Yol “İçəri Şəhər” metrosu ərazisində yerləşən parkda aparılan təmir-bərpa işləri zamanı üzə çıxıb
Paytaxt Bakıda yeraltı yol tapılıb. Yol “İçəri Şəhər” metrosu ərazisində yerləşən parkda aparılan təmir-bərpa işləri zamanı üzə çıxıb. İşçilərin sözlərinə görə, parkın ərazisində yerləşən su hovuzu sökülərkən altından naməlum qapı aşkar edilib. Qapının ətrafı təmizlənəndən sonra məlum olub ki, onun uzunluğu hələlik naməlum olan yeraltı yolun giriş hissəsidir. Aparılan qazıntı işləri zamanı o da məlum olub ki, yol birbaşa dəniz istiqamətində uzanır. Tikinti aparanlar, eni təxminən yarım metr, hündürlüyü metr yarım olan tunelin hələlik 200 metrliyinə qədər gedib çıxıblar. Bura qədər getdikdən sonra işçilərin qarşısını su və qalın lil qatı kəsib. Buna görə də, yolun dəqiq uzunluğu hələlik bilinmir. /ANS TV/ |