Главная
Регистрация
Вход
Şəmbə
23.11.2024
18:17
Приветствую Вас Qonaq | RSS
WwW.282.CLaN.Su

Категории раздела
MP3 Avto dünya
Şekiller İSlam
Müxtelif Proqramlar
Oyunlar Letifeler
Şeirler Meqaleler
Kitablar Sevgi
Mobil dünya Texnologiya
Video Klip
Kino Prikol
HaCKeR RoCK
Show Biznes Xeberler
Deb İdman
Futbol 282 Həyatı
Rep

Наш опрос
Azərbaycanda 1 nömrəli rep kim deyir ?
[ Netice · Diger ]
Cavablar: 130

Мини-чат

Статистика

Saytda Olanlar 9
Qonaqlar 9
İstifadəçilər 0

  

15:43
Yerimek, xarakteri belli edir.

`

YERİYƏRKƏN SAĞA - SOLA BAXAN

Ayağı sürüşkən şəxslərdir. Daima macəra axtaran insanlardır. Bir sevgi ilə kifayətlənməzlər. Sevgi onlar üçün yalnız əyləncə vasitəsidir. Xasiyyətcə əhlikef olan bu şəxslər sabahı heç düşünməzlər. Əllərindən yaxşılıqdan savayı hər nə desən gəlir. Öz eyiblərini əsla görməzlər. Əvəzində başqalarında səhv axtarmaqla yanaşı, onları ləkələməkdən də çəkinməzlər. Bu şəxslərə bel bağlamaq olmaz. Çünki səni yolda qoyacaq. Alış-veriş, sənəd toplamaq və bu kimi işlər onun üçün yaddır. Hazırına nazir olan bu kateqoriya davamçıları tənbəllikdə bənzərsizdirlər. Yeriyərkən belə sağa - sola baxan insanlar kimdəsə, nədəsə səhv axtarıb, tapıb qalmaqal yaratmaqla məşğuldurlar.


YELLƏNƏ-YELLƏNƏ GƏZƏNLƏR


Bu insanlara güvənmək olar. Bütün kateqoriyalar içərisində yalnız bu kateqoriya sahibləri ideal insanlardır. Onlarda ailəyə, böyüyə-kiçiyə hörmət, Allah və din xofu düşünüləndən də artıqdır. Hər şeyin yerini bilən bu insanlar ədəbiyyata, musiqiyə, sənətə və yaşamağa yüksək dəyər verirlər. Bütün insani keyfiyyətlər yalnız bu kateqoriya daşıyıcılarında cəmləşir. Özləri ideal olduqları üçün hər şeyin yaxşısını tələb edirlər. Ətrafdakılarla münasibətdə mərd və diqqətcildirlər. Bir sevgiylə kifayətlənib xəyanətə xəyanətlə cavab verməzlər. Dava-dalaşdan qaçmaları onların qorxaqlığından deyil, böyüklüklərindən irəli gəlir. Onlar başqalarının fikirləri ilə deyil, öz ağıl və ürəklərinin hökmü ilə hərəkət edirlər. İstəsələr daşdan belə pul qazanan bu şəxslər heç vaxt başqalarına ağız, əl açmazlar, heç kömək belə gözləməzlər. Yaşadıqları dövrdə nə əldə ediblərsə, bunu ancaq özləri ediblər. Kifayət qədər dostları çoxdur. Və heç vaxt heç kimi yarı yolda qoymazlar. Düşmənləri çox olsa da onları heç nə qorxutmur. Çünki həyatda necə yaşamağı və necə hərəkət etməyi bilməklə yanaşı, nə istədiklərini yaxşı bilirlər

ŞAX YERİYƏNLƏR

Özlərindən yaman razı olurlar. Sanki alçaq dağları bunlar yaradıblar. Ac vaxtlarında belə özlərini tox göstərib bununla rahatlıq taparlar. Ev-eşikləri təmirsiz olsa da öz makyajları qaydasından da artıq olar. Xasiyyətcə ikiüzlü olan bu kateqoriya davamçılarına inanmaq, bel bağlayıb sirr vermək olmaz. Çünki öz mənafeyi üçün səni keçi qiymətinə utanmadan satar.Hətta öz səhv və günahlarını da sənin üstünə yıxar. Belə şəxslərdən nə qədər uzaq olsanız, bir o qədər yaxşıdır. Onlar çörəyin, haqq-salamın, yoldaşlığın qədir-qiymətini bilməzlər. Onların görünüşləri, yerişləri özləri kimi yalandır. Bu insanlara əsla bel bağlamaq olmaz. Çünki onların mayası yalanla yoğrulub. Həyatda heç vaxt dostu olmaz. Heç sevgidə də bəxtləri gətirməz. Onların şux və özüdənrazı yerişi özləri kimi maskadır.


