Dərdimi söyləməyə növbəyə durdum nə qədər,
Gəldim ariflərə bu dərdi danışdım getdim.
Elə əvvəl gündən fani görüb dünyanı ,
Mən də bu faniliyə dözdüm ,alışdım, getdim.
Dedilər ,cövhəridir insanın iş ,sən də çalış,
Bəzəyin olsun əmək ,mən də çalışdım getdim.
Bir hünər meydanıdır ,çünki həyat meydanı,
Qalib olmaq ümidi ilə yarışdım getdim.
Düşdüm eşqin oduna mən də o aşiqlər tək,
Yarımın vəsli üçün yandım ,alışdım, getdim.
Bilməyin sirrini öyrənmək üçün gəlmişdim,
Öyrənə bilmədim ,amma ki ,soruşdum getdim.
Qovuşa bilmədi heç Xatirə yara ,desələr
Anlamaz cahillər yara qovuşdum getdim. |