Ölmədik bu günü də gördük: Robota ruh qatdılar!
İngilis elm adamlarının hazırladığı son möcüzə, davranışa görə reaksiya verən robotlar... Bristoldakı West of England Universitetində hazırlanan robotların düzəldilmə məqsədi insanların özləri kimi hissləri olan bir maşına necə reaksiya verəcəkləridir...
Daily Telegraphın xəbərinə görə, bu möcüzəvi robotlara ustaları? 'ürək robot' adını veriblər. Ürək robotların eyni bir insan kimi atan ürəkləri, hərəkətə həssas sensörları, həzm etməyə uyğun mədələri, burunları və hətda toxunma duyğuları da var.
Bu robotlarlı qucaqlayanda sizə sevgisini göstərə bilir. Gözqapaqları düşür, nəfəs alıb verməsi yavaşlayır və ürəyi də daha yavaş döyünməyə başlayır. Tam əksinə hirsləndiyində və ya ona qışqırdığınız zaman hirsləndiyinizi başa düşür və ürək atışları sürətlənir, əlləri və gözləri geniş açılır.
Londondakı Elm Muzeyindəki 'Emotibots' sərgisinin təşkilatını edən Holly Cave, Daily Telegrapha verdiyi məlumatda, ürək robotların ET və Qollum arası bir görünüşə sahib olduğunu və ölçüsünün kiçik bir uşaq ölçüsündə olduğunu ifadə edib. Holly Cave ayrıca bu maşınların yarı robot yarı kukla olduqlarını da söyləyib.
Uşaqların robota reaksiyalarının da maraqlı olduğunu yazan Cave, bəzi uşaqların çox sevib qucaqlamaq istədiklərini, bəzilərinin də qorxub ağladıqlarını ifadə edir.
İrəliləyən zamanlarda insanlarla robotların necə bir qarşılıqlı təsir içində olacaqları çox naməlum olsa da bir çox sahədə insanların və robotların bir-biriylə yarışacaqları bir həqiqətdir |