Rumıniyanın Karpat dağlarının olduğu Vilcea bölgəsində bir meşədə daşlar böyüyür. "Trovanti" daşları qəribəliyi ilə hamını təəcübləndirir. Bitki deyil daşdır. Amma hər yağışla birlikdə böyüyə bilir
Buna görə, təbiətin möcüzəsi sayılır. İmkansız kimi görünür amma qeyri-mümkün deyilmiş.
Onlara bölgə xalqı "trovanti" deyir. Kimiləri müqəddəs olduqlarını düşünür. Çünki təbiətdə başqa nümunəsi yoxdur. Kimləri bu daşlara toxunmağa belə qorxur. Kimiləri isə turistlərə satır. Amma elm adamları, hər yağışla birlikdə böyüyən bu daşları araşdırdılar.
Rumıniyanın Karpat dağlarının da olduğu Vilcea bölgəsindəki Costeşti qəsəbəsinin yaxınındakı meşədə daşlar böyüyür
Nəticə maraqlı həmçinin olduqca sadədir: daşların tərkibində tapılan sementə oxşar maddə, eynilə sement kimi suyla birlikdə həcm qazanır. Buna baxmayaraq "trovanti" daşlarını görmək üçün artıq dünyanın dörd bir tərəfindən insanlar bölgəyə axın edir.
|