Главная
Регистрация
Вход
Çərşənbə
27.11.2024
06:15
Приветствую Вас Qonaq | RSS
WwW.282.CLaN.Su

Категории раздела
MP3 Avto dünya
Şekiller İSlam
Müxtelif Proqramlar
Oyunlar Letifeler
Şeirler Meqaleler
Kitablar Sevgi
Mobil dünya Texnologiya
Video Klip
Kino Prikol
HaCKeR RoCK
Show Biznes Xeberler
Deb İdman
Futbol 282 Həyatı
Rep

Наш опрос
Kitab oxuyursan ?
[ Netice · Diger ]
Cavablar: 116

Мини-чат

Статистика

Saytda Olanlar 8
Qonaqlar 8
İstifadəçilər 0

  

17:02
Ruhlar Haqda Meqale
 
 
Ruhlar haradadır?
 
Qiyamət gününədək ruh ruhlar aləmində öz həyatını davam etdirir

Bizləri əhatə edən aləm iki hissədən ibarətdir. Biri - təbiət aləmidir. Planetlər, dağlar, bitkilər, heyvanlar, bütün maddi varlıqlar bu aləmə aiddir. Digər aləm isə fövqəltəbii aləmdir. Qeyb aləminə aid varlıqlar, o cümlədən də mələklər bu sırada yer alır. İnsan - bu iki aləmi özündə cəmləşdirən unikal bir varlıqdır. Allah insanı bir tərəfdən maddi aləmdən xəlq edib, digər tərəfdənsə öz ruhundan üfürərək ona ruh əmr edib.

Ölüm
Allah ana bətnində rüşeymə ruh verib onu insan edir. Lakin bir gün dünyaya göz açan kimsə, bir gün də bu fani dünya ilə vidalaşır: «Harada olursunuz-olun, hətta uca qalalar içərisində olsanız belə, ölüm sizi haqlayacaq». («Nisa» surəsi, ayə 78). Ölümüylə insanın ruhu onun bədəni ilə əlaqəsini kəsir, amma yox olmur! İnsan, sadəcə, bu dünyadan o biri dünyaya köçür. Qarşıda isə onu axirət həyatı gözləyir. Qiyamət günündə kimisi əbədi səadətə - Cənnətə, kimisi isə əbədi bədbəxtliyə - Cəhənnəmə vəsiqə alır…

Torpağa tapşırılandan sonrakı həyat
İnsanın fiziki cəsədi yerə tapşırılır və bir müddət sonra çürüyüb torpağa qarışır. Lakin ruh yox olmur və ruhlar aləminə qovuşur. Həmin ruhlar dünyası Bərzəx adlanır. Qiyamət gününədək də ruh həmin ruhlar aləmində öz həyatını davam etdirir. Öz dünyadakı cismi ilə əlaqəsi kəsilsə də, bərzəxdəki ruhların bu dünya ilə əlaqələri tam kəsilmir. Onlar hətta bəzən insanlarla təmasa da girir…

Məni mən edən ruhdur!
Bu dünyada insanın həyat sürməsi fiziki bədənə malik olmasıyla şərtlənir. Amma insanı İNSAN edən ilk növbədə RUHdur! İnsanın bütün fəaliyyətləri məhz ruhdan irəli gəlir. İnsanın bədəni sanki bir maşın, ruhu isə sükan arxasında oturan sürücüdür. Sürücü sükanı hara fırlatsa, maşın da o istiqamətə yönələcəkdir. Hər birimiz üçün bir «MƏN» anlayışı var. Oturanda da, duranda da, yol gedəndə də, hətta yuxu görəndə də həmin «MƏN»i duyuruq, yaşadırıq. MƏNimizi MƏN edənsə məhz bizim RUHumuzdur!

