünya Texnologiya
Video Klip
Kino Prikol
HaCKeR RoCK
Show Biznes Xeberler
Deb İdman
Futbol 282 Həyatı
Rep

Наш опрос
Ən maraqlı cizgi filmi ?
[ Netice · Diger ]
Cavablar: 125

Мини-чат

Статистика

Saytda Olanlar 2
Qonaqlar 2
İstifadəçilər 0

  

16:46
19 mart təhlükəli gündür ?
 
Bəzi alimlər insanları mart ayının 19-da diqqətli olmağa çağırıb. 18 ildən sonra bu tarixdə Ay Yerə ən yaxın məsafədə olacaq. Bəzi elm nümayəndələri hesab edir ki, bu hadisə dünyanın dörd bir yerində şiddətli təbii fəlakətlərə, zəlzələ və sunamilərə səbəb olacaq. Çünki Ay 19 martda Yerin sadəcə 356 min 578 kilometr məsafəsindən keçəcək.

Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Elçin Babayev ANS-ə bildirib ki, Ayın bu dəfə Yerə yaxınlaşmasının fərqli xüsusiyyətləri olacaq. Müxtəlif illərdə Ay Yerə yaxınlaşsa da, heç bir zaman Ayın bədirlənmiş formada Yerə yaxınlaşması müşahidə olunmayıb.

Astrofizikin sözlərinə görə, Ay 2008-ci ildə də Yerin 350 min 570 kilometirliyindən keçib. Növbəti Ay keçməsi isə 2016-cı ildə baş verəcək. Bu isə Ayın Yerə ən yaxın keçməsi olacaq. Elçin Babayev deyir ki, Ayın Yerə yaxın keçməsindən təşvişə düşmək lazım deyil. Bu, adi astronomik hadisədir. Bu dəfə Ay Yerə yaxınlaşanda daha parlaq olacaq.

"Bu dəfə Ay Yerə daha yaxın keçir. Bu özü də nadir hadisədir ki, Ay bədirlənmiş, yəni bütöv formada keçəcək. 15 faizə qədər disk görünəcək. Ayın parıltısı 30 faiz olacaq. Bunun özünə əsrarəngiz astoronomik hadisə kimi baxmaq olar. Amma təşvişə səbəb görmürəm”, - deyə Elçin Babayev vurğulayıb.

Mütəxəssis eyni zamanda bildirir ki, Ayın Yer ətrafında fırlanması da yavaşlamağa başlayıb. Elçin Babayev Ayın Yerə yaxınlaşması ilə təbii fəlakətlərə, zəlzələ və sunamilərin olacağına inanmır. Onun sözlərinə görə, Yaponiyada baş verən zəlzələnin Ayın Yerə yaxınlaşması ilə əlaqəsi yoxdur. Amma fəallığını artıran tək Ay deyil. Günəş də son zamanlar fəallaşıb. Proqnozlara görə, yaxın 2-3 ildə Günəş özünün maksimum mərhələsinə çatacaq. Bundan isə insanlar deyil, texnika zərər görəcək. Enerjinin verilişində problemlər yaranacaq. Texniki cihazların fəaliyyəti iflic olacaq.

Astroloq Firidun Qurbansoy isə deyir ki, Günəş özünün inkişafını martın 19-da da göstərəcək. O, insanları bu təbiət hadisəsindən təlaşa düşməməyə çağırır. Astroloq Novruz bayramı günü hər kəsi sadəcə təbiətin şıltaqlaşmaması üçün dua etməyə çağırıb.

Qeyd edək ki, Ayın Yerə yaxınlaşması 1955-ci, 1974-cü, 1992-ci və 2005-ci illərdə olub. Həmin illərdə təbii fəlakətlər baş verib.
Категория: Xeberler | Просмотров: 734 | Добавил: Eti_282 | Рейтинг: 0.0/0
Всего комментариев: 7
0  
 
ilkin yazdıki >> ALLAH BIZI QORUSUN 
__________
İstifadəçiəçi Adı:sevirem_sevecem
İP:85.132.29.164
Tarix: 16.06.2011 ,12:30.

0  
 
ulvi zeynalli yazdıki >> Əşşşi Çoxdandı ölmək istəyirdim,Dağılsa yaxçı olar 
__________
İstifadəçiəçi Adı:Ulvi_282
İP:88.151.194.9
Tarix: 19.03.2011 ,11:45.

0  
 
fatinka yazdıki >> Allah bize komek olsun 
__________
İstifadəçiəçi Adı:fatinka
İP:62.217.147.185
Tarix: 18.03.2011 ,21:14.

0  
 
Leyla yazdıki >> mən ALLAHdan başqa heç kimdən qorxmuram.tşk 
__________
İstifadəçiəçi Adı:Leylashka
İP:81.21.94.215
Tarix: 18.03.2011 ,20:39.

0  
 
Zehra yazdıki >> Bu mence coooox dehsetlidir 6 
__________
İstifadəçiəçi Adı:Zehra_282
İP:85.132.62.66
Tarix: 18.03.2011 ,18:57.

0  
 
Məhəmmədəli yazdıki >> mence de qorxmaq lazim deyil.adi bir astrolojik haldir 
__________
İstifadəçiəçi Adı:QaraQan_282
İP:178.76.61.40
Tarix: 18.03.2011 ,18:42.

0  
 
Leman yazdıki >> 6 6 6 6 QOXDUMMMM!!!!! 
__________
İstifadəçiəçi Adı:Ayka_282
İP:109.127.24.132
Tarix: 18.03.2011 ,16:58.

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Вход на сайт

Поиск

Календарь

Архив записей

Друзья сайта

Copyright MyCorp © 2024