Deyirlər ,qisqanclıq məhəbbətin yol yoldaşı,eyni zamanda da zəhəridir: Onu öldürməyə çalışır.Qısqanclıq hamının qəlbinə hakim olan bir hissdir.Ancaq ele qisqanclıqlar var ki,münasibətlərin sona çatması ilə nəticələnir.Bəziləri ele hesab edirlər ki,qisqanclığın yaranmasına səbəb elə inamsızlıqdır.Bir çoxlarının fikrincə isə qısqanclıq əsl sevginin əlamətidir.Bəs görəsən,sorğu iştirakçıları nə fikirdədir?
16-20 yaş
Qısqanclıq sevginin göstəricisidir.Əgər qısqanclıq varsa,sevgidə var.Qarşıdakı insan senı qısqanmırsa,onda demık o,səni heç sevmir.
20-25 yaş
Qısqanclıq sahib olduğun deyərləri itimək qorxusundan ortaya çixan emosiya və eyni zamanda qorxudur.Sevən bir insanın qısqanması təbii ki,normaldır.Əksinə əgər sevən bir insanda qısqanclıq yoxdursa demək bu ,sevgi əsl sevgi deyil.Ancaq qısqanclıq limitini aşmamaq gərəkdir.Əks halda bu münasibət fəlakətlərə,yəni ayrılıqla nəticələnə bilər.
25-30 yaş
Qısqanclıq bir zəiflik,ən əsası isə özünə ınamsızlıqdır.Əgər qarşındakını qisqanırsansa,demək ,sənin özünə inamın yoxdur.Sən özünü sevdirməyi bacarmırsan.Kişinin sevgisini qısqanclığının həddi ilə ölçürlər.
30-35 yaş İdeal evliliyin təməli güvənclə qurulur.Burda qısqanclığın olması mənasızdır.Qısqanclıq sevgidən yaranmır.Bu,inamsızlığın göstəricisidir.Əgər qarşındakını qısqanırsansa ,bu,onun üçün təhqirdir.Demək sən ona güvənmirsən.
35-40 yaş
Qadınların fikirincə, bu yaşda qısqanclıq kişilərdən daha çox olur.Çox vaxt onlar özləri qadınlarına xəyanət edirlər.Və xanımlarının da onlara xəyanət edəcəyini düşünürlər.Belə kişilər qadınlarını hətta pəncərədən bayıra belə baxmağa qoymurlar.Bu isə o,deməkdir ki,həyat yodaşın sənə inanmır.
Sorğu zamanı məlum oldu ki,sən demə ,kişilər qısqanc olsalar da,onlara qarşı belə bir münasibəti heç xoşlamırlar. Onlar qısqanclığın inamsızlıq nəticəsində yarandığını deyirlər.Anca qadınlar qısqanclığı xoşlayır.Onların fikrincə,qısqanclıq sevginin göstəricisidir.Ancaq ifrata varmamaq şərtilə. |