Vəsvəsə və ruhun cavabı…
Şeytan da məhz insanın ruhuna vəsvəsə salır. Ruhunun qapısını şeytanın üzünə açanlar tam olaraq bu vəsvəsəyə uyur, şeytanın hiyləsinə aldanır, onun çağırışına müsbət cavab verir və öz ruhunu şeytana yuva edir. Şeytanın hakim olduğu ruh isə daim təşviş hissi keçirər, insana çirkin işləri görməyi əmr edər, belə bir ruhdan mənəviyyatsız əməllər, davranışlar hasil olar. Şeytan səy göstərir ruhu maddiyyata tabe etsin, insan nəfsini maddiyyat çərçivəsinə sürükləsin. İnsanın ruhu pak olanda Allahın himayəsində olur və şeytan ona yaxın düşə bilmir. Ruhların digər ruhlara - insanlara təsiri də var. Müsbət ruh - tərəqqiyə yönəldər, mənfi ruh isə tənəzzülə sürükləyər. Bu isə baxır kimin hansı ruhun təsiri altına düşməsinə…

Ruh bədəndən başqa bədənə keçirmi?
Bəzi inanclara görə, insan öldükdən sonra onun ruhu başqa bir bədənə keçir. Bu zaman guya ölənin ruhu ana bətnindəki rüşeymə keçir və yenidən başqa bir adam kimi dünyaya gəlir, bir daha uşaq, gənclik və qocalıq dövranını yaşayır, yenidən ölür. Sonra bu hal yenə və yenə də təkrarlanır. Guya sonsuzluğadək ruh bir bədəndə ölüb, digərinə keçir. Bütün bu fikirlər İlahi dinlərə görə cəfəngiyatdır! Üstəlik, belə bir inanc insanı dindən çıxarır. Belə ki, axirət həyatına iman bütün İlahi dinlərin başlıca prinsiplərindəndir. Hər bir insan bu dünyada öz ruhu ilə yalnız bir kərə yaşayır və bu həyatına görə də öz aqibətini təyin edir. Bir ruhla bir neçə şəxsiyyəti təsəvvür etmək mümkünsüzdür. Hər insan özü üçün müstəqil bir şəxsiyyətdir. Və öz şəxsi həyatına görə də məsuliyyət daşıyır. Bizim hər birimiz ayrılıqda məhz ÖZümüzün həyatımıza görə cavabdehik! Bərzəxdə və Qiyamətdə də yalnız yaşadığımız bu həyatımıza görə sorğu-sual ediləcəyik.

Ölü ilə rabitə
Ruhlar bir-biri ilə də təmasa girə bilirlər. İmanlı insanların bir-birinə bağlılığı, doğmalığı, Allahın buyurduğu kimi, bir-biriylə qardaş olması, əslində, ruhlarının bir-birinə bağlılığı və doğmalığıdır. Ruhən saf olan insanlar bir-biriylə ruhani bir yaxınlıq hiss edir, bir-birləri ilə təmasdan zövq alırlar. Ruhən çirkaba bulaşan insanlar da bir-birinə ruhani bir bağla bağlanırlar. Necə deyərlər, hər kəs öz tayını tapır…
Qeyd edək ki, hipnotizmin özü də bir növ insanın ruhi ilə təmasdır. Amma ruhların təması yalnız diri insanlar arasında olmur. Dünyasını dəyişən insanların da ruhlarıyla təmas mümkündür. Axı insan dünyasını dəyişdikdə yox olmur, onun ruhu öz həyatını bərzəx aləmində davam etdirir. Ruh ölmür! Bərzəxdəki ruhlarla da əlaqə mümkündür. Məsələn, namaz qılanlar hər namazın sonunda Məhəmməd Peyğəmbəri (s.ə.s.) salamlayıb deyirlər: «Allahın salamı, mərhəməti və bərəkəti olsun Sənə, ey peyğəmbər!». Peyğəmbər bu salamı eşitmirsə, onda milyonlarla müsəlman boş yerəmi gündə 5 dəfə onu salamlayır? Quranda da buyrulduğu kimi, salamın cavabını vermək vacibdir. Elə isə Peyğəmbərimiz salamlarımızı cavabsız qoyarmı? Əlbəttə ki o bizimlə ruhani bir təmasda salamlaşır, salamımızı alıb, onu cavablandırır…

