Sevgin Doğrudurmu ? Yoxsa Yalanmı ?
Sevgin bir yağışa dönübdü sənin, Gah yavaşdan yağır ,gah leysan olur. Sevgin bir baxışa dönübdü sənin, Gah her şeyi görur,gah duman görür.
Bu sevgi doğrumu yoxsa yalanmı, Bilmirəm inanım ,ya inanmayım . Bu ötəri hismi,həmişə olanmı, Sevginə yubanım ,ya yubanmayım?
Məni sevdiyini hardasa bilirəm, Yarı yolda qalmağımdan qorxuram . Bir gün məni tərk edərmi deyirəm, Hərdən özüm –özümdən soruşuram.
Birinci görüşümüz yadındamı? Öpüşə qərq olmuşdun o gün. Birinci öpüşünüz yadındamı? Bulud tək boşalıb dolmuşdun o gün .
Məndən gözəli çıxa bilər qarşına, Dərdindən mənim tək ölən olmayacaq. Bu sözümü həkk elə yaddaşına , Həmid tək səni sevən olmayacaq!
|