BAŞI AŞAĞI GƏZƏN ŞƏXSLƏR


Həyatdan, insanların riyakarlığından yorulublar. Düşmənləri dostlarından çoxdur. Az ilə qane olub, həyatın nəbzini tutub yaşamağı yaxşı bacarırlar. Həmişə təmiz və gözəl geyimə üstünlük verirlər. Səliqə-səhmanı, sevgi və ailəni hər şeydən üstün tuturlar. Onların istək və fikirlərinə müdaxilə etmək olmaz. Nə istədiklərini yaxşı bilirlər. Təbiətin bütün mövsümlərini xoşlayır və istirahət günlərini təbiət qoynunda keçirməyə üstünlük verirlər. Bu kateqoryaya aid olan insanlara düşünmədən bel bağlamaq olar. Çünki onlar həyatda nə istədiklərini bilirlər. Allah xofunu çiyinləri üzərində daşıyan bu insanlar yalanı, xəyanəti əsla sevməzlər. Kinli olsalar da intiqam almağı istəməyib hər şeyi Tanrının ixtiyarına buraxarlar.


GÜLƏ-GÜLƏ YERİYƏNLƏR


Sadəlöhv, yeri gələndə isə mərd insanlardır. Bu şəxslərdə sevinc və kədər eyni səviyyədədir. Problemlər içərisində çabalasalar da, həmin problemləri özləri həll edirlər. Adətən danışanda, güləndə yüksək səslə edirlər. Onlara yalan danışmaq, satqınlıq, xəyanət, ev yıxmaq, dedi-qodu, pintilik və digəranlayışlar yaddır. Onlar həyatdan zövq alıb davasız yaşamağa daha çox üstünlük verirlər. Makyajdan bacardıqları qədər az istifadə edən xanımlar xəstəlik dərəcəsinə çatan səliqə-səhmana malikdirlər. Onların həm də yaxşı əl qabiliyyətləri var. İstəsələr çörəyi daşdan belə çıxararlar.


QƏMLİ, FİKİRLİ YERİYƏNLƏR


Sanki bütün dünyanın yükünü öz çiyinlərində gəzdirirlər. Və hamının dərdi-səri elə bu insanlara qalıb. Tək özləri üçün yox, başqaları üçün də yaşayırlar. Ətrafdakıların dərd-qəmini özününkü hesab eləyirlər. Bu şəxslərə də inanmaq, etibar etmək olar.


NAZ İLƏ YERİYƏNLƏR


Nazla yeriyən, bədən əzalarını burcudan insanlar, xüsusilə xanımlar ətrafdakıların diqqətini çəkmək arzusunda olurlar. Daima öz mənfəətlərini güdərlər. Əks təqdirdə heç bir addım belə atmazlar. Bəzən bu cür insanların nəfəsləri belə yalandır. Onlara bel bağlamaq olmaz. Kifayət qədər ikiüzlü və qısqancdırlar. Hamıdan yaxşı geyinmək, yaşamaq arzusundadırlar. Belə insanların dostları çox az olur. Bu cür insanların sevgidə də nadir hallarda bəxti gətirir.


ÖZÜNƏMƏXSUS YERİŞ TƏRZİ


Olduqca yelbeyin şəxslərdir. Onları bir tapan bir də itirən sevinər. Onlar üçün yaxşı ilə pisin fərqi yoxdur. Ətrafda baş verən hər hansı bir hadisə onları əsla narahat etməz və reaksiya verməzlər. Təsadüfən bu baş veribsə, deməli, hadisə özləri ilə bağlı olub. Dostluqda, yoldaşlıqda dözülməzdirlər. Bu günlə yaşayırlar. Onlar üçün ailə, uşaq, hətta iş ad-san üçündür. İstənilən vaxt fikirlərini düşünmədən dəyişə bilərlər. Ağıla, həyat tərzinə deyil, geyimə görə insanlara qiymət verərlər. Belə şəxslərin dostları da özləri kimi olurlar.

Категория: Müxtelif | Просмотров: 1343 | Добавил: Eti_282 | Рейтинг: 0.0/0
Всего комментариев: 4
0  
 
Leyla yazdıki >> Esiiiii bos seydi! 
__________
İstifadəçiəçi Adı:Danger-girl
İP:88.151.194.69
Tarix: 12.06.2011 ,16:38.

0  
 
Leman yazdıki >> Boş şeydi 
__________
İstifadəçiəçi Adı:Ayka_282
İP:212.47.132.56
Tarix: 24.03.2011 ,21:05.

0  
 
ISMAYIL yazdıki >> thanksyou 
__________
İstifadəçiəçi Adı:Ismayil_666
İP:85.132.106.80
Tarix: 28.04.2009 ,20:21.

0  
 
ELŞEN yazdıki >> ade hamisi boş-boş sözlerdi az gicde angry 
__________
İstifadəçiəçi Adı:OMEN_666
İP:212.38.111.200
Tarix: 14.11.2008 ,15:05.

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Вход на сайт

Поиск

Календарь
«  Noyabır 2008  »
B.EÇ.AÇerC.AŞeBaz
     12
3456789
10111213141516
17181920212223
24252627282930

Архив записей

Друзья сайта

Copyright MyCorp © 2024