Ölülər eşidirmi?..
Burada belə bir sual yarana bilər: «Ölülər də eşidir ki?..». Ölü olaraq dünyasını dəyişən insanın cəsədini qəbul etsək, əlbəttə ölülər eşitməz! Onların cismani varlığı öz həyatını bitirib, orqanlarının fəaliyyətinə xitam verilib. Amma ruh ölməzdir, ölü deyil ki onun eşidə bilməsini qeyri-mümkün hesab edək. Ruhlar, əlbəttə, eşidə, hətta cavab da verə bilər. Məhəmməd Peyğəmbərdən (s.ə.s) nəql olunan bir hədisdə deyilir ki, Peyğəmbər Bədr döyüşündə öldürülən kafirlərə üz tutub, danışır. Səhabələri «Ya rəsulallah, axı onlar ölüdürlər, məgər səni eşidirlərmi?» - deyə soruşduqda isə Peyğəmbərimiz onların həqiqətən də eşitdiklərini buyurur. Eşidən isə, heç şübhəsiz, ölü deyil, diri olan ruhdur! Tarixdə ruhlarla təmasa girən çoxlu insanlar haqda məlumatlar var. Əlbəttə, onların hamısı həqiqətə uyğun olmasa da, bir çoxları həqiqətdir. Məsələn, böyük ariflərdən biri olan Seyid Əli Qazinin dünyasını dəyişdikdən sonra da öz tələbəsinə ruhani varlığıyla dərs keçdiyi məlumdur.

Medium fenomeni
Bir sıra insanlar ruhlarla təmasa girdiyini iddia edir. Təcrübə göstərir ki, bu insanların çoxu yalan danışır və bu yolla fırıldaqçılıq edib, pul qazanırlar. Sadəlövh insanları aldadıb, guya yaxınlarının ruhunu çağırıb, onlardan nələrsə soruşurlar. Amma ümumilikdə isə ölən insanların ruhunu çağırmaq, onlarla ünsiyyətə girmək mümkündür. Dünyasını dəyişən insanların diri (!) ruhlarıyla təmasa, ruhani ünsiyyətə girənlər də az deyil. Bu, həm yuxuda ola bilər, həm də oyaq halda. Xüsusi vasitələrlə ruhani təmas yarandıqda, doğrudan da, ruhlarla əməlli-başlı söhbət etmək olar!..

Ruhlar özlərini necə hiss edir?
İnsan o biri dünyasının aqibətini bu dünyada ikən özü qurur: Allahla yaşayanın ruhu bərzəxdə sevinc içində, Allahdan uzaq olanların ruhu isə əziyyət içində olur. Ümumilikdə, kimin cənnətlik, kiminsə cəhənnəmlik olması bu dünyadakı əməllərimizlə şərtlənir. Amma bərzəx aləmindəki ruhların halına az da olsa, təsir etmək olar. Məsələn, vəfat edən birisinin övladları, yaxınları Allah yolunda xeyir bir iş görsələr, sədəqə versələr, ehtiyaclılara ehsanlar etsələr və bu işlərin savabını dünyasını dəyişən valideynlərinə ithaf etsələr, onların ruhunu şad etmiş olarlar. Həmçinin də Allahdan mərhum üçün bağışlanma və ruhunun şad olmasını diləsələr, Allah bu duaları qəbul edər. Lakin bu o demək deyil ki cəhənnəmlik birisi bu işlərlə cəhənnəmdən xilas olar. Amma hər halda, zindanda olana dadlı yeməklər göndərdikdə, onlar zindandan xilas olmasalar da, müəyyən mənada könülləri xoş olduqları kimi, dünyasını dəyişən belələrinin də ruhları şad olar.

Təmtəraqlı məzar daşları…
Bəziləri ad-san üçün külli miqdarda pul xərcləyib, təmtəraqlı məzar daşları, büstlər, qəbiristanlıq sarayları və s. düzəldir, halbuki bütün bunlardan vəfat edənin ruhuna zərrə qədər də fayda olmaz! Belə isə dünyadan köçmüşlərimiz üçün dualar edək, onlara ithaf olaraq ehtiyaclılara əl tutaq, sədəqə verək və mərhumlarımızın ruhlarını şad edək. Amma onu da deyək ki, dünyadan müşrik və kafir kimi gedənlərə bütün bu savablardan heç bir pay yoxdur. Belələri üçün dua etməyin də faydası olmaz. Onlar Allahsız həyatlarıyla özlərini bütün bu imtiyazlardan, Allahın rəhmətindən məhrum ediblər… Bir şeyi də qeyd edək ki, insanlar bu dünyada ikən o biri dünyaya davamlı azuqə də hazırlaya bilər. Məsələn, birisi Allah yolunda məscid, məktəb, xəstəxana, körpü, yol və bu kimi şeylər tikib getsə, nə qədər ki insanlar bu şeylərdən faydalanır, o zamanadək onlara öldükdən sonra da savab yazılar, o dünyada ruhlarını şad edər. Yaxud da birisi bu dünyada əxlaqsızlıq yuvası və bu kimi məkanlar yaradıb getsə, bu yerlərdə Allahın qanunlarına zidd hərəkətlər davam edənədək onun da ruhu incidilər, bu şeylərin cəzasını və əzabını çəkər. Elə isə özümüz də öz ruhumuzu şad edək!..

Ölüyə Quran oxumaq?
Doğrudanmı, ölülərə Quran oxumaq lazımdır? Nəzərdən qaçırmayaq ki, Qurani-Kərim ölülər üçün deyil, dirilər üçün nazil olub! Bu ilahi kitab ölüyə deyil, diriyə oxunmalı, mənası açıqlanmalı və ona əməl olunmalıdır. Quran bizim dünya və axirət həyatımızın səadət yolunu göstərən bir kitabdır. Və əlbəttə, bu kitabı, onun surələrini, ayələrini oxumaqda böyük savab var. Bəs bu savabdan dünyasını dəyişənlər üçün də bir pay göndərmək olarmı? Əbəttə ki olar! Sədəqə verib, savab qazanaraq, həmin savabı mərhumun ruhunun şad olması üçün töhfə etdiyimiz kimi, Quran oxuyub, onun savabını da mərhumun ruhunun şad olması üçün töhfə edə bilərik. Bu zaman Quran ölü üçün oxunmuş olmur, diri üçün oxunur. Sadəcə, Quran oxumaq savab iş olduğundan, həmin savabı dünyasını dəyişənlərin ruhunun şad olması üçün onlara ithaf etmiş oluruq. Bu zaman diri insanlar da faydalanır, dünyasını dəyişənlərin diri ruhları da!..

Ölü insan yuxuya girəndə nə etmək lazımdır?
Elə bir insan tapmaq çətindir ki, indiyədək yuxusunda dünyasını dəyişən bir yaxınını, nənə-babasını, tanışını görməmiş olsun. Bunu da hardasa bir ruhani təmas hesab etmək olar. Bu zaman yaxşı olar ki, yuxudan oyandıqda dua edək, Allahdan onların ruhunun şad olmasını diləyək və imkan daxilində ehtiyaclı insanlara sədəqə verərək, bu savabı mərhuma töhfə edək. Dünyasını dəyişən yaxınlarımızı yuxuda görməkdən danışmışkən, «Karvan» jurnalının redaksiyasına həmvətənimiz Hamiyə Muradovanın ünvanladığı məktubdan yan keçə bilmədik. Gəlin birlikdə baş verən bu əhvalatla tanış olaq və aydınlıq gətirək:
«…Atam 12 ildir rəhmətə gedib. Keçən il bir yuxu gördüm: haradasa oturub qohumlarla söhbət edirəm, bu an qapılar açılır və atam içəri girir. Əlində balaca banka, içində marlaya bükülmüş sap, ilan qabığı, buynuz var idi. Bankanı mənə uzadan zaman gözündən bir damla yaş axdı və çıxıb gedəndə dala dönərək «gələrsən» deyib getdi… Yuxudan oyanan kimi qəlbimdən atamın qəbrini ziyarət etmək keçdi. Bir gün dayım oğlu və bacımla birlikdə atamın qəbri üstünə getdik. Atamın qəbrini təmizləyəndə qəbrin ayaq tərəfində bir çala gördüm. Əlimi deşikdən içəri saldım. Gözlərimə inanmadım! Atam yuxuda mənə nə vermişdisə, bankadan da o çıxdı… Bu yaxınlarda yenə yuxu gördüm: atamın qəbrinin sağında əmisinin qəbri var. O qəbri təmizləyirdim, birdən qəbrin ağzı açıldı, oradan işıq gəldi. Bu an arxamda atamın səsini eşitdim: «Get gir ora, ora sənin yerindir!». Mən isə «Yox, nə danışırsan, bura sənin əminin yeridir, oxu da başdaşını», - dedim. Ancaq başdaşına baxanda gözlərimə inanmadım, orada mənim adım, soyadım, doğum tarixim (23.06.1985) və ən dəhşətlisi - ölüm tarixim yazılmışdı - 30.03.2009-cu il. Atam məni itələyərək «İstəsən də, istəməsən də, bura sənin yerindir, keç gir ora…», - dedi… O gündən bu yuxunun təsirindəyəm, elə bil başqa aləmdəyəm, durduğum yerdə ağlayıram. Yenə də qəbir üstünə getmək istəyirəm: özümdən asılı deyil, qəbiristanlıq məni çəkir. Özü də dəfələrlə olub ki, atam məni nə bəla gözləyirsə, öncədən yuxuma gələrək xəbərdarlıq edir. Halva çalmışam, Yasin də oxutdurmuşam. Bilmək istəyirəm: həqiqətənmi mən 30.03.2009-cu il tarixində öləcəyəm? Bu yuxum necə yozulur? «Karvan»dan cavab gözləyirəm.

Категория: Meqaleler | Просмотров: 1554 | Добавил: Eti_282 | Рейтинг: 0.0/0
Всего комментариев: 6
0  
 
ilkin yazdıki >> GOZEL XEBERDI MENALIYDI 
__________
İstifadəçiəçi Adı:sevirem_sevecem
İP:85.132.29.143
Tarix: 17.06.2011 ,14:57.

0  
 
Leyla yazdıki >> Tesekurler xebere gore amma men inanmiram 
__________
İstifadəçiəçi Adı:Danger-girl
İP:88.151.194.69
Tarix: 12.06.2011 ,16:13.

0  
 
Məhəmmədəli yazdıki >> tewekkur 
__________
İstifadəçiəçi Adı:QaraQan_282
İP:178.76.59.42
Tarix: 09.06.2011 ,14:42.

0  
 
SeCReT yazdıki >> mende tesekkur edirem mende inanmiram 
__________
İstifadəçiəçi Adı:PRinceSS_Of_LOvE
İP:85.132.54.5
Tarix: 14.01.2010 ,14:39.

0  
 
rihanna yazdıki >> Eti xebere gore tesekkurler amma men bele seylere inanmiram 
__________
İstifadəçiəçi Adı:fionaaa
İP:82.118.156.143
Tarix: 18.03.2009 ,18:42.

0  
 
ELŞEN yazdıki >> HMMMMMMMMM maraqlidi ALLAH bütüün müselmanlara CENNETİ nesib elesein.AMİN! smile 
__________
İstifadəçiəçi Adı:OMEN_666
İP:212.38.111.223
Tarix: 23.10.2008 ,12:10.

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Вход на сайт

Поиск

Календарь
«  Oktyabr 2008  »
B.EÇ.AÇerC.AŞeBaz
  12345
6789101112
13141516171819
20212223242526
2728293031

Архив записей

Друзья сайта

Copyright MyCorp © 2024